713-lə bağlı Müdafiə Nazirliyindən gələn "ƏMR"

01:42 24-11-2019 | icon 193 | Qarabağ
713-lə bağlı Müdafiə Nazirliyindən gələn "ƏMR"

Hərbi hissə komandirindən xəbərsiz atılan addım

 

RAFİQ ŞÜKÜROV: "Bu zaman mayor Süleyman Əhmədov Bakıda idi"

 

 II HİSSƏ

 

(əvvəli bu linkdə)

 

 

....Bizi Pircahan kəndində bütün günü Hoçazdan və Laçın istiqamətindən qrad və toplardan atəşə tuturdular. Avqust ayının əvvəllərində Müdafiə Nazirliyindən kəşfiyyat qrupunun rəhbəri Mürvət adlı bir mayor Pircahan kəndinə gəldi. Həmin mayor Sarıbaba istiqamətinə getmək üçün kömək məqsədilə komandirimiz mayor Əhmədovdan həmin əraziləri yaxşı tanıyan əsgərlərdən onunla getməsini xahiş etdi.

 

713 saylı hərbi hissədən bu qrupda leytenant Vaqif Quliyev və adlarını xatırlamadığım əsgərlər getmişdi. Aldadıcı xarakter daşıyan ikinci qrup kəşfiyyata isə 3-cü rotanın əsgərlərindən Asif və Qənimət daxil idi. Asif ilə Qənimət onlara tapşırılan yerə çatdıqdan sonra öz kəndlərinə - Bülüldüzə daxil olurlar. Onlar burada çoxsaylı ermənilərlə qarşılaşırlar. Bu zaman güclü atışma başlayır. Asiflə Qənimət geri çəkilməyə məcbur olurlar.

 

3-cü rota həmin əraziyə  yaxın olduğu üçün onlara köməyə getdik. Bu zaman ermənilər onlara yaxınlaşan köməyi görüb geri çəkilməyə başladılar. Biz müəyyən bir vaxtdan sonra Pircahana qayıtdıq...


Bir gün 2-ci vzvodun komandiri Mehman Səfərəlıyev mənə dedi ki, özünlə 5 nəfər götürüb yaxınlıqda yerləşən Yengicədə qışlaq mal saxlanılan əraziyə nəzarət etmək üçün ora getməlisən. Mən özümlə 3-cü rotadan 5 nəfər götürüb həmin istiqamətə getdim. Biz ora çatdıq. Ərazi tam yoxlanıldıqdan sonra biz geriyə- Pircahana qayıtdıq.


16.08.1992-ci ildə Müdafiə Nazirliyindən gəlmiş mayor bizi Ağdərəyə aparmaq haqqında əmrin olduğunu bildirdi. Bu zaman 713 saylı hərbi hissənin komandiri mayor Əhmədov Süleyman Bakıda idi. Qərargah rəisinin müavini Rüstəmov Mehdi Müdafiə Nazirliyindən olan mayora bildirdi ki, hərbi hissənin komandiri burada olmadığı üçün o, bu əmri yerinə yetirə bilməz. Təkrar 18.08.1992- ci ildə həmin mayor bildirdi ki, mütləq Ağdərəyə getmək lazımdır. Bu zaman qərargah rəisi Füzuli Rzaquliyev Pircahanda qalmaqla qərargah rəisinin müavini Mehdi Rüstəmov bizim 3-cü rota ilə birlikdə Ağdərəyə yola düşdük. Axşam biz yolda Qorçu kəndində mayor Süleyman Əhmədovla qarşılaşdıq. Komandirimiz mayor Əhmədov verilən əmrlə bağlı Müdafiə Nazirliyindən gəlmiş mayora öz etirazını bildirdi..

 

(ardı var)

 

İGİD TEYMURLU
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

AXCP də parlament seçkilərində iştirak etməyə qərar verib

DADP da növbədənkənar parlament seçkilərində iştirak edəcək

AXCP sədri birinci vitse-prezidentdən razılıq etdi

Keçmiş deputatlığa namizəd özünü bir daha sınayacaq

Hədəfimiz xalqın itirilmiş inamını qaytarmaqdır

“Azadlıq fədaisi” mükafatı qaliblərə təqdim olundu

Dizdə şişkinlik inkişaf edənə qədər…

ALDP seçkilərlə bağlı qərarını verdi

“İnsan hüquqlarının qorunması media müstəvisində”

HƏKİMLƏRƏ BEYNƏLXALQ TİBBİ NƏŞRLƏRLƏ DAHA DİQQƏTLƏ TANIŞ OLMAQ TÖVSİYƏ EDİLDİ

Şirkət filmin süjetini gizləyir - VİDEO

YAP nümayəndələri umummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Milli inkişaf strategiyasının müəllifi

Bağırsaq qurdlarından qurtulmağın təbii yolları - RESEPT

Sabah yağış yağacaq