Beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsi qaydaları təsdiqlənib


“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydaları” təsdiq edilib.
Versus.Az xəbər verir ki, Baş nazir Əli Əsədov tərəfindən təsdiq olunan Qaydalara əsasən, beynəlxalq ikili diplom proqramının təşkili və həyata keçirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondunun, beynəlxalq təşkilatların (fondların), xarici və yerli hüquqi və fiziki şəxslərin vəsaitləri hesabına bu Qaydalarla müəyyən edilmiş hallarda və qaydada maliyyələşdirilir.
Beynəlxalq ikili diplom proqramının təşkili və həyata keçirilməsinin maliyyələşdirilməsi məsələləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində yaradılmış Dövlət Proqramının İdarəetmə Qrupu tərəfindən idarə olunur.
Ölkədaxili təyinatlı ödənişlər üzrə maliyyələşdirmə Azərbaycan manatı ilə, ölkəxarici təyinatlı ödənişlər üzrə maliyyələşdirmə xarici valyuta ilə və ya sifarişin rəsmiləşdirilməsi tarixinə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə aparılır.
Beynəlxalq ikili diplom proqramının həyata keçirilməsi ilə bağlı yerli və xarici tərəfdaş ali təhsil müəssisələri arasında imzalanmış müqavilə (bundan sonra – ikitərəfli müqavilə), onun imzalanmasına dair qarşı tərəfin qanunvericiliyində buna dair tələb olduğu halda, aidiyyəti qurumunun razılıq məktubu və ikitərəfli müqavilənin başlamasına dair Nazirliyin müvafiq əmri maliyyələşdirmənin aparılması üçün əsasdır. Ödəmələr bu Qaydaların 2.1-ci bəndində göstərilən istiqamətlər üzrə ikitərəfli müqavilələrdə nəzərdə tutulduğu halda həyata keçirilir.
Versus.Az

Xəbər lenti

Dima Bilan sərxoş çıxışından danışdı - VİDEO
"Mən qalxdım, lakin yeriyə bilmədim, məni heç saxlayan da olmadı”
Məşhur Hollivud aktyoru vəfat edib
2019-cu ilin üç ən yaxşı filmi - SİYAHI
Bakıda “Infiniti”i markalı avtomobillə “Mitsubishi” toqquşub - FOTO
La Liqada autsayder qələbəni əldən verib
"Lill" "Monpelye"yə qalib gəlib
Almaniya Bundesliqası: “Hoffenhaym” evdə uduzub
Yunan hakimlər turun matçlarını boykot etməyə qərar veriblər
Türkiyə Super Liqasında turun açılış oyunu heç-heçə bitib
Xanım sürücü piyada qadını vurub
Lerik rayonunda üçotaqlı ev yanıb
Xərçəng, diabet, demensiyanın səbəbkarı bu bakteriya imiş – Ağızdan bədənə keçir
Zavodları bağlamaq kifayətdir ki, astma, bronxit xəstəlikləri azalsın
Körpələrin baş ətrafını mütləq ölçdürün
İnsulta aparan TƏHLÜKƏ
Nə üçün ayaqlarımız şişir?
İrəli
