Sumqayıt hadisələrinin erməni mərkəzləri tərəfindən törədildiyini sübut edən FAKTLAR

21:40 24-11-2019 | icon 62 | Araşdırma
Sumqayıt hadisələrinin erməni mərkəzləri tərəfindən törədildiyini sübut edən FAKTLAR

Tədqiqatçı alim danışdı

 

Sumqayıt hadisələrini erməni mərkəzlərinin törətdiyini sübut edən faktlar var.

 

Versus.Az xəbər verir ki, bunu Sumqayıt hadisələrinin araşdırıcısı, tarixçi alim Məhərrəm Zülfüqarlı deyib.

 

Həmin faktların bəzilərini açıqlayan alimin sözlərinə görə, Moskvadakı qüvvələrin göstərişi ilə hadisədən əvvəl Sumqayıt polisinin silahı əlindən alınmışdı. Hadisədən üç gün əvvəl varlı ermənilər banklardakı əmanət pullarını çıxararaq şəhəri tərk etmişdilər:

"Həmin varlı ermənilər belə hadisələrin baş verəcəyini bilirdilər. Bundan başqa, baş verəcək hadisələri çəkmək üçün Moskvadan erməni mərkəzlərinin göndərdiyi çəkiliş qrupları əvvəlcədən Sumqayıta yerləşdirilmişdi".

 

M.Zülfüqarlı qeyd edib ki, Sumqayıt hadisələri zamanı ermənilərin qətlə yetirilməsini elə ermənilərin özləri planlaşdırmışdı. Onların məqsədi nifaq yaratmaq, azərbaycanlılarla ermənilər arasında düşmənçiliyi şiddətləndirmək idi:

"Sumqayıtda öldürüləcək ermənilər əvvəlcədən müəyyənləşdirilmişdi, onlar üçün abidə də hazırlanmışdı. O abidə Qarabağ hadisələri baş verən zaman Xankəndidə qoyuldu. Hadisənin təşkilatçısı erməni millətindən olan Eduard Qriqoryan adlı şəxs olub. Sonradan ona cinayət işi qaldırıb Rusiyaya apardılar, amma az müddət həbsdə yatdıqdan sonra onu azad etdilər. Bütün bu faktlar sübut edir ki, hadisələr planlı şəkildə hazırlanmış təxribat idi".

 

Sumqayıtda baş verənləri ermənilərin Azərbaycana və Azərbaycan xalqına qarşı təxribatı sayan M.Zülfüqarlı qeyd edib ki, həmin dövrdə bir çox ermənilər azərbaycanlılarla münasibətləri korlamaq istəmirdilər. Təxribatçılar Sumqayıt ermənilərinin bunların ideyasının həyata keçməsinə imkan vermədiyini gördükdə nifaqın yaranmasında maraqlı olmayan erməniləri qətlə yetirməklə öz məqsədlərini həyata keçirməyə çalışdılar. Bununla Azərbaycanda yaşayan erməniləri "fakt" qarşısında qoymağa, düşmənçiliyi alovlandırmağa çalışdılar:

"Hadisə baş verəndə təxribatçıların qətlə yetirdikləri ilk ermənilər məhz düşmənçilik istəməyənlər idi. Təsəvvür edin, binanın birinci mərtəbəsində yaşayan erməni ailəsinə toxunmayaraq, 2-ci və 5-ci mərtəbədəki erməniləri qətlə yetirmişdilər".

 

M.Zülfüqarlı deyib ki, belə faktların mövcud olmasına baxmayaraq, ermənilər digər hadisələr kimi Sumqayıt hadisələrini də saxtalaşdıraraq dünyaya təqdim edirlər.

 

Buna qarşı layiqli cavab verilməsi zamanının çoxdan yetdiyini deyən tədqiqatçı əlavə edib ki, hər bir Azərbaycan vətəndaşı Azərbaycan həqiqətlərinin dünyaya doğru təqdim edilməsi üçün əlindən gələni etməlidir:

"Biz artıq bunu açıq deməliyik ki, Sumqayıt hadisələri erməni millətçilərinin təxribatı idi. Çünki artıq neçə ildir ki, erməni millətçiləri Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəyirlər. Bütün bunlar isə tamamilə əsassızdır və cəfəngiyyatdır". /Trend/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"

713- ün HOÇAZDA SON ŞƏHİDİ

Növbədənkənar seçkiləri labüd edən məqamlar

"Boykot taktikasına əl atan istənilən siyasi qüvvə iflasa uğrayacaq"

Həkim-terapevt Seboreya xəstəliyinin yaranmasına təkan verən patologiyalardan danşdı

“Gülsam”-ın Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək

"Buyurun, artıq növbədənkənar seçkinin astanasındayıq"

“Həyəcan” düyməsi

"YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik"

"Mənim ixtiyarım öz əlimdə deyil"

Keçmiş deputatlığa namizəd özünü bir daha sınayacaq

Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib

72 yaşlı Əməkdar artist gözəlliyinin sirrini açdı

Azərbaycan idmançılarının da iştirak etdiyi döyüşlər başlayır

Milli Məclisin adı dəyişdiriləcəkmi?