“Erməni və azərbaycanlı jurnalistlərin səfərinin təşkil ediləcəyindən xəbərdar idik"

17:59 25-11-2019 | icon 72 | KİV
“Erməni və azərbaycanlı jurnalistlərin səfərinin təşkil ediləcəyindən xəbərdar idik"

Müşfiq Ələsgərli: "Sırf siyasi məsələ olduğu üçün təşkilatçı qismində media cameəsi iştirak etməyib"

 

“Mətbuat Şurası erməni və azərbaycanlı jurnalistlərin səfərinin təşkil ediləcəyindən xəbərdar idi. Amma bu sırf siyasi məsələ olduğu üçün təşkilatçı qismində media cameəsi iştirak etməyib”.

 

Versus.Az xəbər verir ki, bu sözləri açıqlamasında Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli söyləyib.

O, qeyd edib ki, Şura sədri Əflatun Amaşov xaricdədir və ölkəyə qayıtdıqda məsələ ilə bağlı medianın suallarını cavablandıracaq:

 

“Ona görə, hadisəyə Şuranın rəsmi mövqeyini gözləməli olacağıq. Mən isə media eksperti olaraq, jurnalistlərin mübadiləsini sırf siyasi hadisə adlandırardım. Çünki bu, media, jurnalistika hadisəsi deyil. Səfərləri razılaşdıranlar Qarabağ probleminin tənzimlənməsi ilə məşğul olan şəxslər olub, siyasi aspektdən prosesi həyata keçiriblər. Məsələ ətrafında informasiya kifayət qədər qıtdır. Xarici İşlər Nazirliyindən açıqlama verilib, amma bir həftə öncə XİN tamam başqa cür bəyanat vermişdi, məlumatsız olduqlarını diqqətə çatdırmışdı. Jurnalistlər gəlib, gedəndən sonra məsələ açıqlandı. Ona görə, səfər ətrafınd- birmənalı fikir bildirmək çətindir. ATƏT təklifi verib, onların da təşkilatçılığı ilə proses yerinə yetirilib. Prinsipial götürəndə burada media ictimaiyyətinin müdaxilə edə biləcəyi məsələ yoxdur. Çünki Qarabağ probleminin tənzimlənməsini Azərbaycan xalqı Azərbaycan dövlətinə həvalə edib”.

 

M.Ələsgərli hesab edir ki, qarşılıqlı səfər hadisəsində izah edilməsi kifayət qədər çətin olan məqamlar var:

 

“Mən ora səfər edən jurnalistlərimizin paylaşımlarına baxdım, qayıtdıqda dağ-dərə şəkli paylaşıblar. Bunun problemin həllinə nə faydası var? Hələlik getmələri, gəlmələri, orada nə iş görmələri və s. barədə heç bir açıqlama yoxdur. Həmçinin səfərlərə Dağlıq Qarabağın erməni icmasının jurnalisti qatılırsa, Azərbaycan Qarabağ icmasından nümayəndələr də iştirak etməli idi. Biz bunu görmədik. Ona görə, qiymətləndirilməsi, münasibət bildirilməsi çətin məsələdir. Yaxşı olar ki, səfərin təşkil olunmasına biz tərəfdən məsul olan şəxslər açıqlama versinlər, səfərin təşkili səbəbləri nə idi, niyə birtərəfli təşkil olunub, faydaları nələr oldu və s.

Düşünürəm ki, belə vacib hadisə ilə bağlı informasiyanın məhdud yayımlanması, prosesin qapalı təşkil olunması məqbul hadisə deyil. Ölkə ictimaiyyətinin nə baş verdiyindən xəbəri olmalıdır. Ona görə mediaya detallı informasiya verməyə borcludurlar”.

 

Qeyd edək ki, ötən həftə erməni və azərbaycanlı jurnalistlərin qarşılıqlı mübadiləsi baş tutub. Ermənistan tərəfdən Azərbaycana “Şant” telekanalının icmalçısı Artyom Yerkanyan, “Mediamaks” xəbər agentliyinin baş redaktoru David Alaverdyan və İctimai Televiziyanın jurnalisti Edgar Elbakyan səfər ediblər.

Azərbaycan tərəfdən isə Ermənistana Trend xəbər agentliyinin baş redaktoru Elçin Vəliyev, 1news.az saytının müxbiri Elşən Rüstəmov və “Vestnik Kavkaza”nın Azərbaycandakı müxbiri Orxan Yolçiyev səfər ediblər. /modern.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

AXCP də parlament seçkilərində iştirak etməyə qərar verib

DADP da növbədənkənar parlament seçkilərində iştirak edəcək

AXCP sədri birinci vitse-prezidentdən razılıq etdi

Keçmiş deputatlığa namizəd özünü bir daha sınayacaq

Hədəfimiz xalqın itirilmiş inamını qaytarmaqdır

“Azadlıq fədaisi” mükafatı qaliblərə təqdim olundu

Dizdə şişkinlik inkişaf edənə qədər…

ALDP seçkilərlə bağlı qərarını verdi

“İnsan hüquqlarının qorunması media müstəvisində”

HƏKİMLƏRƏ BEYNƏLXALQ TİBBİ NƏŞRLƏRLƏ DAHA DİQQƏTLƏ TANIŞ OLMAQ TÖVSİYƏ EDİLDİ

YAP nümayəndələri umummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Milli inkişaf strategiyasının müəllifi

Şirkət filmin süjetini gizləyir - VİDEO

Bağırsaq qurdlarından qurtulmağın təbii yolları - RESEPT

Lerikdəki uzunömürlülər - FOTO