Azərbaycan beynəlxalq mükafata layiq görülüb

18:43 18-04-2018 | icon 178 | İqtisadiyyat
Azərbaycan beynəlxalq mükafata layiq görülüb

İsveçrənin paytaxtı Bern şəhərində yerləşən Ümumdünya Poçt İttifaqında (ÜPİ) “EMS Kooperativinin 21-ci Ümumi Assambleyası” keçirilib.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Versus.az-a verilən məlumata görə, Azərbaycan da daxil olmaqla EMS (sürətli poçt rabitəsi xidmətləri) Kooperativinə üzv olan Avropa ölkələri mərasimdə iştirak ediblər.

 

Assambleyada Poçt ittifaqlarının mütəxəssisləri tərəfindən təqdimat və hesabatlar təqdim olunub.

Toplantıda sahə üzrə 2017-ci il üçün statistik müqayisələr aparılıb, mühazirələr oxunub və növbəti illərdə daha yaxşı nəticə göstərmək üçün müzakirələr aparılıb.

Assambleyada “Azərekspresspoçt” Rabitə Müəssisəsi “Müştəri məmnuniyyəti - 2017” mükafatına layiq görülüb.

Qeyd edək ki, sürətli poçt rabitəsi xidmətləri üzrə “Müştəri məmnuniyyəti” mükafatı EMS Kooperativi üzvləri arasında ən yaxşı sorğu mərkəzlərinə təqdim olunur.

Azərbaycan bu mükafata ÜPİ-nin EMS Kooperativinin 182 üzvü arasında göstərdiyi ən yaxşı nəticələrə görə nail olub.

 

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Turan Qurultayında Qarabağla bağlı çağırış edib

Azərbaycan şəhidləri abidəsinin açılışı olacaq

Macarıstanda Azərbaycan sərgisi açılıb

Millət vəkili İraq, Krım, Tatarıstan və Noqay türklərinin təmsilçiləri ilə görüşüb

Buğacın Azərbaycan bölgələrindən biri ilə qardaşlaması təklifi

Şöbə müdiri olmaq istəyənlərin nəzərinə

Millət vəkili Macarıstanda Qarabağdan danışıb

"Bu xəbər hamımızı üzdü"

Nazirlikdən XƏBƏRDARLIQ

İxtisas seçimi bu gün başa çatır

Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq

Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub

“Yeni müttəfiqlər axtaracağıq”

Siçanlar üzərində aparılan təcrübə göstərib ki...

DSX rəisi yüksək sürətlə at çapan qız və onun atası ilə görüşüb