"Ata Abdullayevin Paşinyanla danışığı xüsusi təşkil edilib ki..."

15:25 23-11-2019 | icon 123 | Siyasət
"Ata Abdullayevin Paşinyanla danışığı xüsusi təşkil edilib ki..."

Hafiz Hacıyev: “Azərbaycanı dünyada biabır edən bu adama cinayət işi açılmalıdır”

 

“Azərbaycan dövləti bu gün hələ o qədər gücsüz deyil ki, Ata Abdullayev kimilərin ümidinə qalsın. Görünür bu görüşü də təşkil edən insanlar bu işdə maraqlıdır. Biz dünyada biabır olduq getdik”

 

 
Versus.Az xəbərverir k, bunu açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Ata Abdullayevin Milanda erməni kilsəsində Paşinyanla görüşü haqda danışarkən deyib. H.Hacıyev bu adamın hüquq-mühafizə oqranları tərəfindən həbs edilməsinin vacibliyini vurğulayıb:
 
“Görün necə bir vəziyyət yaranıb ki, Azərbaycan dövləti Ata Abdullayev kimi əxlaqsız, özünü idarə edə bilməyən bir uşağın ümidinə qalıb. Mənim artıq bunlara heç bir sözüm yoxdur. Onda gərək biz Paşinyan kimilərə təslim olub çıxıb gedək. Azərbaycan dövləti bu gün hələ o qədər gücsüz deyil ki, A.Abdullayev kimilərin ümidinə qalsın. Görünür bu görüşü də təşkil edən insanlar bu işdə maraqlıdır. Biz dünyada biabır olduq getdik. Bu adamın nə savadı, nə də qabiliyyəti var, xalq arasında mitinqlərdə insanları döyür, gah polislik edir. Bilinmir bu polisdi, yoxsa təhlükəsizlik orqanlarının işçisidir. Bu adamın bir yiyəsi yoxdurmu? Bu kimdir ki, gedib dünyada Azərbaycan dövlətini erməni dığasının qarşısında aciz qoyur, ona yalvarır? Ermənilər kimdi ki, biz onlara yalvaraq. Bu, Azərbaycan dövlətinin nüfuzdan salınması üçün atılan bir addımdır və bu günahı hakimiyyətdə olan bəzi qüvvələrdə görürəm. Onlar bütün günü çalışırlar ki, ölkədə aparılan islahatların, inkişafın qarşısını alsınalar və bu da çox ciddi təxribatdır. 
 
 
Ona görə də A.Abdullayevin orda savadsız sualı, acizanə durması, Paşinyanın ona qucaq açması və ona heç bir söz deyə bilməməsi bizi bütün dünyada biabır elədi. Düşünürəm ki, biz bundan sonra xeyli geri düşdük. Yəni Azərbaycanı bu cür insanlar təmsil edəcəksə, vay bizim halımıza. Düşünürəm ki, Azərbaycan cəmiyyəti öz sözünü deməli və yerini bilməlidir. Artıq ermənilər 30 ildir ki, Qarabağı işğal edib orda at oynadırlar, bizim isə onların qarşısına çıxarılası güclü fiqurlarımız var. Çox təəssüf ki, Azərbaycan hakimiyyətində də müəyyən dairələr var ki, istəyirlər onlar ortada olub dövlət başçısına köməklik etsinlər. Bu da çox böyük məqamlardan xəbər verir. Hesab edirəm ki, A.Abdullayevin bu hərəkətinə qarşı Azərbaycan xalqı çox ciddi təpki göstərməlidir, ictimai rəy buna qarşı yönəlməli və buna son qoyulmalıdır. Belə olmaz, bizim artıq ömrümüzün axırı gəlib çatıb və indi də A.Abdullayev kimilərləmi oynamalıyıq? Bu adam jurnalisti, kimdi, nəçidi? Məndə olan məlumata görə ona pasport verib xaricə göndərirlər. Xaricə göndərməyə o qədər savadlı oğlan və qızlarımız, jurnalistlərimiz var ki, onları göndərsinlər və onlar da Paşinyan kimilərin dizini yerə qoysun. 
Yəni bu məsələlərdə mən müəyyən dairələri günahlandırıram və onların ölkə prezidentinin imicinə zərbə vurmasında bu anı görürəm. Düşünürəm ki, A.Abdullayevin bu hərəkətinə görə hüquq-mühafizə orqanları ciddi ölçü götürməlidir, cinayət işi qaldırılmalıdır. Onda da Azərbaycan xalqı da bilər ki, bu adamın hakimiyyətlə heç bir əlaqəsi yoxdur, öz fəaliyyətinə görə nəyisə edib. AŞ.Abdullayevə kim səlahiyyət verib ki, gedib Paşinyandan acizanə xahiş edə ki, Qarabağı qaytarın. Azərbaycanın güclü ordusu və prezidenti var və o, da lazımi addımları atacaq. Düşünürəm ki, bu addımı isə biz birlikdə atmalıyıq. Biz  bu barədə imici təmiz olan partiya sədrləri ilə çox ciddi görüşlərə başlamışıq və yaxın müddətdə Azərbaycanda nə etmək lazımdır onu ortaya qoyacağıq. Onda da A.Abdullayev kimilər küçələrdə qarşımızda duruş gətirə bilməyəcək”. /moderator.az/
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Bu prosesdə uğur qazanmağın yolu budur ki...”

Qarabağa gedən Yolumuz və ölü erməni

 Yeni mərkəz yaradılır - “Qarabağ Tribunası” 

"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"

Mifik "batalyon", sərt ittihamlar və Cümşüd Nuriyevdən açıqlama

"Boykot taktikasına əl atan istənilən siyasi qüvvə iflasa uğrayacaq"

"Biz insanlara vəzifəsinə deyil, şəxsiyyətinə görə dəyər verərik"

713- ün HOÇAZDA SON ŞƏHİDİ

Həkim-terapevt Seboreya xəstəliyinin yaranmasına təkan verən patologiyalardan danşdı

"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyindən nəcib təşəbbüs

"Qadınlar yüksək vəzifələrdə daha çox təmsil olunmalıdırlar" - FOTO

“Gülsam”-ın Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək

"Haqq-ədalət bir az acı olur, nəyisə deyirsən, səni “vururlar”"

"Buyurun, artıq növbədənkənar seçkinin astanasındayıq"

Növbədənkənar seçkiləri labüd edən məqamlar