"Ermənistanı bütün regional layihələrdən təcrid etmək siyasətini davam etdirəcəyik"

16:25 18-04-2018 | icon 110 | Siyasət
"Ermənistanı bütün regional layihələrdən təcrid etmək siyasətini davam etdirəcəyik"

Ermənistanı bütün regional layihələrdən təcrid etmək siyasətini davam etdirəcəyik və əminəm ki, istədiyimizə nail olacağıq.

 

Versus.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də andiçmə mərasimində deyib.

Dövlətimizin başçısı qeyd edib:

 

"Biz son 15 il ərzində beynəlxalq təşkilatlar çərçivəsində çox fəal iştirak etmişik, bundan sonra da fəal iştirak edəcəyik. Beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bizim ədalətli mövqeyimizi dəstəkləyir. Təkcə onu demək kifayətdir ki, son 15 il ərzində bir çox ən mötəbər beynəlxalq təşkilatlar münaqişə ilə bağlı bizim təklifimizi qəbul edərək çox önəmli qətnamələr qəbul etmişlər. Orada göstərilir ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən qətnamələr qəbul etmişdir. Ondan əvvəlki dövrdə isə BMT Təhlükəsizlik Şurası və ATƏT qətnamələr qəbul etmişdir ki, bu, münaqişənin həlli üçün hüquqi baza yaradır".

 

İlham Əliyev əlavə edib:

 

"Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində beynəlxalq təşkilatların dəstəyini tam qazana bilmişik, Ermənistanın işğalçı siyasətini ifşa etmişik. Nail ola bilmişik ki, Ermənistan bu gün bütün regional layihələrdən təcrid edilmiş vəziyyətdədir. BMT Təhlükəsizlik Şurasının qətnamələri münaqişənin həlli üçün əsas bazadır, hüquqi bazadır. Dünyaya bir daha sübut edə bilmişik ki, biz haqlıyıq. Baxmayaraq ki, bizə qarşı kampaniyalar aparılır, erməni lobbi təşkilatları bizə qarşı kampaniyalar aparır. Ancaq bu kampaniyalar beynəlxalq təşkilatların qərarlarına təsir edə bilmədi. Biz siyasi və diplomatik uğurlar qazana bildik. Qondarma “Dağlıq Qarabağ”ı heç kim tanımır və əminəm ki, tanımayacaq. Orada keçirilən qondarma “referendum”u bizim qonşu ölkələrimiz və beynəlxalq təşkilatlar pislədilər.

Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Hüquqi baza var. Biz 15 il ərzində bu bazanı möhkəmləndirdik. Biz son 15 il ərzində münaqişə ilə bağlı həqiqətləri dünya birliyinə çatdıra bilmişik, kitablar yazıldı, xəritələr, qədim xəritələr ortaya qoyuldu, təqdimatlar, sərgilər keçirildi. Ondan çox ölkə Xocalı qətliamını soyqırımı kimi tanıdı. Bizim diplomatik və siyasi uğurlarımız öz nəticəsini verməkdədir".

 

Prezident bildirib ki, bu gün Ermənistan dalan ölkəyə çevrilib:

 

"Biz gizlətmirik ki, səylərimiz nəticəsində Ermənistanı bütün regional layihələrdən təcrid etmişik və bu siyasət öz nəticələrini verməkdədir. Biz bundan sonra da bu siyasəti davam etdirəcəyik və əminəm ki, istədiyimizə nail olacağıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın.

Onu da biz dünya birliyinə, ictimaiyyətinə çatdırırıq ki, nəinki Dağlıq Qarabağ, indiki Ermənistan bizim tarixi torpaqlarımızdır. Təkcə sözlə yox, biz sübutlarla dünya birliyinə bunu çatdırırıq. Elmi əsərlər yazılır, arxivlər qaldırılır, tarixi kitablar yazılır. Bunu sübut edən kifayət qədər tarixi sənəd var. XIX əsrin əvvəllərində İrəvan xanlığının əhalisinin 80 faizini azərbaycanlılar təşkil edirdi. Biz bir neçə deportasiyaya məruz qalmışıq. Bütün bunları biz çatdırmalıyıq, çatdırırıq və bu, öz səmərəsini verməkdədir.

Bizim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyimiz Azərbaycan xalqı tərəfindən dəstəklənir. Biz bu siyasətdən dönməyəcəyik, bundan sonrakı illərdə də işğalçını bütün işlərdən, regional işlərdən təcrid edəcəyik, onları ifşa edəcəyik. Gələcək illərdə isə bizim gücümüz daha da artacaq. Çünki bu gün reallaşan böyük təşəbbüslər, layihələr bizim gücümüzü daha da artıracaqdır".

Xəbər lenti

“Millət vəkili İndoneziyada işğalçı Ermənistanın qətlə yetirdiyi körpələrdən danışıb”

Qənirə Paşayeva: “Hələ 100 il əvvəl Azərbaycanda qadınlara seçmək və seçilmək hüququ verilib”

“Rüstəm İbrahimbəyovu prezident seçdirmək istəyənlər xalqdan üzr istəsinlər” - TƏLƏB

“Bu faktlar Rüstəm İbrahimbəyovun riyakarlığından xəbər verir”

rüstəm ibrahimbəyovun stpir-plastikası

Partiya sədrindən Rüstəm İbrahimbəyovla bağlı TƏKLİF

"“Sapı özümüzdən olan” bəzi “baltalar” hələ də çirkin niyyətlərindən əl çəkmir"

"Rüstəm İbrahimbəyov bir daha özünün iç dünyasını göstərdi"

"İnana bilmirəm ki, Maqsud İbrahimbəyov kimi bir insanın bu cür ermənipərəst qardaşı olsun"

Fuad Əliyev Cümhuriyyət ilini Nəsir Ağayevlə qeyd edib

Şanlıurfada Azərbaycan bulvarı açılır

“İkinci turda Ərdoğanın qarşısına Meral Akşener çıxarsa...” - MÜSAHİBƏ

"Müharibəyə hazır olun!" əmri

Tanınmış siyasətçilərin xaricdə yaşayan övladları - SİYAHI

“QIZIL ADAM” BAKIDA

"Gürcüstanla bağlı məsələlərdə daha aydın mövqe sərgilənməsinə ehtiyac var"

“Kəfənli etiraz aksiyasının bütün türkmənlər arasında yayılması gözlənilir”

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Xatirəsi bu gün də yaddaşlarda diri qalan həkim

Kərkük əhalisi kəfən geyinib küçələrə çıxdı – VİDEO

Nazir rektorlara tapşırıqlarını verdi

“Əbülfəz bəy niyə xalqa müraciət etmədi, niyə Etibar bəyi çağırmadı?” - LAYİHƏ

Bu qadınlar Azərbaycanla əməkdaşlıqda maraqlıdılar

Millət vəkili nazir və merlə görüşüb

“Məqsədləri Qarabağı Azərbaycandan qoparmaqdır”

"Türkmənlərin pozulan hüquqları bərpa edilsin, parlamentdə təmsil hüquqları tanısın" - BƏYANAT

Prezident Azərbaycanın fəallığını yüksək qiymətləndirib

“Avropa Birliyi normal mövqe sərgiləməlidir”

Növbəti plenar iclasda bu məsələlər müzakirə olunacaq - SİYAHI

Artıq marixuana çəkənlər həbs olunmayacaq

“Səməd Seyidova sanksiya tətbiq etmək absurddur”

“Bu sanksiyalar bumeranq kimi Avropanın özünə qayıda bilər”

“eManat” pulun qalığını qaytaracaq