Prezident İƏT gənclər və idman nazirlərinin IV konfransının iştirakçılarına müraciət ünvanlayıb

16:49 18-04-2018 | icon 158 | İdman
Prezident İƏT gənclər və idman nazirlərinin IV konfransının iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatı (İƏT) gənclər və idman nazirlərinin IV konfransının iştirakçılarına müraciət ünvanlayıb.

 

Müraciətdə deyilir:

 

"Hörmətli konfrans iştirakçıları! Sizi – İslam Əməkdaşlıq Təşkilatı gənclər və idman nazirlərinin IV konfransının iştirakçılarını səmimi qəlbdən salamlayır, hər birinizə işlərinizdə uğurlar diləyir və əmin-amanlıq arzulayıram.

Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasına nail olduğu ilk illərdən etibarən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdən biri kimi bu təşkilatın fəaliyyətində iştirakına xüsusi əhəmiyyət verir və öz xarici siyasət kursunun əsas istiqamətlərindən biri hesab edir. İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin də Azərbaycanın haqlı mövqeyini daim dəstəkləmələri ölkəmizdə həmişə təqdirlə qarşılanır.

 

Ötən dövr ərzində iqtisadi gücü və siyasi nüfuzu durmadan artan respublikamız xüsusən son illərdə bir sıra beynəlxalq əhəmiyyətli mötəbər tədbirlərin yüksək səviyyədə keçirildiyi məkana çevrilmişdir. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələr Azərbaycanın böyük İslam sivilizasiyasının təşəkkülündə özünəməxsus mövqeyinə diqqəti bir daha yönəltmişdir.

Azərbaycan İslam ölkələri gənclərinin həmrəyliyinin möhkəmləndirilməsini daim diqqət mərkəzində saxlayır. Bizim təşəbbüsümüzlə Bakıda 2004-cü ildə İslam Əməkdaşlıq Təşkilatı tarixində ilk dəfə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu təsis edilmiş və Forumun birinci iclası da burada keçirilmişdir.

 

Ölkəmiz idman sahəsindəki əməkdaşlığı da xalqlarımız arasında həmrəyliyin mühüm amillərindən biri hesab edərək bu istiqamətdə mühüm addımlar atmışdır. Biz Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan edildiyi 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmiş, bu oyunların beynəlxalq standartlara tam uyğun və mütəşəkkil keçirilməsinə nail olmuşuq.

Əminəm ki, konfransınız İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin gənclər və idman sahəsində əməkdaşlığının bundan sonra daha da gücləndirilməsi ilə bağlı geniş müzakirələr aparacaq, qarşılıqlı əlaqələrimizin yeni inkişaf yollarını müəyyən edəcəkdir".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Turan Qurultayının bağlanışında Türk dünyasına Qarabağ çağırışı

Macarıstanda Azərbaycan sərgisi açılıb

Türkmənistan, Qırğızıstan və Rusiyada yaşayan türk xalqlarının təmsilçiləri ilə görüş

Millət vəkili İraq, Krım, Tatarıstan və Noqay türklərinin təmsilçiləri ilə görüşüb

Buğacın Azərbaycan bölgələrindən biri ilə qardaşlaması təklifi

Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub

İlk dərs bu mövzulara həsr olunacaq

Bu müəllimlərin məsuliyyəti məsələsinə baxılacaq

Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq

Siçanlar üzərində aparılan təcrübə göstərib ki...

Bakının bəzi ərazilərində qaz olmayacaq

Hidrometeorologiya Departamenti xəbərdarlıq edib

İcra başçılarına müraciət ünvanlanıb

"Qafqazinfo.az" - 8

"Azərbaycan üçün ayrıca bir İlqar Məmmədov məsələsi yoxdur"