Tıxacların qarşısı alınacaq

16:49 17-04-2018 | icon 106 | İqtisadiyyat
Tıxacların qarşısı alınacaq

Avtomobil Yolları Dövlət Agentliyinin qarşısında duran əsas məsələlərdən biri də paytaxt Bakıda avtonəqliyyat sıxlığının azalmasına səbəb olacaq yeni yol infrastrukturu layihələrin işlənilməsidir. Bu çərçivədə ötən il bir-neçə layihə icra olunaraq vətəndaşların istifadəsinə verilib.

 

Agentlikdən Versus.az-a verilən məlumata görə, bu il də bir-neçə bu cür layihənin reallaşdırılması planlaşdırılır. Bunlardan biri Ziya Bünyadov prospekti ilə Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunu birləşdirən yeni yolun inşasıdır ki, artıq sözügedən istiqamət üzrə tikinti işlərinə start verilib.

 

Sözügedən yol Böyük Şor gölünün üzərindən çəkilir.

Belə ki, 2.7 km uzunluğa malik olacaq yeni avtomobil yolu Böyük Şor gölünün iki hissəyə bölünməsi məqsədilə çəkilən 1570 metr uzunluğunda bəndin üzərindən keçir. Yol I texniki dərəcəyə uyğun olaraq inşa olunur. Hazırda sözügedən ərazidə torpaq işləri aparılır, yol profilə salınır, 23.5 metr enində yol yatağının tikintisi işləri aparılır.

Layihə çərçivəsində yeni yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolaqlı olacaq. Hər bir zolağın eni 3.75 metr olmaqla hərəkət hissəsinin eni 15 metr təşkil edəcək. İstiqamətləri ayırmaq məqsədi ilə yol ayrıcının inşası da nəzərdə tutulub. Hər bir istiqamət üzrə piyada səkilərinin və çiyinlərin eni 3 metr olacaq.

 

Yeni avtomobil yolunun əvvəlində və sonunda tunellərin inşası da planlaşdırılır. Tunellərin uzunluqları açıq və qapalı hissə nəzərə alınmaqla müvafiq olaraq 416 və 206 metr təşkil edəcək. Tunellərin hər biri 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarət olacaq.

Yeni avtomobil yolunun inşası ilə sürücülər həm XIrdalan-Binəqədi-Balaxanı avtomobil yoluna, həm də Ziya Bünyadov prospektinə rahat çıxış əldə edəcəklər. Bununla da xüsusən günün pik saatlarında istər Ziya Bünyadov prospektində, istərsə də Heydər Əliyev prospektinin “Koroğlu” metrostansiyası qarşısından keçən hissəsində müşahidə olunan nəqliyyat sıxlığının azaldılması hədəflənir.

 

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər Qərb öz istədiyi şəxsi Sarkisyanın yerinə baş nazir təyin etsə…”

Aprel qazisi özünü öldürüb

Cəmiyyət olaraq bizi ən çox təəssüfləndirən nədir? - SORĞU

Arif Hacılı: “Namizədlər Müsavatı, Milli Şuranı hədəf seçmişdilər” - MÜSAHİBƏ

Arif Paşa: “Bakıda bizim mücadiləmizi nə görən, nə də harayımıza yetən yox idi” - MÜSAHİBƏ 1

ADNSU-nun 2-ci korpusu da əsaslı təmir olunacaq

Şirvanşah - Səfəvi konfrantasiyası

Səlim Müslümov: "8800 nəfərin ailəsinə birdəfəlik ödəniş veriləcək”

Ertələnən seçkilərdə iştirakçılıq

"Gənclik siyasətində əməkdaşlıq İƏT Gənclər və İdman Nazirliklərinin səlahiyyətində olmalıdır"

“Mənə dedilər ki, Rəhim Qazıyev sənə nifrət edir” – MÜSAHİBƏ 2

Müxalifət liderləri Dövlət Baxçalıdan öyrənsinlər

“Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər" - KONFRANS

Rus dilinin tədrisi təklif olunub

Yanğın söndürülüb