27 ümumtəhsil müəssisəsində şagirdlərlə görüş keçirilib

11:17 07-11-2019 | icon 50 | Təhsil
27 ümumtəhsil müəssisəsində şagirdlərlə görüş keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məktəblilərin maarifləndirilməsi istiqamətində həyata keçirdiyi “Sağlam məktəbli” layihəsi davam edir.

 

AQTA-dan Versus.Az-a verilən məlumatına görə, cari ilin oktyabr ayı ərzində layihə çərçivəsində Respublikanın 14 bölgəsində 27 ümumtəhsil müəssisəsində məktəblilərlə görüş keçirilib. Görüşlər Bakı, Gəncə, Şəki, Sumqayıt, Xırdalan, Şirvan, Tovuz, Salyan, Ucar rayonlarında çoxluq təşkil edib. Görüşlərdə Agentlik və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları qida təhlükəsizliyinə dair müxtəlif mövzularda təqdimatla çıxış ediblər.

 

Təqdimatlarda məktəblilərin xüsusi maraq dairəsinə daxil olan ilkin qida təhlükəsizliyi vərdişləri, gündəlik qida rasionun təşkili, süd və süd məhsullarının faydaları, məktəblinin sağlam qidalanması, qida zəhərlənmələri zamanı ilkin profilaktik tədbirlər, enerji içkilərinin insan orqanizminə zərərləri, plastik qabların və torbaların qida məhsullarına təsiri, mal qonşuluğu və s. kimi mövzulara toxunulub. Bundan başqa Agentlik tərəfindən hazırlanan maarifləndirici video-çarxlar və materiallar şagirdlərə təqdim olunub, onların qida təhlükəsizliyi ilə bağlı sualları mütəxəssislər tərəfindən cavablandırılıb. Layihədə ümumilikdə 3500-dən çox müəllim və şagird heyəti iştirak edib.

 

Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin həyata keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihənin 2019-20-ci tədris ilində respublikanın bütün bölgələri üzrə 120 ümumtəhsil müəssisəsində keçirilməsi nəzərdə tutulub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Azərbaycan Prezidentinə şikayət etməyimə mane olurlar"

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

"Proporsional seçki sistemi ləğv olunandan sonra, vətəndaşlarda partiyalara maraq azaldı"

Qadının ən gizli orqanının sirri açıldı

BSU-da Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

"Keçirilən aksiyalar da xalq naminə deyil, mühacir biznesinin inkişafına yönəlib"

“Bu məsələlər dövlət səviyyəsində araşdırılmalıdır” - MÜSAHİBƏ

MƏN ÇEYNƏNƏN BİR ÖLKƏNİN "HAQQ" BAĞIRAN SƏSİYƏM...

Deputat əlillər, təhsil və Qarabağ həqiqətlərindən danışdı, bir sıra təkliflər irəli sürdü

Onu ömürlük həbs cəzası gözləyə bilər

Suraxanı rayonuna yeni icra başçısı təyin edilib

Zərdaba yeni icra başçısı təyin edildi

Yasamal rayonuna icra başçısı təyin edilib

Prezident yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib