Ad gününüz mübarək, professor!

20:42 21-11-2019 | icon 73 | Mədəniyyət
Ad gününüz mübarək, professor!

Özü qürbətdə yaşasa da, ürəyi vətənlə döyünür. Vətəndə baş verən hadisələrə biganə qala bilmir. Narahatlığını dilə gətirməkdən çəkinmir. Desəm ki, qürbət onu siyasiləşdirib, yalan olar, gileyləri sənətlə bağlıdır. Doğrudur, bəzən bu problemlərin səbəbini hakimiyyətdə görür, amma bunu heç də siyasətlə bağlamaq olmaz. Axı başımızın üstə Allah var, Azərbaycan mədəniyyətinin tərəqqisində kifayyət qədər xidmətləri olub. Bu xalqın böyük sənətkarlarından biridir. Zarafat deyil, o, milli musiqimizi çağdaş bəstəkarlıq texnikası ilə sintezləşdirərək, yeni musiqi tərzinin üzə çıxmasına möhrünü vurub. Müasir Azərbaycanın ilk hərbi marşının müəllifidir. İlk dəfə sazı kamera musiqisində kamanla, violonçellə, fleyta ilə bərabər şəkildə tədbiq edib. İlk dəfə sazı və zurnanı simfonik və simfo-caz orkestrlərin tərkibinə daxil edərək, əsas alətlər şəklində işləməsinə nail olub. Giley-güzarı çox sadədir.

 

Deyir ki,- “Siz son dəfə məni hansı kanalın, hansı verilişində görmüsünüz? Son dəfə 90-cı illərin ortalarında. Mən Azərbaycandan 2005-ci ildə getsəm də, ildə 2-3 dəfə qayıdır, uzun müddət vətəndə oluram“...

 

1992-ci ildən Respublikanın əməkdar incəsənət xadimidir, Azərbaycan mədəniyyət tarixində öz yeri olan parlaq istedadlı bəstəkardır! Zamanın soyuq rüzgarı bu gün onun taleyiə hakim olsa da, adı özündən çox yaşayacaq...

 

Noyabrın 22-si Cavanşir Quliyevin 69 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.


Ad gününüz mübarək, hörmətli professor!

 

Elman Eldaroğlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"

Qarabağa gedən Yolumuz və ölü erməni

713- ün HOÇAZDA SON ŞƏHİDİ

"Boykot taktikasına əl atan istənilən siyasi qüvvə iflasa uğrayacaq"

Həkim-terapevt Seboreya xəstəliyinin yaranmasına təkan verən patologiyalardan danşdı

"Qadınlar yüksək vəzifələrdə daha çox təmsil olunmalıdırlar" - FOTO

“Gülsam”-ın Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək

Növbədənkənar seçkiləri labüd edən məqamlar

"Buyurun, artıq növbədənkənar seçkinin astanasındayıq"

Yeni ildə bir həftə iş olmayacaq

“Həyəcan” düyməsi

"Mənim ixtiyarım öz əlimdə deyil"

"YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik"

Flora Kərimova İlhamə Quliyeva haqqında bunları dedi

Xırdalanda ödəmə terminalı qarət olunub