İstanbulda QDİƏT-in iclası keçirilir

10:36 27-11-2019 | icon 30 | İqtisadiyyat
İstanbulda QDİƏT-in iclası keçirilir

Noyabrın 26-da Türkiyə Respublikasının İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə Mədəniyyət və Turizm sahəsində Əməkdaşlıq üzrə işçi Qruplarının birgə iclası keçirilir.

 

Versus.Az xəbər verir ki, iclasda QDİƏT Şurasının qətnamələrinin, qərar və tövsiyələrinin icrası və QDİƏT üzvü olan ölkələrin mədəniyyət və turizm məsələləri üzrə nazirlərin qəbul etdikləri Bəyannamələr və Birgə Bəyanatların icrası, Avropa Şurasının mədəni marşrutları bağlı yeni layihələrin qiymətləndirilməsi, ÜTT-nin İpək Yolu Proqramı, Bizans marşrutlarının xəritələşdirilməsi, ÜTT ilə əməkdaşlıq, BLUEMED layihəsi haqqında məlumat, Qara dəniz mətbəxi - İnkişaf və Tanıtım Proqramı, Film festivallarında iştirak, QDİƏT üzv ölkələrində mədəniyyətlə bağlı tədbirlər və beynəlxalq sərgilər, qeyri-maddi mədəni irsin UNESKO siyahısına daxil edilməsi ilə məsələlərin müzakirə edilməsi üçün QDİƏT üzv ölkələrindən nümayəndələrin siyahısının hazırlanması, QDİƏT üzv ölkələrindən QDİƏT-in Mədəniyyət üzrə İşçi Qrupuna və Turizmdə Əməkdaşlıq üzrə İşçi Qrupa nümayəndələrinin siyahısının yenilənməsi və digər məsələlər müzakirələr aparılır.

 

Avropa Şurası mədəni marşrutlarına dair genişləndirilmiş çərçivə sazişinin icra katibi Stefano Dominioni yeni yaradılması nəzərdə tutulan mədəni marşrutlar haqqında geniş məlumat verib və üzv ölkələri bu sahədə fəal işlər aparmağa səsləyib.

 

Sözügedən tədbirdə Azərbaycan Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və marşrutlarının inkişafı şöbəsinin müdiri Günel Aslanova çıxış edib, Azərbaycanın zəngin tarixə, mədəniyyətə və milli adət-ənənələrə sahib olması, onun mədəni potensialının beynəlxalq səviyyədə təbliğ olunması baxımından mədəni marşrutların rolu, eyni zamanda ölkəmizin mədəni marşrutlarla bağlı yeni layihələri barəsində məlumat verib. Qeyd olunmuşdur ki, Azərbaycan 2011-ci ildən etibarən Avropa Şurasının mədəni marşrut layihəsinə (Cultural Routes of Council of Europe) qoşulub.

 

Template ads/ads_inline_video_economy not found. FILE: /home/trend/main/classes/tpl.class.php, CLASS: tpl, LINE: 61

 

G.Aslanova bildirib ki, hazırda Azərbaycan Avropa Şurasının 5 mədəni marşrutu - Yəhudi irsi üzrə Avropa marşrutu, Şərab Yolu, Qədim Qayaüstü İncəsənət İzləri, Avropa Tarixi Termal Şəhərləri, Zeytun ağacları mədəni marşrutu üzrə təmsil olunur. Bununla yanaşı, Azərbaycanın qoşulduğu mədəni marşrutlarla bağlı apardığı işlər, həmçinin yaxın gələcəkdə nəzərdə tutulan yeni layihələr barəsində geniş məlumat verilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"

713- ün HOÇAZDA SON ŞƏHİDİ

Növbədənkənar seçkiləri labüd edən məqamlar

"Boykot taktikasına əl atan istənilən siyasi qüvvə iflasa uğrayacaq"

Həkim-terapevt Seboreya xəstəliyinin yaranmasına təkan verən patologiyalardan danşdı

“Gülsam”-ın Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək

"Buyurun, artıq növbədənkənar seçkinin astanasındayıq"

“Həyəcan” düyməsi

"YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik"

"Mənim ixtiyarım öz əlimdə deyil"

Xırdalanda ödəmə terminalı qarət olunub

Ziya Bünyadov prospektində baş vermiş qəzada xəsarət alanların adları məlum olub

Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib

72 yaşlı Əməkdar artist gözəlliyinin sirrini açdı

Azərbaycan idmançılarının da iştirak etdiyi döyüşlər başlayır