Dillər Universitetində Çinin jurnalistlər günü qeyd olunub

13:20 07-11-2019 | icon 56 | Təhsil
Dillər Universitetində Çinin jurnalistlər günü qeyd olunub

Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çində keçirilən jurnalist gününə və Azərbaycan televiziya və radio işçiləri gününə həsr olunmuş "Bakı və Pekinin media dünyası: nailiyyətlər və perspektivlər" adlı tədbir keçirilib. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov KİV sahəsində Azərbaycan-Çin əlaqələrinin səmərəli inkişaf etdiyini qeyd edərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfərləri zamanı iki ölkə arasında televiziya və radio yayımı sahəsində əməkdaşlığa dair imzalanmış sazişləri xatırladıb.

 

R.Abbasov, həmçinin xatırladıb ki, Prezident İlham Əliyev Çin Sinxua İnformasiya Agentliyinin nazir statusunda baş redaktoru Hi Pinqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Çin Sinxua İnformasiya Agentliyinin Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə yaxşı əməkdaşlıq etməsindən məmnunluğunu ifadə edərək, turizmin inkişafında xəbər agentliklərinin və mətbuatın böyük rolunun olduğunu da qeyd edib.

 

Tədbirdə çıxış edən ADU “Virtual jurnalistika” kafedrasının müdiri Nərgiz Qurbanlı zəngin mütərəqqi və şanlı ənənələrə malik olan, əsası böyük maarifçi və naşir Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycan milli mətbuatının tarixi və müasir vəziyyəti haqqında danışıb. N. Qurbanlı qeyd edib ki, Azərbaycan milli mətbuatı xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında, zənginləşməsində, Azərbaycan ədəbi dilinin inkişafında müstəsna xidmətlər göstərib.

 

Bu gün mətbuat demokratik vətəndaş cəmiyyətinin qurulmasında, iqtisadi və sosial islahatların həyata keçirilməsində, cəmiyyətdə sosial ədalət və şəffaflığın təmin edilməsində, milli şüurun və siyasi mədəniyyətin formalaşmasında mühüm rol oynayır.

 

Tədbirdə çıxış edən Konfutsi İnstitutunun əməkdaşları KİV sahəsində Azərbaycan-Çin əlaqələrinin inkişafının əsas mərhələlərindən, Çində mətbuatın tarixi, onun hazırkı vəziyyəti və inkişaf perspektivlərindən, Çin jurnalistikasının cəmiyyətdəki rolundan, həmçinin ölkənin aparıcı informasiya agentliklərinin fəaliyyətindən danışıblar.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyev Cəmil Həsənlini, Əli Kərimlini, Arif Hacılını və İsa Qəmbəri "ağ yudu, qara sərdi"

"Keçirilən aksiyalar da xalq naminə deyil, mühacir biznesinin inkişafına yönəlib"

“Bu məsələlər dövlət səviyyəsində araşdırılmalıdır” - MÜSAHİBƏ

“Xəstəlik asta-asta, bir neçə ay və hətta bir neçə il ərzində inkişaf edir”

Qadının ən gizli orqanının sirri açıldı

"Əli Kərimliyə zahirdə düşmən olan bəzi iqtidar mənsubları və..."

Paşinyan yenə sərsəmlədi və...

Dünənimizi qaralamadan bu günümüzü xilas edə bilsək…

Yatanda ayaqların arasına yastıq qoyun

"Müsavatın rəhbərləri ictimai qınaqdan qaçır"

Xalqın Azadlıq uğrunda mübarizəsini, inamını sındıra bilmədi - VİDEO

MƏN ÇEYNƏNƏN BİR ÖLKƏNİN "HAQQ" BAĞIRAN SƏSİYƏM...

"2020-ci il seçkiləri oğurlanır"

AXCP prezidentə müraciət etdi

Onu ömürlük həbs cəzası gözləyə bilər