"Narazılıq və ümüdsüzlük Azərbaycanın xoş gələcəyindən xəbər vermir"

15:22 28-11-2019 | icon 235 | Siyasət
"Narazılıq və ümüdsüzlük Azərbaycanın xoş gələcəyindən xəbər vermir"

Hafiz Hacıyev: "Hakimiyyət daxilində Prezidentinin Azərbaycanın gələcəyi naminə apardığı islahatlara kölgə salanlar var"

 

"Mən bu gün Azərbaycan daxilində gedən bu siyasi proseslərdən həddindən artıq narahatlıq hissi keçirirəm. Azərbaycanda fəaliyyət göstərən müxalif siyasi partiyaların ölkədə gedən siyasi proseslərə, o cümlədən Dağlıq Qarabağ ətrafında yaranmış son durumla bağlı öz qəti mövqelərini ortaya qoya bilməmələri və müxalif qüvvələrin bir araya gələ bilməməsi ölkə ictimaiyyəti arasında çox böyük narazılıq və ümüdsüzlük yaranması Azərbaycanın xoş gələcəyindən xəbər vermir".

 

Versus.Az xəbər verir ki, bunu sosial mediada MMP sədri Hafiz Hacıyev bildirib. Partiya sədri həmçinin vurğulayıb ki, bu gün Azərbaycan hakimiyyətinin daxilində olan mafioz qüvvələrin həddindən artıq varlanması, Azərbaycanda qanunları saymaması, ölkə Prezidentinin Azərbaycanın gələcəyi naminə apardığı islahatlara hər an kölgə salmaları prezident tərəfindən verilən tapşırıqların layiqincə yerinə yetirilməməsi xalqın narazılığına səbəb olur:

 

"Mənim qəbuluma hər gün yüzlərlə sadə vətəndaşların şikayətə gəlməsi, o cümlədən partiya ünvanına daxil olan şikayət məktubları bir çox nüanslardan xəbər verir. Prezidentin xalq üçün bu qədər böyük işlər görməsinə rəğmən bəzi özünü prezidentə dirnaqarası yaxın göstərən məmurların xalqla prezident arasında düşünülmüş şəkildə narazılıqların yaradılması başadüşülən deyil. Azərbaycanın belə bir çətin durumunda ölkəmizi gözü götürməyən dövlətlərin əks ideoloji böhtan xarakterli siyasi müharibəsinin qarşısını iqtidarlı-müxalifətli birgə almalıyıq. Dağlıq Qarabağı işğaldan azad etmək üçün tək Ali Baş komandanla birgə olmaq, onun bütün çağrışlarına müsbət cavab verməklə düşmənlərimizin hücumunun qarşısını almaq olar! Mən həm iqtidarı, həm müxalifəti bu yöndə birgə düşünməyə və bir masa ətrafında oturmağa dəvət edirəm!"

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"

Qarabağa gedən Yolumuz və ölü erməni

"Boykot taktikasına əl atan istənilən siyasi qüvvə iflasa uğrayacaq"

Həkim-terapevt Seboreya xəstəliyinin yaranmasına təkan verən patologiyalardan danşdı

713- ün HOÇAZDA SON ŞƏHİDİ

"Qadınlar yüksək vəzifələrdə daha çox təmsil olunmalıdırlar" - FOTO

"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyindən nəcib təşəbbüs

“Gülsam”-ın Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək

"Buyurun, artıq növbədənkənar seçkinin astanasındayıq"

Növbədənkənar seçkiləri labüd edən məqamlar

Yeni ildə bir həftə iş olmayacaq

Dietoloqlar sirri açdılar

60-ın astanasında...

Flora Kərimova İlhamə Quliyeva haqqında bunları dedi

“Həyəcan” düyməsi