Xəstəxanalarda qeydiyyatda olan hamilə qadınlar SMS vasitəsi ilə maarifləndiriləcək

12:32 02-12-2019 | icon 27 | Sosial
Xəstəxanalarda qeydiyyatda olan hamilə qadınlar SMS vasitəsi ilə maarifləndiriləcək

Bu gün UNİCEF və İcbari Tibbi Sığorta Agentliyinin təşkilatçılığı ilə “Ana və uşaq sağlamlığı üzrə SMS maarifləndirmə” pilot layihəsinə həsr olunmuş tədbir keçirilib.


 
Versus.Az xəbər verir ki, tədbirdə ana və uşaqların sağlamlığının qorunması üçün həyata keçirilən proqramlardan, görülən işlərdən danışan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib ki, icbari sığorta ilə əlaqədar pilot layihə həyata keçirilən Mingəçevir, Yevlax və Ağdaş rayonlarında “Körpə dostu” standartlarının tətbiqi ilə bağlı “Ana və uşaq sağlamlığı üzrə SMS maarifləndirmə” təşkil edilib, hamilə qadınlar SMS-lər vasitəsi ilə maarifləndirilib.


 
Z.Əliyev qeyd edib ki, əhalinin 27 faizi uşaqlardan ibarətdir:

“Gələn ildən tətbiq ediləcək icbari sığorta çərçivəsində xidmətlər zərfində xüsusilə ana və uşaqların salamlığının qorunması ilə bağlı xidmətlərin beynəlxalq standartlara uyğun olmasına çalışmışıq ki, ana və uşaqlar daha sağlam olsunlar. Bu layihələrdən biri də SMS layihəsidir. Hazırda “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) də ana və uşaq xəstəlikləri, əhalini maraqlandıran digər suallarla bağlı geniş maarifləndirici saytının hazırlanması üzərində iş gedir. İnanıram ki, gələn ilin əvvəllərində bu saytı ictimaiyyətə təqdim edəcəyik. Gələcəkdə SMS maarifləndirmə vasitəsi ilə “Körpə dostu” standartlarının tətbiqini bütün xəstəxanalarda həyata keçirəcəyimizə inanırıq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

AXCP də parlament seçkilərində iştirak etməyə qərar verib

AXCP sədri birinci vitse-prezidentdən razılıq etdi

DADP da növbədənkənar parlament seçkilərində iştirak edəcək

Hədəfimiz xalqın itirilmiş inamını qaytarmaqdır

Keçmiş deputatlığa namizəd özünü bir daha sınayacaq

“Azadlıq fədaisi” mükafatı qaliblərə təqdim olundu

Dizdə şişkinlik inkişaf edənə qədər…

"Bu da bir siyasi mədəniyyət nümunəsidir"

ALDP seçkilərlə bağlı qərarını verdi

“İnsan hüquqlarının qorunması media müstəvisində”

“Ağrı gecələr də meydana çıxa bilər və bu zaman…”

HƏKİMLƏRƏ BEYNƏLXALQ TİBBİ NƏŞRLƏRLƏ DAHA DİQQƏTLƏ TANIŞ OLMAQ TÖVSİYƏ EDİLDİ

Ərdoğan Axıska sürgününü Qənirə Paşayevanın şeiri ilə andı - VİDEO

Muzeydə “Nəsimi-650 uşaqların dili ilə”

Milli inkişaf strategiyasının müəllifi