"Biz artıq Avropanın, Avrasiyanın enerji xəritəsini dəyişdirmişik"

16:34 18-04-2018 | icon 114 | İqtisadiyyat
"Biz artıq Avropanın, Avrasiyanın enerji xəritəsini dəyişdirmişik"

Biz artıq Avropanın, Avrasiyanın enerji xəritəsini dəyişdirmişik.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də andiçmə mərasimində deyib. Dövlətimizin başçısı qeyd edib:

 

“Əlbəttə ki, bizim iqtisadiyyatımızın əsas hissəsini neft-qaz sektoru təşkil edir. Təbii ki, son 15 il ərzində bu sahəyə xüsusi diqqət göstərilirdi və bundan sonra da göstəriləcək. Bu illər ərzində biz doğrudan da tarixi nailiyyətlərə nail ola bilmişik. Ulu öndər Heydər Əliyevin öz əlləri ilə təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və beləliklə, biz böyük gəlirlər əldə etməyə başlamışdıq. Ondan bir il sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirmişdir. Hazırda biz Cənub Qaz Dəhlizinin icrası ilə məşğuluq. Bu layihə bizim təşəbbüsümüzlə həyata keçirilir. 2012-ci ildə bu layihəyə start verildi. Ondan əvvəlki illər isə demək olar ki, nəticəsiz keçmişdir. Çünki Azərbaycan qazını böyük həcmlərlə Avropa bazarlarına çıxarmaq üçün bir neçə il ərzində müzakirələr gedirdi, amma heç bir nəticə yox idi. Biz bunu görəndə artıq bildik ki, ancaq özümüzə güvənməliyik və tarixi qərarlar qəbul edildi. Çox çətin layihəni uğurla icra edirik. Bu, həm iqtisadi, həm texniki cəhətdən maliyyə tutumlu layihədir”.

 

İlham Əliyev bildirib ki, Cənub Qaz Dəhlizinə qoyulan sərmayə 40 milyard dollara bərabərdir. Bu vəsaitin böyük hissəsi xarici tərəfdaşlar, banklar tərəfindən qoyulur:

 

“Ona görə xüsusilə bu da dünyada mövcud olan iqtisadi böhrana təsadüf etdi və bu vəsaiti ölkəmizə cəlb etmək o qədər də asan məsələ deyildi. Biz, əlbəttə, diplomatik, siyasi və iqtisadi yollarla buna nail ola bilmişik. “Cənub Qaz Dəhlizi” layihələrinin üçü bu il istifadəyə veriləcəkdir – “Şahdəniz-2”, “Cənubi Qafqaz Kəməri” və TANAP. Biz artıq Avropanın, Avrasiyanın enerji xəritəsini dəyişdirmişik. Bundan sonrakı illər ərzində Azərbaycan Avrasiyada çox önəmli enerji resurslarını dünya bazarlarına çıxaran ölkə kimi fəaliyyət göstərəcək. Əlbəttə, bizə əlavə gəlirlər gələcək ki, bu gəlirləri də biz ölkəmizin inkişafına yönəldəcəyik. Biz bu illər ərzində “Azəri-Çıraq-Günəşli” yatağının gələcək işlənilməsi ilə bağlı önəmli addımlar atmışıq, yeni kontrakt imzalanıb. Kontraktın müddəti 2050-ci ilə qədər uzadılıb və biz öz payımızı artıra bilmişik. Eyni zamanda, 3,6 milyard dollar bonus almışıq və onun birinci hissəsi artıq bu il xəzinəyə daxil olub. Növbəti illərdə biz neft-qaz sektorunda digər perspektiv strukturlar ətrafında tərəfdaşlarla işləyəcəyik”.

 

Prezident vurğulayıb ki, demək olar, neft-qaz sektorunda Azərbaycan istədiyinə artıq nail olubdur və bir-iki ildən sonra Cənub Qaz Dəhlizi tam istifadəyə veriləcək.

Xəbər lenti

“Millət vəkili İndoneziyada işğalçı Ermənistanın qətlə yetirdiyi körpələrdən danışıb”

Qənirə Paşayeva: “Hələ 100 il əvvəl Azərbaycanda qadınlara seçmək və seçilmək hüququ verilib”

“Rüstəm İbrahimbəyovu prezident seçdirmək istəyənlər xalqdan üzr istəsinlər” - TƏLƏB

“Bu faktlar Rüstəm İbrahimbəyovun riyakarlığından xəbər verir”

rüstəm ibrahimbəyovun stpir-plastikası

Partiya sədrindən Rüstəm İbrahimbəyovla bağlı TƏKLİF

"“Sapı özümüzdən olan” bəzi “baltalar” hələ də çirkin niyyətlərindən əl çəkmir"

"Rüstəm İbrahimbəyov bir daha özünün iç dünyasını göstərdi"

"İnana bilmirəm ki, Maqsud İbrahimbəyov kimi bir insanın bu cür ermənipərəst qardaşı olsun"

Fuad Əliyev Cümhuriyyət ilini Nəsir Ağayevlə qeyd edib

Şanlıurfada Azərbaycan bulvarı açılır

“İkinci turda Ərdoğanın qarşısına Meral Akşener çıxarsa...” - MÜSAHİBƏ

"Müharibəyə hazır olun!" əmri

Tanınmış siyasətçilərin xaricdə yaşayan övladları - SİYAHI

“QIZIL ADAM” BAKIDA

"Gürcüstanla bağlı məsələlərdə daha aydın mövqe sərgilənməsinə ehtiyac var"

“Kəfənli etiraz aksiyasının bütün türkmənlər arasında yayılması gözlənilir”

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Xatirəsi bu gün də yaddaşlarda diri qalan həkim

Kərkük əhalisi kəfən geyinib küçələrə çıxdı – VİDEO

Nazir rektorlara tapşırıqlarını verdi

“Əbülfəz bəy niyə xalqa müraciət etmədi, niyə Etibar bəyi çağırmadı?” - LAYİHƏ

Bu qadınlar Azərbaycanla əməkdaşlıqda maraqlıdılar

Millət vəkili nazir və merlə görüşüb

“Məqsədləri Qarabağı Azərbaycandan qoparmaqdır”

"Türkmənlərin pozulan hüquqları bərpa edilsin, parlamentdə təmsil hüquqları tanısın" - BƏYANAT

Prezident Azərbaycanın fəallığını yüksək qiymətləndirib

“Avropa Birliyi normal mövqe sərgiləməlidir”

Növbəti plenar iclasda bu məsələlər müzakirə olunacaq - SİYAHI

Artıq marixuana çəkənlər həbs olunmayacaq

“Səməd Seyidova sanksiya tətbiq etmək absurddur”

“Bu sanksiyalar bumeranq kimi Avropanın özünə qayıda bilər”

“eManat” pulun qalığını qaytaracaq