Opera və Balet Teatrında "O olmasın, bu olsun" tamaşası nümayiş olunacaq


Dekabrın 4-də Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" tamaşası nümayiş olunacaq.
Teatrdan Versus.Az-a verilən məlumata görə, Üz.Hacıbəylinin yaradıcılığına məxsus ən populyar əsərlərdən biri olan "O olmasın, bu olsun" musiqili komediyası 1910-cu ildə qələmə alınmışdır. Tamaşanın premyerası 25 aprel 1911-ci ildə məhz Opera və Balet Teatrının binasında baş tutmuşdur.
2006-cı ildə Opera və Balet Teatrının rəhbərliyi yenidən bu ölməz əsərə müraciət etmiş, onu yeni quruluşda səhnəyə qoymuş və repertuara daxil etmişdir.
Əməkdar incəsənət xadimi Hafiz Quliyevin rejissoru olduğu tamaşada əsas rollarda Teatrın bir çox aparıcı solistləri - Xalq artistləri Azər Zeynalov (Məşədi İbad) və Əkrəm Poladov (Rüstəm bəy), Əməkdar artistlər İnarə Babayeva (Gülnaz), Fərid Əliyev (Sərvər), Gülüstan Əliyeva (Sənəm), Cahangir Qurbanov (Qocu Əsgər), Ələkbər Əliyev (Həsənqulu bəy), Tural Ağasıyev (Rza bəy), solistlər Fəhmin Əhmədli (Həsən bəy), Ağaxan Şərifov (Hambal) və başqaları çıxış edirlər.
Tamaşanı Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edəcək.

Xəbər lenti

Dima Bilan sərxoş çıxışından danışdı - VİDEO
"Mən qalxdım, lakin yeriyə bilmədim, məni heç saxlayan da olmadı”
Məşhur Hollivud aktyoru vəfat edib
2019-cu ilin üç ən yaxşı filmi - SİYAHI
Bakıda “Infiniti”i markalı avtomobillə “Mitsubishi” toqquşub - FOTO
La Liqada autsayder qələbəni əldən verib
"Lill" "Monpelye"yə qalib gəlib
Almaniya Bundesliqası: “Hoffenhaym” evdə uduzub
Yunan hakimlər turun matçlarını boykot etməyə qərar veriblər
Türkiyə Super Liqasında turun açılış oyunu heç-heçə bitib
Xanım sürücü piyada qadını vurub
Lerik rayonunda üçotaqlı ev yanıb
Xərçəng, diabet, demensiyanın səbəbkarı bu bakteriya imiş – Ağızdan bədənə keçir
Zavodları bağlamaq kifayətdir ki, astma, bronxit xəstəlikləri azalsın
Körpələrin baş ətrafını mütləq ölçdürün
İnsulta aparan TƏHLÜKƏ
Nə üçün ayaqlarımız şişir?
İrəli
