“Sosial xidmətçilərin fəaliyyətinə nəzarət gücləndirilməlidir”

11:43 29-11-2019 | icon 64 | Cəmiyyət
“Sosial xidmətçilərin fəaliyyətinə nəzarət gücləndirilməlidir”

“Bu ilin 10 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bərpa mərkəzləri tərəfindən  7241 nəfər əlilliyi olan şəxsə stasionar, 1867 nəfər əlilliyi olan şəxsə isə ambulator qaydada reabilitasiya xidmətləri göstərilib. Yeni reabilitasiya ocaqları istifadəyə verildikcə bu göstəricilər əhəmiyyətli dərəcədə yüksələcək”.

 

Versus.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirliyin kollegiya iclasında bildirib.

 

Sosial xidmətlərin əhatə dairəsinin genişləndirildiyini qeyd edən S.Babayev bu sahədə göstərilən xidmətlərə, sosial xidmətçilərin fəaliyyətinə monitorinq və nəzarət sisteminin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. O, ümumilikdə sosial xidmətlərin keyfiyyətinin artırılması, bu sahədə fəaliyyət mexanizminin yenidən qurulmaqla təkmilləşdirilməsi üçün islahat tədbirlərinin zəruri olduğunu bildirib.

 

Nazir həmçinin qeyd edib ki, peşə reabilitasiyası tədbirləri də gücləndirilməli, Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiyası Mərkəzinin imkanlarından daha səmərəli istifadə təmin edilməlidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"

713- ün HOÇAZDA SON ŞƏHİDİ

Növbədənkənar seçkiləri labüd edən məqamlar

"Boykot taktikasına əl atan istənilən siyasi qüvvə iflasa uğrayacaq"

Həkim-terapevt Seboreya xəstəliyinin yaranmasına təkan verən patologiyalardan danşdı

“Gülsam”-ın Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək

"Buyurun, artıq növbədənkənar seçkinin astanasındayıq"

“Həyəcan” düyməsi

"YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik"

"Mənim ixtiyarım öz əlimdə deyil"

Keçmiş deputatlığa namizəd özünü bir daha sınayacaq

Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib

72 yaşlı Əməkdar artist gözəlliyinin sirrini açdı

Azərbaycan idmançılarının da iştirak etdiyi döyüşlər başlayır

Milli Məclisin adı dəyişdiriləcəkmi?