Dövlət Sosial Müdafiə Fondunda seminar-müşavirə keçirilib

18:35 18-04-2018 | icon 161 | Sosial
Dövlət Sosial Müdafiə Fondunda seminar-müşavirə keçirilib

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli Qanununun və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi sahəsində görülən işlərə dair seminar-müşavirə keçirilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Versus.az-a verilən məlumata görə, Fondun idarə, şəhər və rayon şöbələrinin proqnoz uçot və təhlil, gəlirlər, fərdi uçot, sosial sığorta  sektorları əməkdaşlarının iştirakı ilə keçən tədbirdə, eyni zamanda,  Fondun yerli orqanlarının 2018-ci ilin I rübü üçün məcburi dövlət sosial sığorta haqları üzrə müəyyən olunmuş proqnozlarının icrası vəziyyəti müzakirə olunub.

 

 

 

Seminar-müşavirədə çıxış edən Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev 2018-ci il 1 aprel tarixindən qüvvəyə minmiş “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanuna əsasən sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə yaranmış borclarının silinməsi və “İşsizlikdən sığorta haqqında” Qanuna uyğun olaraq işsizlikdən sığorta vəsaitlərinin toplanması ilə bağlı qanunvericilik aktlarının yerli orqanlara çatdırıldığını qeyd edib. O, işsizlikdən sığorta vəsaitlərinin toplanması və onların uçotunun aparılması və s. istiqamətlərdə Fond tərəfindən görülən işləri diqqətə çatdırıb, Fondun yerli orqanlarının cari ilin qarşıdakı dövr üçün məcburi dövlət sosial sığorta haqları üzrə müəyyən olunmuş proqnozlarının icrasının təmin edilməsi ilə bağlı müvafiq göstərişlər verib.

 

Sonra Dövlət Sosial Müdafiə Fondunun aparatının Büdcə və proqnozlaşdırma şöbəsi və Sosial sığorta şöbəsinin əməkdaşları seminar-müşavirə iştirakçılarının müzakirə olunan məsələlərə, habelə fərdi uçota, vahid rüblük hesabata, elektron auditə dair suallarını cavablandırıb, onlara ətraflı izahatlar veriblər.

 

Arzu Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qafqaz üçlüyü”nə VS yanaşma

Bu qadınlar Azərbaycanla əməkdaşlıqda maraqlıdılar

Şanlıurfada Azərbaycan bulvarı açılır

Millət vəkili Beynəlxalq Altın Göl Başarı mükafatına layiq görülüb

Partiya sədrindən Rüstəm İbrahimbəyovla bağlı TƏKLİF

“Rüstəm İbrahimbəyova ən böyük cəza xalqın nifrətidir” - MÜSAHİBƏ

“Millət vəkili İndoneziyada işğalçı Ermənistanın qətlə yetirdiyi körpələrdən danışıb”

rüstəm ibrahimbəyovun stpir-plastikası

"Əlilliyin elmi, metodoloji əsaslarını müəyyən etməliyik"

Ali məktəblər kollec təhsili də verə biləcəklər

"Rüstəm İbrahimbəyov bir daha özünün iç dünyasını göstərdi"

“eManat” pulun qalığını qaytaracaq

Ali məktəblərə müsabiqədənkənar qəbul imkanları artırılır

"“Sapı özümüzdən olan” bəzi “baltalar” hələ də çirkin niyyətlərindən əl çəkmir"

Dövlət qulluğuna qəbul üçün müsahibə elan edilib