Heydər Əliyev Fondu Oqtay Gülalıyevlə bağlı məlumat yayıb

17:07 26-11-2019 | icon 26 | Sosial
Heydər Əliyev Fondu Oqtay Gülalıyevlə bağlı məlumat yayıb

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi hazırda İstanbulun Amerikan Xəstəxanasında davam edir.

 

Versus.Az Heydər Əliyev Fondunun məlumatına istinadən xəbər verir ki, Avrasiya Xəstəxanasında aparılan müalicədən sonra ailəsi Oqtay Gülalıyevin Amerikan Xəstəxanasına yerləşdirilməsi və orada əlavə tibbi xidmətlərin göstərilməsi ilə  bağlı Fonda müraciət edib.

 

“Daxil olan müraciət İstanbuldakı həkimlər, eyni zamanda Fondun ekspert Şurası tərəfindən müzakirə olunub və Oqtay Gülalıyevin ailəsinin istəyi nəzərə alınaraq o, Amerikan xəstəxanasına yerləşdirilib. Amerikan xəstəxanasında Oqtay Gülalıyevin beynində hematoma təmizlənməsi və şunt əməliyyatı aparılıb, hazırda isə xəstənin səhhətinin bərpası üzrə müvafiq müalicə davam edir”, - deyə məlumatda bildirilir.

 

Qeyd olunur ki, səhiyyə, o cümlədən səhhətində ağır durumlar olan şəxslərlə bağlı Fond tərəfindən göstərilən dəstəklər daxili qaydalara əsasən müalicənin gedişinə və dinamikasına uyğun olaraq dəyərləndirilir:

“Belə ki, həkimlərin mütəmadi, o cümlədən xəstəxana rejimində olan ağır xəstələrlə bağlı 10-20 gündən bir verilən rəyinə əsasən Fond tərəfindən növbəti göstərilə biləcək kömək barədə qərar verilir.

Hazırda Oqtay Gülalıyevin müalicəsinə dəstək olan Heydər Əliyev Fondu həkimlərin müntəzəm rəyini, müalicənin gedişatındakı dinamikanı əsas götürərək ailəyə müvafiq köməklik göstərir”.

 

Qeyd edək ki, Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva yoldaşının Türkiyədə müalicəsinə göstərilən dəstəyə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

 

Xatırladaq ki, Oqtay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib.

 

Onun müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilib.

Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsini üzərinə götürüb. Ailəsinin müraciəti nəzərə alınaraq, koma vəziyyətində olan Oqtay Gülalıyevin müalicəsinə dəstək baxımından xaricdən mütəxəssislər cəlb olunub. İstanbuldan dəvət olunmuş həkim Oqtay Gülalıyevin vəziyyəti ilə yerində tanış olub. Ailəsi Oqtay Gülalıyevin müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verdiyindən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, onun Türkiyəyə aparılması üçün xüsusi ambulans təyyarə ayrılıb.

 

Oqtay Gülalıyevin səhhəti ilə bağlı bundan sonra da yaranan bütün zəruri məsələlərin Heydər Əliyev Fondunun prezidentinin nəzarətində saxlanılacağı və müvafiq dəstəyin göstəriləcəyi bildirilib. 

 

O, noyabrın 6-da səhər saatlarında xüsusi ambulans təyyarə ilə İstanbula yola salınıb və orada Avrasiya Xəstəxanasına yerləşdirilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"

Növbədənkənar seçkiləri labüd edən məqamlar

“Gülsam”-ın Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək

Keçmiş deputatlığa namizəd özünü bir daha sınayacaq

"YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik"

AXCP də parlament seçkilərində iştirak etməyə qərar verib

“Həyəcan” düyməsi

"Mənim ixtiyarım öz əlimdə deyil"

Hədəfimiz xalqın itirilmiş inamını qaytarmaqdır

Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib

“Azadlıq fədaisi” mükafatı qaliblərə təqdim olundu

Milli Məclisin adı dəyişdiriləcəkmi?

2 həftə ərzində 90% xərçəng hüceyrələri məhv olur

Babamın mədəsini sağaldan -RESEPT

BSU-da “Abdulla Şaiq bizim mənəvi irsimizdir” mövzusunda dəyirmi masa keçirilib