Saç boyası tələbənin başını “şara” çevirdi - FOTO

00:51 29-11-2019 | icon 33 | Maraqlı
Saç boyası tələbənin başını “şara” çevirdi - FOTO

Saçlarını boyamaq britaniyalı tələbənin səhhətində ciddi problemlərə səbəb olub.

 

24 yaşlı Şennon Sarston öz acı təcrübəsini “The Sun”la bölüşüb.

 

Bildirilir ki, tələbə qız saçlarını tünd şokolad rənginə boyamaq qərarına gəlib. Ancaq hər zaman bu brenddən istifadə etdiyi üçün boyaya qarşı reaksiyanı yoxlamayıb.

 

Boyama zamanı Sarston dəridə yanma hiss etsə də, buna fikir verməyib. Bundan sonra onun boğazında qırmızı ləkələr yaranıb. Lakin gənc qız bunu da adi qıcıq sayıb.

 

Səhəri gün qız yuxudan sol gözündə şişlə oyanıb. O, xəstəxanaya çatdıqda artıq bir gözü tamamilə bağlanmış, alnı şişmiş, nəfəs yolları bağlanmağa başlamışdı. Həkimlər ona para-Fenilendiamina allergiya diaqnozu qoyurlar. Tənəffüsün bərpası üçün pasiyentə inqalyator, şişin çəkilməsi üçün preparatlar verilir.

 

Müalicə əvvəlcə müsbət təsir göstərir və Sarston evə göndərilir. Lakin səhəri hər iki göz o qədər şişir ki, tamamilə bağlanır, boğaz tutulur, baş dərisi isə “yanmağa” başlayır. Dörd gün ərzində həkimlər şişin çəkilməsinə və saçlardan boyanın yuyulmasına çalışırlar.

 

“Onlar mənə hətta başımı keçəl eləməyi təklif edirdilər, ancaq bunu etməmələri üçün onlara yalvardım. Nəfəs almaq çətinləşmişdi. Həkimlər bildirdilər ki, xəstəxanaya vaxtında gəlməsəydim, ölə bilərdim. Başım su ilə doldurulmuş şara oxşayırdı, gözlərim isə açılmırdı. Hətta bir müddət kor qaldım”, - deyə tələbə bildirib.

 

Sarston bildirib ki, preparatları üç ay qəbul etdikdən sonra allergiyanın təsirləri tədricən ötüşüb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"

713- ün HOÇAZDA SON ŞƏHİDİ

Növbədənkənar seçkiləri labüd edən məqamlar

"Boykot taktikasına əl atan istənilən siyasi qüvvə iflasa uğrayacaq"

Həkim-terapevt Seboreya xəstəliyinin yaranmasına təkan verən patologiyalardan danşdı

“Gülsam”-ın Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək

"Buyurun, artıq növbədənkənar seçkinin astanasındayıq"

“Həyəcan” düyməsi

"YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik"

"Mənim ixtiyarım öz əlimdə deyil"

Keçmiş deputatlığa namizəd özünü bir daha sınayacaq

Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib

72 yaşlı Əməkdar artist gözəlliyinin sirrini açdı

Azərbaycan idmançılarının da iştirak etdiyi döyüşlər başlayır

Milli Məclisin adı dəyişdiriləcəkmi?