Bakıda auksionda ən bahalı əsər 20 min 50 manata satıldı

17:18 07-11-2019 | icon 40 | Mədəniyyət
Bakıda auksionda ən bahalı əsər 20 min 50 manata satıldı

Bu gün Mədəniyyət Nazirliyi, “Auction Baku” MMC və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Hilton Baku” hotelində incəsənət əsərlərinin növbəti auksionu keçirilib.

 

Mədəniyyət Nazirliyindən Versus.Az-a verilən məlumata görə, bu il ikinci dəfə gerçəkləşən auksion respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini inkişaf etdirmək, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətini gücləndirmək məqsədilə təşkil olunur.

 

Hərraca Akif Əsgərovun “Atlar”, Mahmud Rüstəmovun “Qadın müxtəlif əhvalda” silsiləsindən “Kompozisiya”, Fərəh Əliyevanın “Santa 1919-cu il”, “Kraliça”, Pərviz Hüseynov və İrina Qundorinanın “Kraliça Viktoriya”, Vüqar Muradovun “Gülüş”, “Payızda-yaz”, Namiq Məmmədovun “Mələklərin səhər yeməyi”, “Bolluq”, Vüqar Əlinin “Karvan” və İlham Mirzəyevin “Antik büst – qızılı fonda” əsərləri çıxarılmışdı.

 

Mərasimdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev auksionun əhəmiyyətini yüksək qiymətləndirdi:

“Azərbaycanda yeni yaradıcılıq sənayesi formalaşmağa başlayır. Bu, əl işlərindən tutmuş rəqslərə qədər incəsənətin bütün sahələrini əhatə edir. İncəsənət əsərlərinin auksionu artıq ikinci dəfə keçirilir. Düşünürəm ki, bu, çox yaxşı ənənədir. Auksion vasitəsilə vətəndaşlarımızda yeni vərdişlər formalaşdırmaq niyyətindəyik. Ümidvaram ki, bu ənənə gələcəkdə də davam etdiriləcək”.

 

Əbülfəs Qarayev onu da bildirdi ki, hər bir azərbaycanlının evinin divarından yerli rəssamların əsərləri asılmalıdır.

 

Daha sonra hərracın ilk çəkici vuruldu və satışa çıxarılan əsərlər elan edildi.

Rəssam, heykəltəraş Mahmud Rüstəmovun ilkin qiyməti 5600 manat olan, qranit, bürünc və qızıldan hazırlanmış “Qadın müxtəlif əhvallarda” əsəri 5610 manata satılıb. Heykəltəraş, Xalq rəssamı Akif Əsgərovun tuncdan hazırlanmış “Atlar” əsəri 20 050 manata alıcısını tapıb. Budəfəki auksionda ümumilikdə 2 lot satılıb. Ən bahalı lot A.Əsgərovun “Atlar” əsəri olub. Əsəri iş adamı İsgəndər Xəlilov satın alıb.

 

Qeyd edək ki, hərraca çıxarılan əsərlərin ilkin qiymətləri 2500-20000 manat arasında təyin olunmuşdu.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Köklü islahatlar olmasa, bu kadr islahatı uğur gətirməyəcək" - VİDEO

ALDP Bayraq Gününü belə qeyd etdi - VİDEO

AXCP sədr müavini: Dəyişən Rüstəm İbrahimbəyovun yerində Əli İnsanovun olmasıdır

“İstənilən səpgi ilə müşayiət olunan xəstəliklərdə həkimə müraciət etmək lazımdır”

"Bu, inteqrasiya deyildi, bu müxalifətin inteqrasiyasına zərbə idi"

"Azərbaycan Prezidentinə şikayət etməyimə mane olurlar"

ALIYEV CABBAR: "713-lə Laçına doğru"

Eldar Əzizovdan icra başçılarına ciddi - XƏBƏRDARLIQ

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

"Proporsional seçki sistemi ləğv olunandan sonra, vətəndaşlarda partiyalara maraq azaldı"

Əzəmətin gücünü qəlblərə damla-damla axıdan dahi

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

Qarabağ xanı Mehdiqulu xanın bayrağı və ona həsr olunmuş kitabın təqdimatı

Araz Əlizadə yenə özünü ifşa etdi

Ciyər xərçənginin ilkin əlamətləri açıqlandı