"Kiçik və orta sahibkarlığın vergi yükü yüngülləşdiriləcək"

16:09 17-04-2018 | icon 215 | İqtisadiyyat
"Kiçik və orta sahibkarlığın vergi yükü yüngülləşdiriləcək"

Azərbaycan Vergi Məcəlləsinə dəyişikliklərin əsas məqsədi kiçik və orta sahibkarlığın vergi yükünün yüngülləşdirilməsidir.

 

Versus.az xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov deyib. Nazir qeyd edib ki, bu, ölkədə kiçik və orta sahibkarlığın inkişafına imkan verəcək.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən son aylarda vergilər sahəsini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində iş aparılır:

 

“Bunun əsas məqsədi kiçik və orta sahibkarlığın vergi yükünü əhəmiyyətli dərəcədə azaltmaq və vergi idarəetməsini təkmilləşdirməkdir. İri müəssisələrə gəldikdə isə bu sahədə əsas istiqamətlər həmin müəssisələrdə şəffaflığın və daxili hesabatlılığın səviyyəsinin artırılmasıdır. Bu, bir tərəfdən həmin müəssisələrin rəqabət qabiliyyətliliyinin təminatı olacaq, digər tərəfdən, vergi ödənişlərinin sabitliyini və dövlət büdcəsinə daxilolmaların səviyyəsini dəqiq müəyyən etməyə imkan verəcək”.

 

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Süni əngəl və maneələrə yol verilməməlidir"

"Bəzi şəxslər hakimiyyətin yıxılması üçün işləyirlər" - MÜSAHİBƏ

“ALDP Kuboku” uğrunda nərd yarışı - QALİBLƏR

"Bu, əsl erməni həyasızlığı idi"

Trampla görüşməkdən imtina etdilər

Əsir və girov götürülən uşaqlarla bağlı film çəkilir

“BƏZİ TƏXRİBATÇI SAYTLAR AZƏRBAYCANA HÜCUM ÇƏKİR”