“Kəlağayı: ipək qanadlar” sərgisinin açılışı olub

15:23 27-11-2019 | icon 53 | Mədəniyyət
“Kəlağayı: ipək qanadlar” sərgisinin açılışı olub

Azərbaycan Milli Xalça Muzeyində “Kəlağayı: ipək qanadlar” adlı sərginin açılışı olub.

 

Versus.Az xəbər verir ki, sərgi kəlağayı sənətinin “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin beş illiyinə həsr edilib.

 

Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova çıxış edərək sərgi haqqında məlumat verib. Bildirib ki, ekspozisiyaya Azərbaycanın Əməkdar rəssamı İnna Kostinanın şəxsi kolleksiyasından 30-dan çox kəlağayı nümunəsi, o cümlədən ipək üzərində batika texnikasında hazırlanmış onun müəllif olduğu 30 panno daxildir. Sərgi konsepsiyasının əsasını ənənəvi, yəni klassik və ipək üzərində rəsm sənətinə müasir, yəni müəllif yanaşmanın sintezi təşkil edir. Vurğulanıb ki, İnna Kostinanın xüsusi olaraq bu layihə üçün yaratdığı pannolarını Şəki və Basqalda keçən əsrdə qədim texnologiya əsasında müxtəlif müəlliflər tərəfindən hazırlanmış kəlağayılar ilə bir arada görmək mümkündür.

 

Həmin kolleksiyada İnna Kostinanın müəllif işi də var. Bu qızılı ornamentli, bənövşəyi kəlağayı Basqalda Rəna İbrahimbəyova və Cəlil Tarverdiyevin yaratdığı “Kəlağayı” baramaçılıq mərkəzində 2003-cü ildə keçirilən yaradıcılıq forumunda hazırlanıb. Orada İnna Kostina Azərbaycanın digər ipək üzrə rəssamları - T.Ağababayeva, İ.Zeynalova və F.Məmmədova ilə birlikdə bütün qədim texnologiyaları nəzərə almaqla, öz eskizləri əsasında kəlağayılar yaradıb.

 

Mədəniyyət Nazirliyinin sektor müdiri Qalib Qasımov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar mədəniyyət işçisi Məmmədhüseyn Hüseynov və Azərbaycan Rəssamlar İttifaqının üzvü Cəlil Tanrıverdiyev çıxış edərək rəssamın yaradıcılığından bəhs edib, sərginin əhəmiyyətindən söz açıblar.

Sonra qonaqlar sərgiyə baxıblar.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"

713- ün HOÇAZDA SON ŞƏHİDİ

Növbədənkənar seçkiləri labüd edən məqamlar

"Boykot taktikasına əl atan istənilən siyasi qüvvə iflasa uğrayacaq"

Həkim-terapevt Seboreya xəstəliyinin yaranmasına təkan verən patologiyalardan danşdı

“Gülsam”-ın Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək

"Buyurun, artıq növbədənkənar seçkinin astanasındayıq"

“Həyəcan” düyməsi

"YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik"

"Mənim ixtiyarım öz əlimdə deyil"

Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib

Keçmiş deputatlığa namizəd özünü bir daha sınayacaq

72 yaşlı Əməkdar artist gözəlliyinin sirrini açdı

Azərbaycan idmançılarının da iştirak etdiyi döyüşlər başlayır

Milli Məclisin adı dəyişdiriləcəkmi?