Bu gün Dünya Fəlsəfə Günüdür

18:10 21-11-2019 | icon 31 | Maraqlı
Bu gün Dünya Fəlsəfə Günüdür

Dünya Fəlsəfə Günü UNESCO-nun təşəbbüsü ilə 2002-ci ildə təsis edilib.

 

Versus.Az xəbər verir ki, bu günün məqsədi insanları fəlsəfi irslə tanış etmək, gündəlik düşüncələrə yeni fikirlər gətirmək və cəmiyyətin üzləşdiyi problemlər barədə ziyalılar və vətəndaş cəmiyyəti arasında ictimai müzakirələri stimullaşdırmaqdır.

 

Dünya Fəlsəfə Günü 2019-cu ildə müxtəlif regional kontekstlərdə fəlsəfənin əhəmiyyətini vurğulamağı hədəfləyir. Məqsəd sosial dəyişiklikləri dəstəkləyən müasir çağırışlarla bağlı qlobal debatlara regional töhfələr verməkdir.

 

UNESKO-nun Baş direktoru Odre Azule Dünya Fəlsəfə Günü ilə əlaqədar dünya ictimaiyyətinə müraciət ünvanlayıb. Müraciətdə qeyd olunur ki, fəlsəfə dünyaya və varlığımıza təəccübdən doğulur. Fəlsəfənin tərifləri arasında ən diqqətçəkənlərindən biri Artur Şopenhauerin “Dünya iradə və təsəvvür kimi” əsərində verilib. Əsərdə fəlsəfə dünyanın sübut kimi qəbul edilmədiyi, lakin bilinməyən bir şey kimi verilən sualların əbədi bir təqdimatıdır. İnanclara meydan oxuyan fəlsəfə bu dünyanı bütün zənginliyi və mürəkkəbliyi ilə dərk etməyi təklif edir. Bu təəccübləndirmək bacarığı 3000 il əvvəl Çin, Orta Şərq və Qədim Yunanıstanda yaranan minillik ənənəsinə qayıdır. Hətta minilliklər keçməsinə baxmayaraq fəlsəfi suallar öz aktuallığını itirməyib.

 

Müraciətdə vurğulanır ki, fəlsəfə dəyişiklik haqqında düşünmək üçün dəyərli bir vasitədir, eyni zamanda, dialoq və dözümlülük üçün qapı açır. Bütün bu səbəblərə görə UNESKO həmişə fəlsəfənin dostu olub.

 

UNESCO-nun baş direktorunun müraciətinin geniş mətni ilə bu təşkilatın saytında tanış olmaq mümkündür.

 

Azərbaycan dünya elminə böyük töhfələr bəxş edən ölkələr sırasındadır. Azərbaycanda fəlsəfi fikrin inkişafını izləmək üçün keçmişin mühüm yazılı abidələri – Avesta, pəhləvi mətnləri, qədim yunan filosofları və tarixçilərinin əsərləri, orta əsrlərin yazılı abidələri, ölkə ərazisindəki arxeoloji qazıntıların materialları, dil və şifahi ədəbiyyat tarixinin tədqiqi və s. araşdırmalar geniş imkanlar yaradır. Bu gün Azərbaycan elmi-fəlsəfi fikrinin dünya elminə inteqrasiyası qarşıda duran ən aktual vəzifələrdən biridir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Bu prosesdə uğur qazanmağın yolu budur ki...”

Qarabağa gedən Yolumuz və ölü erməni

 Yeni mərkəz yaradılır - “Qarabağ Tribunası” 

"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"

Mifik "batalyon", sərt ittihamlar və Cümşüd Nuriyevdən açıqlama

"Boykot taktikasına əl atan istənilən siyasi qüvvə iflasa uğrayacaq"

"Biz insanlara vəzifəsinə deyil, şəxsiyyətinə görə dəyər verərik"

713- ün HOÇAZDA SON ŞƏHİDİ

Həkim-terapevt Seboreya xəstəliyinin yaranmasına təkan verən patologiyalardan danşdı

"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyindən nəcib təşəbbüs

"Qadınlar yüksək vəzifələrdə daha çox təmsil olunmalıdırlar" - FOTO

“Gülsam”-ın Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək

"Haqq-ədalət bir az acı olur, nəyisə deyirsən, səni “vururlar”"

"Buyurun, artıq növbədənkənar seçkinin astanasındayıq"

Növbədənkənar seçkiləri labüd edən məqamlar