“Autizm problemləri və erkən müdaxilə tədbirlərinin əhəmiyyəti” - MÜZAKİRƏ

08:26 24-04-2018 | icon 200 | Sosial
“Autizm problemləri və erkən müdaxilə tədbirlərinin əhəmiyyəti” - MÜZAKİRƏ

 

Çiçək Məmmədli: “Bu problemin həllində ümumi mövqe nümayiş etdirməliyik”

 

 

Aprelin 20-də Azərbaycan Dillər Universitetində Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin  ƏƏSMN-nin Yanında Sosial Təminat Xidmətinin sosial sifarişi  və maliyə dəstəyi ilə həyata keçirdiyi “Sağlamlıq imkanları məhdud (autizm) uşaqların sosial və psixoloji reabilitasiyası” layihəsi çərçivəsində təşkil edilmiş Aprel autizm ayında autizmin maarifləndirilməsi, “Autizm problemi və erkən müdaxilə tədbirlərinin əhəmiyyəti” mövzusunda tədbir  keçirildi.

 

Versus.Az-ın məlumatına görə, tədbirin əsas məqsədi əsrin ən qlobl problemi hesab edilən, dünya əhalisinin təxminən 1 faizinin əziyyət çəkdiyi və son dövrlərdə uşaqlarda daha çox rastlanan xəstəliklərdən biri hesab olunan autizm və autizmdən əziyyət çəkən uşaqlara bütün dünya ictimaiyyətinin diqqətini yönəltmək, autizm haqqında məlumatlandırmaqdır.

 

Tədbirin rəsmi hissəsindən öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndı. Tədbir açıq elan edildikdən sonra ADU-nun tərbiyə işləri üzrə prorektoru Sərraf Hüseynov açılış nitqi ilə  tədbirin mahiyyətini izah edib:

 

2 Aprel Ümumdünya Autizm məlumatlandırılması günü və aprel ayı isə bütövlükdə autizm məlumatlandırma ayı hesab edilir. Bu günkü tədbirimiz cəmiyyətin, insanların, tədbirə toplaşan qonaqları və sabahın müəllimləri, mütəxəssisləri hesab edilən bu günkü tələbələri autizm haqqında geniş məlumatlandırmaqdır”.

 

O, autizm haqqında, 2 aprel dünya autizm günü haqqında məlumat verdi. Qeyd etdi ki, əslində bu tədbir xeyirxah bir təşəbbüsdür və bizim Universitet bu cür tədbirlərin vaxtaşırı keçirilməsinə şərait yaradır və dəstək göstərir.

 

ADU-nun Mülki Müdafiə və Tibbi biliklərin əsasları kafedrasının baş müəllimi, tədbirin təşkilatçılarından olan Sədaqət Musayevaya çıxış edərək bildirdi ki, bu tədbirin keçirilməsində əsas məqsədlərdən biri də həm ictimaiyyətə autizm haqqında geniş məlumat vermək, həm də sabahın pedaqoqları, mütəxəssisləri olan gənc nəslin təlim-tərbiyəsini etibar edə biləcəyimiz bu günün tələbələrinin autizm haqqında geniş məlumatlı olmalarını istəməyimizdən irəli gəldi:

 

“Bu cür tədbirlərin təşkili zamanı təşkilatçılıq mənim içimdən gələn bir təşəbbüs olur. Ölkəmizdə çox aktual olan autizm probleminin həllinə dəstək olaraq hər zaman bu cür tədbirlər keçirməyi planlaşdırırıq”.

 

ADU-nun rektor müavini Anar Osmanlı bu xeyirxah təşəbbüsü irəli sürən təşkilatçıları alqışladı və onlara təşəkkürlərini bildirdi:

 

“Dünyada tüğyan edən autizm probleminin həllinə dəstək ola biləcək bu cür təşəbbüslərin hər zaman rəhbərlik tərəfindən dəstəkləndiyini və diqqət göstərildiyini iştirakçıların nəzərinə çatdırdı”.

 

Tibb üzrə fəlsəfə doktoru, “Sağlamlığın qorunması” İctimai Birliyinin sədri Yazgül Addıyeva bildirdiki, XXI əsrin qlobal problemi hesab edilən autizm ölkəmizdə də ən aktual bir mövzudur:

 

“Aparılmış tədqiqatlara görə, dünya əhalisinin 1 faizi, yəni 70 milyon əhali autizmin qurbanıdır. Qeyri-rəsmi stastistikaya əsasən Azərbaycanın demək olar ki, bütün bölgələrindən araşdırma və sorğular əsasında məlumatlar əldə edərək belə qənaətə gəlmək olar ki, ölkəmizdə təxmini 5000-ə yaxın uşaq və yeniyetmə autizm sindromundan əziyyət çəkir. Getdikcə bu say artmaq üzrədir. Yaranma səbəbi elmə 100% məlum olmayan autizm sindromu ilə mübarizə günün tələbidir. Bu işdə maarifləndirmə öndə dayanır. Ölkəmiz autizm sindromlu uşaqların artımına görə 2014-cü ildə dünya ölkələri sırasında 3-cü yeri tutub. Autizmin maarifləndirilməsinə xüsusi ilə regionlarda daha böyük ehtiyac var. Bu sahədə maarifləndirmə tədbirləri davamlı olmalıdır”.

 

Tədbirdə Əlil Təşkilatları İttifaqının Prezidenti Davud Rəhimli, “HOMS” Qrupu Səfir Xanımları Cəmiyyətinin üzvü Ayyu Kütep, Niderland Azərbaycan Evinin sədri Elxan Mirhəşimli, “Sağlamlığın Qorunması” İctimai Birliinin sədri Yazgül Abdıyeva, Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı defektoloq-loqoped Şəfəq Məmmədova və digərləri çıxış edərək autizm sinromlu şəxslərin, habelə onların valideynlərinin mövcud cətinlikləri və onların həlli yolları barədə fikirlərini bölüşüblər.

Tədbirdə müvafiq dövlət qurumlarının, qeyri-hökumət və beynəlxalq təşkilatların və KİV nümayəndələri, autizm sindromlu uşaqlar və valideynlər də iştirak edib.

 

“Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İB-nin sədri, layihə rəhbəri və tədbirin əsas təşkilatçısı Çiçək Məmmədli çıxışında bu günkü tədbirin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi və maliyə dəstəyi ilə “Sağlamlıq imkanları məhdud (autizm) uşaqların sosial və psixoloji reabilitasiyası” layihəsi çərçivəsində təşkil edildiyini vurğulayıb:

 

2 Aprel Ümumdünya Autizm məlumatlandırılması günüdür. Bu tarix bütün dünya ölkələrində qeyd olunur. Günün mahiyyəti insanları autizm haqqında maarifləndirmək, autizmli insanların hüqüqları olan layiqli həyat sürmələrinə yardım etmək, hər zaman onların yanında olmaq, öz dəstəklərini göstərmək kimi xyirxah təşəbbüslərin ifadəsidir. İlk dəfə 2 aprel tarixi BMT tərəfindən Ümumdünya autizm günü  kimi qəbul edildikdən sonra dünyaca məşhur “Autism speaks” cəmiyyəti bu günlə əlaqədar “Light it up Blue” (“Mavi işıqla işıqlandır”) layihəsini həyata keçirir. Həmin gün Yer kürəsinin müxtəlif ölkələrində ən görkəmli binalar autizmi simvolizə edən mavi rəngdə işıqlandırılaraq 2 Aprel tarixini Ümumdünya Autizm Günü olduğunu insanlara çatdırır. Məqsəd, əhali arasında autizm haqqında maarifləndirməni artırmaq və autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməkdir. Ölkəmizdə 2011-ci ildən 2 Aprel Ümumdünya Autizm məlumatlandırılması günü hər il qeyd edilir. Belə ki, 2011-ci ildə Heydər Əliyev Fondunun, UNİCEF-in və Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin birgə layihəsi əsasında ilk dəfə həmin gün Bakı Biznes Mərkəzi mavi işıqla işıqlandırılaraq dünya ölkələrinə qoşulmuşdu. Həmin ildən də hər il aprelin 2-də Bakıda  görkəmli binalar mavi işıqla işıqlandırılaraq dünya ölkələrinə qoşulur və autizmi tanıdığını bəyan edir. Autizm ayi isə bütövlükdə autizm maarifləndirmə ayı hesab edilir. Bu ayda İctimai Birliyimiz ay boyunca autizmin maarifləndirilməsinə həsr edilmiş silsilə tədbirlər həyata keçirir”.

 

Çiçək xanım eyni zamanda, İB-in gördüyü işlərin uğurlu nəticələrini qeyd etdi və bildirdi ki, İctimai Birlik tərəfindən “Ölkəmizdə autizm sindromlu övladı olan valideynlərin qarşılaşdıqları bir sıra problemlər və onların həllinə dair” geniş təkliflər layihəsi hazırlayaraq Ombudsman Aparatına təqdim edilib:

 

“Ombudsman Elmira xanım Süleymanovanın xüsusi müraciəti və Millət Vəkili Qənirə Paşayevanın məsələnin Mili Məclisdə gündəmə gətirərək dəfələrlə müzakirəsinə nail olması, problemlərin dövlət qurumlarının nəzərinə həlli vacib olan aktual və prioritet məsələ olmasını çatdıra bilmişdi”.

 

Problemlərin ictimailəşdirilməsi Nazirlər kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nomrəli qərari ilə təsdiq edilmiş “Əilliyin  və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 3,1,7-ci bəndində autizm sindromuna görə usaqların sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasınin öz əksini tapmasına nail olmuşdu. Eyni zamanda Bu təkliflərin iri tirajla braşur çapı hazırlamış, yayımlamış, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyası insan hüquqları sahəsində qanunvericiliyin inkişafında Azərbaycanda autizm probleminin olmasınınin diqqətə çatdırıa bilmişdi.

Çiçək xanım qeyd etdi ki, “Autizm sindromunun profilaktikası, müalicəsi, reabilitasiyası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı”nın hazırlanması vacibdir.

 

Əlillərin Bərpa Mərkəzinin direktoru Şahin Tağıyev çıxış edərək autizmin elə də qorxulu bir xəstəlik olmadığını zamanla uğurların əldə edilə biləcəyi yollardan danışdı. Qeyd etdi ki, bu işdə gərək valideynlər səbrli ola və kompleks reabilitasiya üsullarından uşağın yararlanmasına şərait yarada, zamanı gözləyə:

 

“Zamanla müsbət nəticələrə sahib olmaq olar. Bu sahədə bu cür maarifləndirici tədbirlərin keçirilməsi tədqirəlayiqdir. Bu cür tədbirlər vaxtaşırı təşkil edilsə, cəmiyyət bir o qədər məlumatlı olar”.

 

Əlil Təşkilatları İttifaqının Prezidenti Davud Rəhimli bildirib ki, bir neçə il öncə ölkəmizdə nəinki insanlar az məlumatlı idilər, heç autizm termini tanınmırdı:

 

“Bu sahədə uzun illərdir gərgin iş aparan Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin İctimai Birliyin sədri Çiçək Məmmədlinin fəaliyyəti danılmazdır. Hansı ki, onun iki övladı autizm sindromundan əziyyət çəkir. Yoldaşı da bu  problemlər ucbatından ikincili autizasiya probleminə tutulmuş və ruhi xəstəlikdən əziyyət çəkir. Öz evini Autizm Mərkəzinə çevirən və autizmli uşaqların sosiallaşmasına yardım edən, ölkəmizdə bu sahədə ilk təşkilat yaradan Çiçək xanım ancaq alqışa  layiqdir. Çiynində bu qədər ağır yük daşıyan bu qadının ölkəmizdə bu sahədə apardığı işlər nəticəsində bu gün autizm tanınır”.

 

D.Rəhimli İB-in gördüyü işlərin uğurlu nəticələrini qeyd edərək bildirdi ki, “Autizm sindromunun profilaktikası, müalicəsi, reabilitasiyası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı”nın hazırlanması vacibdir. Eyni zamanda dövlət səviyyəsində Autizm Mərkəzinin yaradılması labüddür.

 

Pedaqoji Universitetin Korreksiya kafedrasının müəllimi, Təhsil İnstitutu doktorantı Gülnar Vəliyeva autizm məktəbəqədər dövrdə və autizm erkən müdaxilə tədbirləri və onun əhəmiyyətindən danışdı:

 

“Bu işdə erkən müdaxilə faiz etibarı ilə autizmə qalib gəlməkdə mühüm rol oynayır. Autizm xəstəlik deyil, bir fərqlilikdir və autizmiə qalib gəlmək üçün heç bir dərman müalicəsi yoxdur, ancaq erkən müdaxilə və kompleks reabilitasiya tədbirlərindən yararlanmaq yeganə çıxış yoludur”.

 

Tədbirdə iştirak edən autizm sindromlu övladı olan valideynlər və digər qonaqlar da çıxış edərək autizm sinromlu şəxslərin, habelə onların valideynlərinin mövcud cətinlikləri, inkluziv təhsilin vacibliyi və bir sıra problemlər və onların həlli yolları barədə fikirlərini bildirdilər.

Autizm sindromlu övladı olan valideyn Aytac Rzayeva çıxış edərək cəmiyyəti autizmli sindromlu uşaqlara qarşı daha da diqqətli olmağa, onlara ehtiyacları olan mənəvi yardımın göstərilməsinə səslədı.

 

İgid Teymurlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qafqaz üçlüyü”nə VS yanaşma

Bu qadınlar Azərbaycanla əməkdaşlıqda maraqlıdılar

Şanlıurfada Azərbaycan bulvarı açılır

Millət vəkili Beynəlxalq Altın Göl Başarı mükafatına layiq görülüb

Partiya sədrindən Rüstəm İbrahimbəyovla bağlı TƏKLİF

“Rüstəm İbrahimbəyova ən böyük cəza xalqın nifrətidir” - MÜSAHİBƏ

“Millət vəkili İndoneziyada işğalçı Ermənistanın qətlə yetirdiyi körpələrdən danışıb”

rüstəm ibrahimbəyovun stpir-plastikası

"Əlilliyin elmi, metodoloji əsaslarını müəyyən etməliyik"

Ali məktəblər kollec təhsili də verə biləcəklər

"Rüstəm İbrahimbəyov bir daha özünün iç dünyasını göstərdi"

“eManat” pulun qalığını qaytaracaq

Ali məktəblərə müsabiqədənkənar qəbul imkanları artırılır

"“Sapı özümüzdən olan” bəzi “baltalar” hələ də çirkin niyyətlərindən əl çəkmir"

Dövlət qulluğuna qəbul üçün müsahibə elan edilib