Min bir dərdin dərmanı - QARA ZİRƏ

11:13 21-11-2019 | icon 70 | Sağlamlıq
Min bir dərdin dərmanı - QARA ZİRƏ

Uzun illərdir dünyadakı bir çox xəstəliyin müalicəsində istifadə olunan bu bitkinin faydalarını saymaqla bitmir. Latınca Nigella Sative olaraq adlandırılan bu bitki min dərdin əlacı sayılır. Onun faydaları ilə bağlı alimlər çoxsaylı araşdırmalar edib.

 
 
Versus.Az xəbər verir ki, qara zirəni bu qədər dəyərli edən, onun tərkibindəki vitamin və minerallardır. İnsan sağlamlığına təəccübləndirəcək şəkildə kömək edən və bir çox xəstəliklərin müalicəsində dərman olaraq istifadə edilən çox zəngin bir bitkidir. Bu bitki çox zəngin vitamin qaynağıdır. Belə ki, A, H, B1, B2, B6 və C vitaminlərini özündə saxlayır. Mineral olaraq isə sink, kalsium, maqnezium və selenium kimi maddələrlə zəngindir. Çörək otunun tərkibində 38% karbohidrat, 35% müxtəlif yağlar, 21% albummin və geriyə qalan 6%-də isə yüzə yaxın maddə vardır.
 
Alimlər çoxsaylı araşdırmalarında, çörək otunun insan sağlamlığına faydalarını ortaya çıxarmaq və xəstəliklərin müalicəsində necə istifadə ediləcəyi ilə əlaqəli araşdırmalar aparılıb. Bu araşdırmalar nəticəsində çox önəmli nəticələr əldə edilib.
 
 
Belə ki, qara zirə bu xəstəlikləri müalicə edir: 
 
 
Astma
2010-cu ildə aparılan laboratoriya araşdırmaları nəticəsində qara zirənin astma xəstəliyinin müalicəsində çox faydalı olduğu isbat olub. Alimlər tərəfindən aparılan digər araşdırmalarda isə bu bitkinin yağının astmaya çox faydalı olduğu sübut edilib. Astma krizləri baş verən zaman bir fincan qəhvə ilə qara zirə yağını qarışdıraraq səhər-axşam içmək çox yaxşı təsir göstərəcək. Astma xəstəliyinə ən yaxşı kömək edən bu bitkinin yağını sinə və bel nahiyəsinə çəkin və ya qaynar suya bir qədər qara zirə yağı qatın və gün ərzində bir neçə dəfə buxar vannası edin.
 
 
Yüksək təzyiq
Bu bitkinin yüksək təzyiqi normaya salmaq kimi bir funksiyası var. Belə ki, yüksək təzyiqdən əziyyət çəkən insanlar 0,6 mq miqdarında çörək otu qəbul etdikdə təzyiqin düşməsinə kömək edəcək.
 
 
Boğaz Ağrısı
Qara zirə boğaz iltihabına qarşı çox faydalıdır.
 
 
Sədəf xəstəliyi
Sədəf iltihablarına qarşı aktual olaraq tətbiq olunması vəziyyətində, qara zirə epidermal qalınlığın artmasının və partlamanın qarşısını aldığı elmi olaraq sübut olunmuşdur.
 
 
Qaraciyər xəstəliyi
Xalq təbabətində də qara zirənin qaraciyəri bəzi zəhərlənmə növlərindən qoruduğu məlumdur. Mövzu ilə əlaqəli aparılan araşdırmalarda bu məlumatın doğruluğuna şübhə qalmamışdır. Belə ki, bu bitki karbon tetrachloridin zəhərli təsirini azaldır. Bununla yanaşı qaraciyər xərçəngindən qorunmaq üçün də faydalıdır.
 
 
Diabet xəstəliyi
Qara zirənin faydalarının araşdırılması ilə bağlı gedən təcrübələr nəticəsində damarda tıxacların qarşısının alınmasında çox təsirli olduğu ortaya çıxıb. Diabet xəstələrinə, xüsusilə də yüksək qan şəkəri olan insanlar bu bitkidən istifadə edə bilərlər.
 
Allergiya xəstəlikləri
Almaniyada aparılan araşdrmalar nəticəsində məlum olub ki, astma, ekzema xəstəliyindən əziyyət çəkən 152 nəfərə hər gün 40-80 mq qara zirə yağı tərkibli dərman verilərək müalicə edilib.
 
 
Yaddaşı gücləndirir
Bir stəkanın içərisində nanəyə 8-10 damcı qara zirə yağı töküb gündə iki dəfə içsəniz yaddaşınıza çox kömək edəcək.
 
 
Hormonal tarazlığı qoruyur
Bir ay müddətində, üyüdülmüş qara zirə otunu 10-20 mq arı südü və ya 30-35 q bal ilə qarışdıraraq ağızda əriyəcək şəkildə udun.
 
 
Böyrək daşına faydası
Qəhvə fincanına üyüdülmüş qara zirə otu və bir o miqdarda da bal və 3 diş sarımsaq qarışdırılıb 7 gün müddətində gündə 3 dəfə 50-100 q limon suyu əlavə olunaraq içilir.
 
 

Qara zirə otunun düzgün istifadəsi və zərərləri

 
Qeyd edək ki, yuxarıda qeyd edilən məsləhətlərdə istifadə zamanı miqdara diqqət yetirəsiniz. Belə bir deyimi demədən keçə bilmərəm. "İnci saflığı olsa da suda, artıq içiləndə dərd verir o da”. Hamilə qadınların istifadə etməsi qəti qadağandır.
 
- Hər hansı bir xəstəliklə bağlı müalicə alırsınızsa, həkiminizlə məsləhətləşmədən bu bitkidən istifadə etməyin.
 
- Qədərindən artıq istifadə etsəniz, bağırsaqlardakı faydalı bakteriyaları öldürdüyü üçün qəbizlik yarada bilər.
 
- Əgər təzyiq dərmanları istifadə edirsinizsə eyni zamanda bu bitkidən istifadə etməyiniz məsləhət deyil. /Medicina.az/
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"

713- ün HOÇAZDA SON ŞƏHİDİ

Növbədənkənar seçkiləri labüd edən məqamlar

"Boykot taktikasına əl atan istənilən siyasi qüvvə iflasa uğrayacaq"

Həkim-terapevt Seboreya xəstəliyinin yaranmasına təkan verən patologiyalardan danşdı

“Gülsam”-ın Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək

"Buyurun, artıq növbədənkənar seçkinin astanasındayıq"

“Həyəcan” düyməsi

"YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik"

"Mənim ixtiyarım öz əlimdə deyil"

Keçmiş deputatlığa namizəd özünü bir daha sınayacaq

Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib

72 yaşlı Əməkdar artist gözəlliyinin sirrini açdı

Azərbaycan idmançılarının da iştirak etdiyi döyüşlər başlayır

Milli Məclisin adı dəyişdiriləcəkmi?