Azərbaycan regionda birinci yerdə oldu

12:12 28-11-2019 | icon 31 | Təhsil
Azərbaycan regionda birinci yerdə oldu

2019-cu ilin noyabrınadək olan məlumata əsasən, “Web of Science” indeksli elmi-tədqiqat işlərinin ümumi çəkisinə və nəşr aktivliyinin son illərdə artım dinamikasına görə Azərbaycan regionda birinci yerdədir.

 

Təhsil Nazirliyindən Versus.Az-a verilən məlumata görə, “Web of Science” elmi bazasında Azərbaycan üzrə 1392 elmi-tədqiqat işi qeydə alınıb. Analoji rəqəm Ermənistan üçün 1119, Gürcüstan üçün isə 999 təşkil edir.

 

Qeyd edək ki, 2019-cu ilə dair məlumatlar növbəti ilin ilk yarımili ərzində tamamlanacaq və həmin rəqəmin artacağı gözlənilir.

 

Təhsil Nazirliyi ilə “Clarivate Analytics” (“Thomson Reuters” şirkəti) arasında 22 dekabr 2015-ci ildə əməkdaşlıq haqqında müqavilə imzalanıb. Ölkəmizin elm və təhsil müəssisələrinin dünyanın aparıcı elmimetrik bazası olan “Web of Science”ə çıxışı, yerli alim və tədqiqatçıların əzmi və zəhməti nəticəsində elmi məhsuldarlıq nəzərəçarpacaq dərəcədə artıb, elmi tədqiqat işlərinin effektivliyi xeyli yüksəlib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

AXCP də parlament seçkilərində iştirak etməyə qərar verib

DADP da növbədənkənar parlament seçkilərində iştirak edəcək

AXCP sədri birinci vitse-prezidentdən razılıq etdi

Keçmiş deputatlığa namizəd özünü bir daha sınayacaq

Hədəfimiz xalqın itirilmiş inamını qaytarmaqdır

“Azadlıq fədaisi” mükafatı qaliblərə təqdim olundu

Dizdə şişkinlik inkişaf edənə qədər…

ALDP seçkilərlə bağlı qərarını verdi

“İnsan hüquqlarının qorunması media müstəvisində”

HƏKİMLƏRƏ BEYNƏLXALQ TİBBİ NƏŞRLƏRLƏ DAHA DİQQƏTLƏ TANIŞ OLMAQ TÖVSİYƏ EDİLDİ

YAP nümayəndələri umummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Milli inkişaf strategiyasının müəllifi

Şirkət filmin süjetini gizləyir - VİDEO

Bağırsaq qurdlarından qurtulmağın təbii yolları - RESEPT

Lerikdəki uzunömürlülər - FOTO