"Sumqayıt hadisələri ermənilərin özlərinə qarşı törətdiyi cinayət idi"

11:23 25-11-2019 | icon 25 | Siyasət
"Sumqayıt hadisələri ermənilərin özlərinə qarşı törətdiyi cinayət idi"

Əldə olan faktlara, dəlil və sübutlara istinad edərək, ermənilərin Sumqayıt ermənilərinə qarşı törətdikləri cinayəti dünyada təbliğ etmək lazımdır.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Mirbəşiroğlu deyib.

 

Onun sözlərinə görə, 1988-ci ilin fevralında Sumqayıtda baş verənlər göstərdi ki, ermənilər toplum olaraq şizofreniyadan əziyyət çəkirlər. Erməni separatçıları və terrorçuları Sumqayıtda öz xalqının nümayəndələrinə qarşı sözün əsl mənasında qətliam törətməklə Azərbaycana qarşı aparılacaq informasiya mübarizəsinin arsenalını formalaşdırmağa çalışmışlar:

"Bununla yanaşı, Sumqayıt hadisələri bir daha sübut etdi ki, ermənilər genetik “keyfiyyətlərini” qoruyub saxlayırlar, nəsildən nəslə ötürürlər. Yəni ermənilər həmişə kiminsə aləti olmaq üçün yaranmış bir xalqdır. Təxribatlar, terror aktları törətmək ermənilərin yeganə bacarığıdır. Düzdür, ermənilər Sumqayıt təxribatını törətməklə Dağlıq Qarabağ iddialarını gerçəkləşdirmək üçün əlavə dəstək almaq istəyirdilər. Lakin məsələnin digər tərəfi də var idi. Postsovet məkanında etno-milli, etno-ərazi münaqişələrin alovlandırılması həm də SSRİ-nin dağıdılması strategiyasının bir hissəsi idi. Bu prosesdə istifadə etmək üçün ən “yararlı” xalq kimi ermənilər nəzərdə tutulmuşdur. Sumqayıt hadisələri törədilən zaman hakimiyyətdə SSRİ-nin süquta uğradılması üçün Qərbin təlimatlarına uyğun davranan M.Qorbaçov idi".

 

E.Mirbəşiroğlu əlavə edib ki, bu təlimatlardan biri də erməniləri SSRİ-nin dağıdılması prosesinə yaxından cəlb etməkdən ibarət idi. Bu baxımdan, M.Qorbaçov erməni separatçılarının “ideoloji atası” funksiyasını öz üzərinə götürmüşdü:

"Ətrafına Aqanbekyan, Şahnazarov, Balayan kimi siyasi diversantları, daun sindromlu oyunbazları toplamış qeyri-yetkin M.Qorbaçov Sumqayıt hadisələrinin əsas “dirijoru” idi. Sumqayıtda ermənilər tərəfindən ermənilərə qarşı törədilmiş cinayətin qeyri-obyektiv siyasi-hüquqi qiymətləndirilməsi də Kremldəki ermənilərlə M.Qorbaçovun işbirliyinin nəticəsi idi. Əslində, M.Qorbaçovun rəhbərliyi altında SSRİ-nin dağıdılması prosesinin paslanmış alətinə çevrilmiş ermənilər onlar üçün heç bir mənəvi-insani sərhədin olmadığını nümayiş etdirdilər. Çünki üzdəniraq Eduard Qriqoryanın iki qardaşı ilə birgə Sumqayıtda öz soydaşlarına qarşı törətdikləri vəhşiliklər adamın qanını dondurur. Qurban ermənilər qismində “Qarabağ komitəsinə” maliyyə yardımı etməyənlər seçilmişdir. Təsadüfi deyil ki, Sumqayıtda öldürülən 26 erməninin heç biri yaradılma məqsədinin Dağlıq Qarabağın Azərbaycandan qoparılması olan separatçı “Qarabağ komitəsinə” pul ödəmirdi. Separatçı “Qarabağ komitəsinə” dəstək olmayan ermənilərin seçilərək öldürülməsi azərbaycanlıların nəyinə gərək idi?!"

 

Politoloq qeyd edib ki, Qriqoryan və onun cinayətkar dəstəsi Sumqayıt ermənilərini öldürməklə kifatyətlənməyərək, həm də onların evlərini qarət etdirdilər:

"İstintaq qrupunun üzə çıxardığı çoxsaylı faktlar göstərir ki, azərbaycanlılar öz həyatını təhlükəyə ataraq Sumqayıtda ermənilərin ermənilərə qarşı törətdikləri qətliamın miqyasını azalda bilmişlər. Çoxsaylı Sumqayıt erməniləri erməni zorakılığından, terrorundan qorunmaq üçün azərbaycanlı ailələrində sığınacaq almışlar. İstintaq zamanı ifadə vermiş ermənilər etiraf edirdilər ki, onları özlərindən azərbaycanlılar qoruyurdular. Buna baxmayaraq, şahid ifadələri M.Qorbaçovun göstərişi ilə saxtalaşdırılmışdır, işə qeyri-obyektiv baxılmışdır. Bütün dəlillər, bütün əlamətlər dəqiq göstərirdi ki, Sumqayıt hadisələri M.Qorbaçovun rəhbərliyi altında Moskvada hazırlanmışdır. Məqsəd artıq qeyd edildiyi kimi, uzun sürəcək münaqişə ocağının yaradılması idi. Ermənilər növbəti dəfə iyrənc alət funksiyasını məharətlə yerinə yetirdilər. Ermənilər effektiv provokasiya alətidir. Bu, tarixən öz təsdiqini tapmış həqiqətdir".

 

E.Mirbəşiroğlu bildirib ki, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Sumqayıt hadisələrinin yenidən araşdırılmasına başlanılmışdır. Nəticələr bir daha sübut etdi ki, Sumqayıt hadisəsi M.Qorbaçov və onun ətrafındakı erməni şovinistləri tərəfindən “səhnələşdirilmişdir”:

 

"Ümumiyyətlə, Sumqayıtda, Oşda, Fərqanədə etnomilli zəmində təxribatların törədilməsi təlimatları eyni mərkəzdən gəlmişdir. Hesab edirik ki, təlimatlar Qərbdə hazırlanmışdır, Kremldən isə koordinasiya edilirdi. Bu dağıdıcı və qanlı proseslərdə ermənilər pislik ilahəsi rolunda çıxış edirdilər. Orta Asiya respublikalarında da analoji hadisələrin törədilməsində SSRİ DTK-nin agenti olan Sarkisyanın böyük rolu olmuşdur. Beləliklə, 1988-ci il fevralın 27-29-da Sumqayıtda yaşayan ermənilərə qarşı ermənilərin özləri tərəfindən cinayət törədildi. Əslində, özlərinə qarşı qətliam törədən ermənilər alət kimi növbəti dəfə istifadə olundu. Görünür, beynəlxalq ictimai şüurda ermənilərin bu “keyfiyyəti” haqqında təsəvvürlər kifayət qədər möhkəmlənib. Nə vaxt təxribatlar, terror, diversiya törətmək lazım gəlirsə, ermənilər yada düşür. Onlardan hətta özlərinə qarşı da rahatlıqla istifadə etmək mümkündür. Bunu Sumqayıt hadisələri sübut etdi". /Trend/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"

Qarabağa gedən Yolumuz və ölü erməni

"Boykot taktikasına əl atan istənilən siyasi qüvvə iflasa uğrayacaq"

"Biz insanlara vəzifəsinə deyil, şəxsiyyətinə görə dəyər verərik"

Həkim-terapevt Seboreya xəstəliyinin yaranmasına təkan verən patologiyalardan danşdı

713- ün HOÇAZDA SON ŞƏHİDİ

"Qadınlar yüksək vəzifələrdə daha çox təmsil olunmalıdırlar" - FOTO

"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyindən nəcib təşəbbüs

“Gülsam”-ın Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək

"Buyurun, artıq növbədənkənar seçkinin astanasındayıq"

Növbədənkənar seçkiləri labüd edən məqamlar

Yeni ildə bir həftə iş olmayacaq

Dietoloqlar sirri açdılar

60-ın astanasında...

Flora Kərimova İlhamə Quliyeva haqqında bunları dedi