"Siyasi partiya və müstəqil fəalları parlamentin yenilənməsində aktiv olmağa çağırıram"

15:53 29-11-2019 | icon 93 | Siyasət
"Siyasi partiya və müstəqil fəalları parlamentin yenilənməsində aktiv olmağa çağırıram"

Əlabbas Məhərrəmli: "Bu qərar parlamentin indiki tərkibinin ölkədə genişlənən islahatların tələblərinə cavab verməməsindən irəli gəlib"

 

Xəbər verildiyi kimi, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul edib.

 

Siyasi Şura sözügedən qərarını Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini qeyd edib. Maraqlıdır, Milli Məclis niyə indi buraxılır?

 

Məsələ ilə bağlı Versus.Az-a açıqlama verən siyasi ekspert Əlabbas Məhərrəmli növbəti seçkilərə çox az vaxt qaldığı bir vaxtda belə bir qərarın verilməsini Milli Məclisin indiki tərkibinin ölkədə genişlənən islahatların tələblərinə cavab verməməsi ilə əlaqələndirdi:

 

"Ona görə də, parlamentin tərkibini yeni, müasir düşüncəli insanlarla yenidən formalaşdırmaq zərurəti yaranıb. Bu gün ölkədə cox ciddi siyasi, iqtisadi islahatlar kecirilir. Qanunverici orqanın da dəyişilməsi, yenilənməsi labüddür. Fikrimcə, yaxın günlərdə növbədənkənar seçkilərin vaxtı da bilinəcək. Mən siyasi partiyalara və müstəqil fəallara üz tutaraq, bu seçkilərdə fəal olmağa, Azərbaycan parlamentinin yenilənməsində aktiv iştirak etməyə çağırıram. Millətimizə və dövlətimizə xeyirli-uğurlu olsun”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

AXCP də parlament seçkilərində iştirak etməyə qərar verib

AXCP sədri birinci vitse-prezidentdən razılıq etdi

DADP da növbədənkənar parlament seçkilərində iştirak edəcək

Hədəfimiz xalqın itirilmiş inamını qaytarmaqdır

Keçmiş deputatlığa namizəd özünü bir daha sınayacaq

“Azadlıq fədaisi” mükafatı qaliblərə təqdim olundu

Dizdə şişkinlik inkişaf edənə qədər…

"Bu da bir siyasi mədəniyyət nümunəsidir"

ALDP seçkilərlə bağlı qərarını verdi

“İnsan hüquqlarının qorunması media müstəvisində”

“Ağrı gecələr də meydana çıxa bilər və bu zaman…”

HƏKİMLƏRƏ BEYNƏLXALQ TİBBİ NƏŞRLƏRLƏ DAHA DİQQƏTLƏ TANIŞ OLMAQ TÖVSİYƏ EDİLDİ

Ərdoğan Axıska sürgününü Qənirə Paşayevanın şeiri ilə andı - VİDEO

Muzeydə “Nəsimi-650 uşaqların dili ilə”

Milli inkişaf strategiyasının müəllifi