Nəyə görə məhz DOSTLUQ ordeni?

14:27 23-11-2019 | icon 146 | Siyasət
Nəyə görə məhz DOSTLUQ ordeni?

Əlisahib Hüseynov: "Mehriban Əliyevanın iki ölkə arasında dostluq münasibətlərinin yüksələn xəttlə inkişafında rolu danılmazdır"

 

"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva artıq bir neçə gündür ki, Rusiya Federasiyasında rəsmi səfərdədir. Bu onun Birinci vitse-prezident qismində Rusiyaya ilk səfəri sayılır. Mehriban xanımın bu səfərinin çox böyük, zəngin proqramı var. Amma səfərin ən vacib məqamı isə heç şübhəsiz ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə və Baş nazir Dmitri Medvedyevlə olan görüşlərdir".

 

Bunu Versus.Az-a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.

 

DADP sədri vurğuladı ki, hər iki görüşdə Azərbaycan və Rusiya üçün strateji əhəmiyyətli məsələlər müzakirə edilib:

 

"Vladimir Putin hələ bu ilin avqust ayında imzaladığı Fərmana əsasən DOSTLUQ ordeni ilə təltif etdiyi Azərbaycanın Birinci vitse-prezidentinə bu yüksək dövlət mükafatını təqdim edib. Bəs nəyə görə məhz DOSTLUQ ordeni? Birmənalı olaraq deyə bilərik ki, iki ölkə arasında münasibətlər ilk növbədə məhz dostluq faktorunun və vektorunun üzərində inkişaf edir. Bizim Rusiya ilə münasibətlərimiz, əlaqələrimiz çoxvektorludur, çoxşaxəlidir. Amma əsas vektoru isə dostluq təşkil edir. Bir ölkə ilə qonşu olmaq olar, amma həmin qonşu ilə dost olmadan, səmimi dostluq və əməkdaşlıq əlaqələri qurmadan nə dinc yanaşı yaşamaq, nə də ki, etibarlı tərəfdaş, müttəfiq qazanmaq mümkündür".

 

Əlisahib Hüseynovun fikrincə, qonşu ölkələr arasında strateji tərəfdaşlığın, müttəfiqliyin fəlsəfəsini ilk növbədə dostluq amili müəyyən edir. Onun sözlərinə görə, Rusiya Prezidenti də məhz bu amili nəzərə alaraq Azərbaycanın Birinci vitse-prezidentini DOSTLUQ ordeni ilə təltif edib:

 

"Çünki Mehriban xanımın iki ölkə arasında dostluq münasibətlərinin yüksələn xəttlə inkişafında rolu həqiqətən də danılmazdır. Cənubi Qafqaz respublikalarının Birinci xanımları arasında heç kim Rusiya ilə dostluq münasibətlərinin vacibliyini, önəmini Mehriban Əliyeva qədər uzaqgörənliklə qiymətləndirə bilmir və heç kim də onun qədər bu dostluğa səmimi yanaşmır. Biz bu son zamanlarda nə Ermənistanın, nə də ki, Gürcüstanın birinci xanımlarının Rusiya ilə dost münasibətlərinin vacibliyini vurğulayan çıxışlarına və bu istiqamətdə atılan real addımlara rast gəlməmişik. Əksinə, adlarını qeyd etdiyim hər iki ölkənin indi Rusiya ilə çox ciddi problemləri var. Putin də şübhəsiz ki, çox ayıq-sayıq və müdrik siyasətçidir. O, Qafqazdakı reallıqları da, kimin kim olduğunu da çox yaxşı bilir. Rusiya lideri Mehriban xanımın Azərbaycanın dövlət başçısının Rusiya ilə sıx dostluq münasibətlərinin qurulması siyasətinə öz əməli işləri və təşəbbüsləri ilə real dəstək verdiyini görür və təqdir edir, yüksək qiymətləndirir. Təltif və təqdim edilən "Dostluq" ordeni də məhz bu təqdirin, bu qiymətləndirmənin nəticəsidir. Biz bu qiymətləndirmənin fonunda bir daha əmin olduq ki, bu gün cənab Prezidentə hamıdan çox, ən böyük dəstəyi Mehriban Əliyeva verir. Bu isə öz növbəsində olduqca mühüm amildir".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"

713- ün HOÇAZDA SON ŞƏHİDİ

Növbədənkənar seçkiləri labüd edən məqamlar

"Boykot taktikasına əl atan istənilən siyasi qüvvə iflasa uğrayacaq"

Həkim-terapevt Seboreya xəstəliyinin yaranmasına təkan verən patologiyalardan danşdı

“Gülsam”-ın Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək

"Buyurun, artıq növbədənkənar seçkinin astanasındayıq"

“Həyəcan” düyməsi

"YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik"

"Mənim ixtiyarım öz əlimdə deyil"

Xırdalanda ödəmə terminalı qarət olunub

Ziya Bünyadov prospektində baş vermiş qəzada xəsarət alanların adları məlum olub

Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib

72 yaşlı Əməkdar artist gözəlliyinin sirrini açdı

Azərbaycan idmançılarının da iştirak etdiyi döyüşlər başlayır