BSU-da “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilib

15:50 22-11-2019 | icon 61 | Təhsil
BSU-da “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilib

Noyabrın 22-də Bakı Slavyan Universitetinin (BSU) Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin təşkilatçılığı ilə universitetdə Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda doktorant, magistrant və bakalavrların Beynəlxalq elmi-praktik konfransı keçirilib.

 

Versus.Az xəbər verir ki, bu barədə BSU-nun Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd edək ki, bu beynəlxalq elmi-praktik konfransın yüksək səviyyədə təşkili və keçirilməsi üçün BSU-da universitetin rektoru, professor Nurlana Əliyevanın sədri olduğu 17 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb.

 

Konfransda Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri, professor Əfqan Abdullayev, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Gündüz Cəfərov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru Camal Mustafayev, təhsil eksperti, professor Şahlar Əsgərov iştirak ediblər. Konfransda bir çox xarici ölkələrin-Çexiya Respublikasının, Rusiya Federasiyasının, Türkmənistan Respublikasının, Qambiya Respublikasının, Çin Xalq Respublikasının və digər ölkələrin ali təhsil  müəssisələrinin, eləcə də ölkəmizin ali məktəblərinin və Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq elmi-tədqiqat institutlarının təmsilçiləri iştirak ediblər.

 

Konfransın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Konfransı giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva iştirakçıları salamlayıb və onları rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnunluq duyduğunu bildirib. Rektor qeyd edib ki, bu konfransın keçirilməsi BSU-nun beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində atdığı növbəti uğurlu addımdır. Konfrans müasir dövrümüz üçün çox aktual olan bir mövzuya həsr olunub və səmərəli fikir mübadiləsinin aparılması, qabaqcıl beynəlxalq təcrübənin təbliğ edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu mövzu yalnız müəllim və tələbələr üçün deyil, bütün Azərbaycan cəmiyyəti üçün olduqca vacibdir. Biz dünən Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümünü yüksək səviyyədə qeyd etdik. 27 il bundan öncə Azərbaycan dünya miqyasında tanınmırdı. Müstəqil Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin böyük dühası nəticəsində dünya birliyinin layiqli üzvünə çevrilib, ölkəmizin beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri və mövqeyi var. Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun hüquq və azadlıqlarının yüksək səviyyədə təmin edilməsi dayanır. Tolerantlıq və multikulturalizm Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu gün ölkəmiz Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uzaqgörən və mütərəqqi fəaliyyətləri nəticəsində mədəniyyətlərarası, dinlərarası dialoq mərkəzinə çevrilib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Qoşulmama Hərəkatına sədr seçilməsi və dünya miqyasında siyasi nüfuzunun artması Azərbaycan diplomatiyasının uğurudur.

 

Rektor çıxışında xüsusi vurğulayıb ki, ölkəmizdə elm və təhsilin inkişafına dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Bu da təbiidir, çünki elm və təhsil cəmiyyətin inkişafının hərəkətverici qüvvəsidir. Elm və təhsil, yüksəkixtisaslı kadrlar hər bir ölkənin davamlı sosial-iqtisadi, mədəni-intellektual yüksəlişinin əsas amilidir. Azərbaycanda aparılan təhsil islahatlarının miqyası genişlənir, yeni məzmun və forma kəsb edir, təhsil sistemimiz uğurla Avropa təhsil məkanına inteqrasiya edir. Azərbaycanlı gənclər dünyanın tanınmış, nüfuzlu və aparıcı universitetlərində ali təhsil alırlar. Rektor Nurlana Əliyeva çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.

 

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri, professor Əfqan Abdullayev konfrans iştirakçılarını Təhsil Nazirliyinin rəhbərliyi adından təbrik edib və konfransın keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayıb.

 

Təhsil eksperti, professor Şahlar Əsgərov və professor Camal Mustafayev konfransın keçirilməsini yüksək qiymətləndiriblər və belə konfransların gənclərin intellekt səviyyəsinin yüksəlməsinə səmərəli təsir göstərdiyini qeyd ediblər.

 

Konfransın plenar iclasında BSU-nun tələbəsi Elnur Baharov “Azərbaycanın dövlətçilik ənənələrinin və diplomatiyasının inkişaf yolu”  mövzusunda, Həştərxan Dövlət Universitetinin tələbəsi Sabina Velikaya “Формирование трансграничного пространства в каспийском регионе: опыт взаимодействия России и Азербайджана” mövzusunda, Karlov Universitetinin tələbəsi Yuliya Svetlova “Отношения Чехии и Азербайджана: исторический дискурс” mövzusunda,  Qambiya Respublikasının nümayəndəsi Musa Ceesay “Azerbaijan – Gambia relations” mövzusunda çıxışlar ediblər.

 

BSU-nun Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev konfransın keçirilməsi ilə bağlı ətraflı məlumat veriblər.

 

Sonra konfrans öz işini 9 bölmədə-Azərbaycanın beynəlxalq münasibətlər tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yeri”, “Yeni dünya nizamı: XXI əsrin çağırışları”, “Azərbaycanın xarici siyasət konsepsiyası və diplomatik əlaqələrinin inkişafında Heydər Əliyev amili”, “İlham Əliyev dövlət başçısı və peşəkar diplomat kimi”, “Azərbaycanın diplomatik xidmət orqanlarının formalaşması və təkamülü prosesi”, “Mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzi–Azərbaycan”, “Azərbaycanın xarici ölkələrlə ikitərəfli və çoxtərəfli əlaqələri”, “Azərbaycan Respublikasında humanitar elmlərin aktual problemləri”, “Azərbaycanın görkəmli diplomatları tarixi mənbələrdə və bədii yaradıcılıqda” bölmələrində davam etdirib. Bölmə iclaslarında ümumilikdə 209 məruzə dinlənilib və müzakirə edilib. Konfransın işçi dilləri Azərbaycan, rus və ingilis dilləridir.

 

Konfransın sonunda bölmə moderatorlarının hesabatları dinlənilib və müvafiq qərarlar qəbul edilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Bu prosesdə uğur qazanmağın yolu budur ki...”

Qarabağa gedən Yolumuz və ölü erməni

 Yeni mərkəz yaradılır - “Qarabağ Tribunası” 

"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"

Mifik "batalyon", sərt ittihamlar və Cümşüd Nuriyevdən açıqlama

"Boykot taktikasına əl atan istənilən siyasi qüvvə iflasa uğrayacaq"

"Biz insanlara vəzifəsinə deyil, şəxsiyyətinə görə dəyər verərik"

713- ün HOÇAZDA SON ŞƏHİDİ

Həkim-terapevt Seboreya xəstəliyinin yaranmasına təkan verən patologiyalardan danşdı

"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyindən nəcib təşəbbüs

"Qadınlar yüksək vəzifələrdə daha çox təmsil olunmalıdırlar" - FOTO

“Gülsam”-ın Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək

"Haqq-ədalət bir az acı olur, nəyisə deyirsən, səni “vururlar”"

"Buyurun, artıq növbədənkənar seçkinin astanasındayıq"

Növbədənkənar seçkiləri labüd edən məqamlar