Sevindik Nəsiboğlu görkəmli şərqşünasın 80 illiyinə şeir həsr etdi

00:31 07-11-2019 | icon 78 | Cəmiyyət
Sevindik Nəsiboğlu görkəmli şərqşünasın 80 illiyinə şeir həsr etdi

Milli Kitabxanada Azərbaycan Milli Kitabxanasının "Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdirdiyi "Aida İmanquliyeva Biblioqrafiya” kitabının və "Aida İmanquliyeva – 80” adlı Elektron məlumat bazasının təqdimat mərasimi keçirildi.

 

Təqdimatda Milli Kitabxananın direktoru Kərim Tahirov, xalq şairi Nəriman Həsənzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, AMEA-nın İctimai Elmlər Bölməsinin akademik katibi, akademik Nərgiz Axundova, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru "Biblioqrafiya” kitabının "Ön sözü”ünün müəllifi Gövhər Baxşəliyeva, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov və başqa elm adamları iştirak edib. Görkəmli elm adamları Aida İmanquliyeva haqqında gözəl sözlər söyləyərək xatirələrini bölüşüb. Sözləri Nərgiz Paşayevaya musiqisi isə Nailə Mirməmmədliyə aid olan "Əlvida” mahnısı isə tədbir iştirakçılarını çox təsirləndirib.

Sevindik Nəsiboğlu görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə şeir həsr etdi-Video


Tədbirdə gənc yazar Sevindik Nəsiboğluna da söz verilib. O, şərqşünas alim Aida İmanquliyevanın xatirəsinə həsr etdiyi "AİDA XANIM” adlı şeirini söyləyib.
 

Tədbirdə duyğulu anlar yaşayan gənc yazar, Sizi Tanıyaq layihəsinin üzvü Sevindik Nəsiboğlu tədbirlə bağlı öz hisslərini və təşəkkürünü bu cür çatdırıb:
 
"Belə mötəbər tədbirdə iştirak etdiyimə və Aida xanıma həsr etdiyim şeirimi söylədiyimə görə fəxr hissi duyuram. Mənim həmin tədbirdə iştirakıma və çıxışıma şərait yaradan Milli Kitabxananın direktoru hörmətli Kərim müəllim Tahirova və Milli Kitabxananın sevimli kollektivinə dərin minnətdarliğimi bildirirəm. Görkəmli şərqşünas alim, filologiya elmləri doktoru Aida İmanquliyevanın əziz xatirəsi onu sevənlərin qəlbində daima yaşayacaqdır. Allah rəhmət eləsin. Amin.
 
"AİDA XANIM" adlı bu şeirimi də Aida İmanquliyevanın 80 illik yubileyinə həsr edirəm".


Əzəmətli bir heykəldir,
Filoloq Aida xanım.
Əli də qabarlı əldir,
Filoloq Aida xanım!

Kiçik elmi işçilikdən,
Müdirliyə bir yol keçdi.
Sözünü bişirdi, seçdi,
Filoloq Aida xanım!

Nüayməni araşdırdı,
Elmi özünə yaraşdırdı,
Daima axtarışdaydı,
Filoloq Aida xanım!

Dahilik zirvəsindəydi,
Kamillik zirvəsindəydi,
Aqillik zirvəsindəydi,
Filoloq Aida xanım!

Atası bir fədaidi,
Doğru məlumat yolunda.
Özü də fədai oldu,
Elmi məlumat yolunda.

Böyütdü əxlaqlı xanım,
Böyütdüyü xanım ilə,
Böyüdü Azərbaycanım!
Filoloq Aida xanım!
Filoloq Aida xanım!


SEVİNDİK NƏSİBOĞLU
/4.11.2019.bazar ertəsi/
 
 
Sevindik Nəsiboğlu görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə şeir həsr etdi-Video

Sevindik Nəsiboğlu görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə şeir həsr etdi-Video
 
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyev Cəmil Həsənlini, Əli Kərimlini, Arif Hacılını və İsa Qəmbəri "ağ yudu, qara sərdi"

"Keçirilən aksiyalar da xalq naminə deyil, mühacir biznesinin inkişafına yönəlib"

“Bu məsələlər dövlət səviyyəsində araşdırılmalıdır” - MÜSAHİBƏ

"Əli Kərimliyə zahirdə düşmən olan bəzi iqtidar mənsubları və..."

“Xəstəlik asta-asta, bir neçə ay və hətta bir neçə il ərzində inkişaf edir”

Qadının ən gizli orqanının sirri açıldı

Paşinyan yenə sərsəmlədi və...

"Müsavatın rəhbərləri ictimai qınaqdan qaçır"

AXCP prezidentə müraciət etdi

Dünənimizi qaralamadan bu günümüzü xilas edə bilsək…

Xalqın Azadlıq uğrunda mübarizəsini, inamını sındıra bilmədi - VİDEO

Yatanda ayaqların arasına yastıq qoyun

MƏN ÇEYNƏNƏN BİR ÖLKƏNİN "HAQQ" BAĞIRAN SƏSİYƏM...

"2020-ci il seçkiləri oğurlanır"

Onu ömürlük həbs cəzası gözləyə bilər