Bakı Ali Neft Məktəbi haqda məqalə dərc olunub

12:39 28-11-2019 | icon 41 | Təhsil
Bakı Ali Neft Məktəbi haqda məqalə dərc olunub

BMT-nin Təlim və Tədqiqat İnstitutunun (UNİTAR) saytında Bakı Ali Neft Məktəbi (BANM) ilə UNITAR arasında əməkdaşlığa dair geniş məqalə dərc olunub.

 

Məqalədə hər iki qurum arasında əməkdaşlıq çərçivəsində “Nigeriyanın neft və qaz sənayesində kadr potensialının gücləndirilməsi” layihəsi üzrə yeddi nəfər nigeriyalı tələbənin 2019/2023-cü tədris illəri müddətində Azərbaycanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Bakı Ali Neft Məktəbində bakalavr dərəcəsi üzrə təhsil aldığı qeyd olunub.

 

Yazıda həmin tələbələrin Azərbaycanda 4 il müddətində “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alması və onların Nigeriyanın neft sektoru üçün yararlı mütəxəssis kimi yetişdiriləcəyi, tədris müddətində tələbələrin nəzəri və praktiki biliklərə yiyələnəcəyi və sonda lazımi kreditləri toplayaraq BANM-in diplomunu əldə edəcəyi qeyd edilib.

 

Eyni zamanda, yazıda BANM-in Azərbaycanda yüksək ixtisaslı mühəndis kadrlarının hazırlanmasında liderliyi vurğulanıb.

 

“BANM tələbələrinə transmilli və beynəlxalq enerji şirkətlərində, eləcə də SOCAR-ın bütün filial və müəssisələrində təcrübə keçmək və iş təcrübəsi yaratmaqla məzunların dünya səviyyəli mütəxəssis olmalarına rəvac verir ”.

 

Eyni zamanda, Nigeriya hökumətinin neft və qaz sənayesində intellektual işçi qüvvəsi yaratmaq səylərinin məntiqi nəticəsi kimi nəzəri-praktiki bacarıq və təhsili özündə cəmləşdirən unikal 4 illik təhsil planının həyata keçilməsinə verdiyi dəstəyə də xüsusi diqqət çəkilir.

 

“Bu inteqrasiya edilmiş sistemin tətbiqi nigeriyalı tələbələrə iş bazarının (Neft-Qaz sənayəsində) aktual tələblərinə uyğun olaraq müvafiq sahələrdə keyfiyyətli ali təhsil almağa imkan verəcəkdir”.

 

Məlumat üçün bildirək ki, 19 iyun 2018-ci il tarixində Bakı Ali Neft Məktəbi (BANM) ilə BMT-nin Təlim və Tədqiqat İnstitutu (UNITAR) arasında Əməkdaşlıq haqqında İsveçrənin Cenevrə şəhərində Memorandum imzalanıb. Memorandum BANM-in rektoru Elmar Qasımov və UNITAR-ın İcraçı direktoru, BMT-nin Baş katibinin müavini Nikhil Set tərəfindən imzalanıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

AXCP də parlament seçkilərində iştirak etməyə qərar verib

AXCP sədri birinci vitse-prezidentdən razılıq etdi

DADP da növbədənkənar parlament seçkilərində iştirak edəcək

Hədəfimiz xalqın itirilmiş inamını qaytarmaqdır

Keçmiş deputatlığa namizəd özünü bir daha sınayacaq

“Azadlıq fədaisi” mükafatı qaliblərə təqdim olundu

Dizdə şişkinlik inkişaf edənə qədər…

"Bu da bir siyasi mədəniyyət nümunəsidir"

ALDP seçkilərlə bağlı qərarını verdi

“İnsan hüquqlarının qorunması media müstəvisində”

“Ağrı gecələr də meydana çıxa bilər və bu zaman…”

HƏKİMLƏRƏ BEYNƏLXALQ TİBBİ NƏŞRLƏRLƏ DAHA DİQQƏTLƏ TANIŞ OLMAQ TÖVSİYƏ EDİLDİ

Ərdoğan Axıska sürgününü Qənirə Paşayevanın şeiri ilə andı - VİDEO

Muzeydə “Nəsimi-650 uşaqların dili ilə”

Milli inkişaf strategiyasının müəllifi