“Hansı məktəbdə istilik problemi varsa, müraciət etsin, tədbir görək”

13:09 02-12-2019 | icon 38 | Təhsil
“Hansı məktəbdə istilik problemi varsa, müraciət etsin, tədbir görək”

“Fərdi istilik sistemləri olmayan məktəb və bağçalar “Azəristiliktəchizat” ASC tərəfindən istiliklə təmin olunur. Onların heç bir istilik problemi yoxdur”.

 

Versus.Az xəbər verir ki, bu sözləri açıqlamasında bəzi məktəb və bağçaların istilik problemi barədə şikayətlərinə münasibət bildirərkən “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib. O, qeyd edib ki, ölkə üzrə 290 məktəb, 160 bağça “Azəristiliktəchizat” tərəfindən istiliklə təmin edilir:

 

“Bu günə qədər istilik problemi, istiliyin zəif olması və ya olmaması ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən və ya hansısa məktəbdən bizə müraciət daxil olmayıb. Müraciət olduğu halda araşdıra bilərik. Məktəblərin istilik təminatı xərcləri BŞTİ və “Azəristiliktəchizat” arasında bağlanan müqavilə hesabına həyata keçirilir. Yenə qeyd edirəm, “Azəristiliktəchizat”ın hesabında olan məktəblərin heç birində istilik problemləri yoxdur. Kimdə problem varsa, müraciət etsin, araşdıraq, tədbir görək. Amma onlar müraciət etməsə də, bizə hər bir qazanxanadan məlumat gəlir. Hər iki saatdan bir qazanxanaların rejimi barədə məlumat alırıq. Heç bir qazanxanada problem yoxdur”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

AXCP də parlament seçkilərində iştirak etməyə qərar verib

AXCP sədri birinci vitse-prezidentdən razılıq etdi

DADP da növbədənkənar parlament seçkilərində iştirak edəcək

Hədəfimiz xalqın itirilmiş inamını qaytarmaqdır

Keçmiş deputatlığa namizəd özünü bir daha sınayacaq

“Azadlıq fədaisi” mükafatı qaliblərə təqdim olundu

Dizdə şişkinlik inkişaf edənə qədər…

"Bu da bir siyasi mədəniyyət nümunəsidir"

ALDP seçkilərlə bağlı qərarını verdi

“İnsan hüquqlarının qorunması media müstəvisində”

“Ağrı gecələr də meydana çıxa bilər və bu zaman…”

HƏKİMLƏRƏ BEYNƏLXALQ TİBBİ NƏŞRLƏRLƏ DAHA DİQQƏTLƏ TANIŞ OLMAQ TÖVSİYƏ EDİLDİ

Ərdoğan Axıska sürgününü Qənirə Paşayevanın şeiri ilə andı - VİDEO

Muzeydə “Nəsimi-650 uşaqların dili ilə”

Milli inkişaf strategiyasının müəllifi