Partiya sədrinə və ailəsinə sui-qəsd etmək istəyən kimdir?

09:39 27-11-2019 | icon 329 | Siyasət
Partiya sədrinə və ailəsinə sui-qəsd etmək istəyən kimdir?

İqbal Ağazadə naməlum şəxsi tutaraq hüquq-mühafizə orqanlarına təhvil verib

 

“Təxminən ay yarım öncə gecə saatlarında evimə gələn əsas elektrik xətti naməlum şəxs tərəfindən xüsusi alətlə kəsilib, qaz sayğacından evə qaz dolmasını xəbərdar edən xətt sıradan çıxarılıbdır. Bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət ərizəsilə müraciət edərək olayın araşdırılmasını xahiş etmişdim. Ərizəmə video görüntüləri də əlavə etmişdim, hadisəni törədən şəxsin kimliyini müəyyən etmək o qədər də çətin deyildi. Lakin keçən günlər ərzində bununla bağlı ciddi bir nəticə əldə edilmədi”.

 

Bunu özünün “Facebook” hesabında kütləvi informasiya vasitələrinə müraciət edən Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib. Versus.Az partiya sədrinin müraciətini olduğu kimi təqdim edir:

 

“Bu gün yenə də gecə saatlarında qəflətən işıqlarımız söndü. Qonşuların işıqlarının yanması məndə olayın təkrarlandığı qənaəti yaratdı. Mən dərhal küçəyə çıxdım və işığı kəsən adamın qaçdığının şahidi oldum. Uzun təqibdən sonra şəxsi yaxaladım. Əlində xüsusi kəsici alət və özünü müdafiə üçün idman çubuğu var idi. (Nunçaku) Müqavimət göstərsə də, onu saxlamağa müvəffəq oldum. Şəxs rus millətindən olan, idmanla profesional məşğul olduğunu deyən birisi idi. Heç bir sualıma cavab vermədi. Danışdırmağa cəhd etsəm də, sadəcə susdu. Bu hərəkətini niyə edib, məni və evimi necə tanıdığı barədə heç bir cavab vermədi. Bunu sıradan bir hadisə hesab etmirəm. Məni tanımayan, o cümlədən mənim tanımadığım birinin belə hərəkəti səbəbsiz və sifarişsiz deyil. Qənaətlərimi hələ bölüşmək niyyətində deyiləm. Çünki şəxsi hüquq-mühafizə orqanlarına təhvil vermişəm (Xətai rayon 37-ci polis bölməsinə) Heç kim, o cümlədən istintaq aparan şəxslər bu olayın təsadüf və ya adamın psixoloji problemi olması ilə izah etməyə çalışmasın. Bizə də məlum olan bəzi məsələlər var artıq.

 

Hüquq- mühafizə orqanlarından, xüsusilə cənab nazir Vilayət Eyvazovdan hadisənin profesional araşdırılması üçün gərəkilən tapşırıq verməsini xahiş edirəm”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"

Növbədənkənar seçkiləri labüd edən məqamlar

AXCP də parlament seçkilərində iştirak etməyə qərar verib

Keçmiş deputatlığa namizəd özünü bir daha sınayacaq

"YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik"

“Həyəcan” düyməsi

"Mənim ixtiyarım öz əlimdə deyil"

Hədəfimiz xalqın itirilmiş inamını qaytarmaqdır

“Azadlıq fədaisi” mükafatı qaliblərə təqdim olundu

DADP da növbədənkənar parlament seçkilərində iştirak edəcək

Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib

Milli Məclisin adı dəyişdiriləcəkmi?

BSU-da “Abdulla Şaiq bizim mənəvi irsimizdir” mövzusunda dəyirmi masa keçirilib

Dizdə şişkinlik inkişaf edənə qədər…

BSU-da Xalq yazıçısı Anarla görüş keçirilib