Maşado de Assisin “Don Kasmurro” kitabının təqdimatı olacaq

11:11 28-11-2019 | icon 37 | Ədəbiyyat
Maşado de Assisin “Don Kasmurro” kitabının təqdimatı olacaq

Maşado de Assisin portuqal dilində qələmə aldığı “Don Kasmurro” romanı ilk dəfə 1899-cu ildə işıq üzü görüb. Sadə insanların, kənardan məsum və günahsız görünən kişi və qadınların riyakar həyat tərzi əsərdə fərqli dildə, fərqli ifadə tərzində oxucuya təqdim edilir.

 

Portuqaldilli ədəbiyyatın Şekspiri adlandırılan Maşado de Assisin “Don Kasmurro” əsəri ilk dəfə orijinal dildən Nigar Sultanova tərəfindən TEAS Press Nəşriyyatında çap edilib.

 

Kitabın təqdimatı 27 noyabr, saat 19:00-da Libraff kitab mağazasının Elmlər Akademiyası filialında keçiriləcək. Tədbirdə Braziliya hökümətinin ölkəmizdəki səfiri və bir sıra digər rəsmi şəxslərin iştirakı gözlənilir.

 

Tədbirin xüsusi qonağı olan Azərbaycanın tanınmış piano ifaçısı və bəstəkarı İsfar Sarabski ifası ilə qonaqları sevindirəcək.

 

Giriş sərbəstdir!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

AXCP də parlament seçkilərində iştirak etməyə qərar verib

AXCP sədri birinci vitse-prezidentdən razılıq etdi

DADP da növbədənkənar parlament seçkilərində iştirak edəcək

Hədəfimiz xalqın itirilmiş inamını qaytarmaqdır

Keçmiş deputatlığa namizəd özünü bir daha sınayacaq

“Azadlıq fədaisi” mükafatı qaliblərə təqdim olundu

Dizdə şişkinlik inkişaf edənə qədər…

"Bu da bir siyasi mədəniyyət nümunəsidir"

ALDP seçkilərlə bağlı qərarını verdi

“İnsan hüquqlarının qorunması media müstəvisində”

“Ağrı gecələr də meydana çıxa bilər və bu zaman…”

HƏKİMLƏRƏ BEYNƏLXALQ TİBBİ NƏŞRLƏRLƏ DAHA DİQQƏTLƏ TANIŞ OLMAQ TÖVSİYƏ EDİLDİ

Ərdoğan Axıska sürgününü Qənirə Paşayevanın şeiri ilə andı - VİDEO

Muzeydə “Nəsimi-650 uşaqların dili ilə”

Milli inkişaf strategiyasının müəllifi