XİN Elmar Məmmədyarovla Sergey Lavrovun görüşü barədə məlumat yayıb

18:29 03-12-2019 | icon 29 | Siyasət
XİN Elmar Məmmədyarovla Sergey Lavrovun görüşü barədə məlumat yayıb

Bu gün Xarici İşlər naziri Elmar Məmmədyarovla Bakıya rəsmi səfər edən Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında ikitərəfli görüş keçirilib.

 

Versus.Az XİN-in məlumatına əsasən xəbər verir ki, təkbətək formatda başlanan fikir mübadiləsi sonra daha geniş tərkibdə davam etdirilib.

 

Nümayəndə heyətləri çərçivəsində, həmçinin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov təmsil olunublar.

 

Nazirlər strateji tərəfdaşlıq səviyyəsində inkişaf edən çoxşaxəli Azərbaycan-Rusiya münasibətlərinin hər iki ölkənin maraqları və ümumiyyətlə regionun sabitliyi, habelə tərəqqi üçün yeni imkanların açılması baxımından önəmli olduğunu bildiriblər. Mütəmadi xarakter daşıyan Dövlət başçılarının qarşılıqlı səfərləri və müxtəlif çoxtərəfli zirvə toplantıları çərçivəsində təmasları iki ölkə arasında təşəkkül tapmış intensiv dialoqun və əməkdaşlığın bariz nümunələri kimi qeyd edilib.

 

Həmçinin cari ilin 20-25 noyabr tarixlərində həyata keçirilən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya etdiyi rəsmi səfərin əhəmiyyəti vurğulanıb.

 

Səfərin nəticələrinə dair ikitərəfli əməkdaşlıq çərçivəsində yeni prioritet istiqamətin – innovasiya və yüksək texnologiyalar – müəyyən edilməsi, həmçinin iki ölkə arasında gənclərarası forumların ənənəyə çevrilməsi kimi vacib qərarların qəbul edilməsi Azərbaycan-Rusiya əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından önəmli olduğu bildirilib. 

 

Bu xüsusda, S.Lavrov ölkəmizə etdiyi hazırkı səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini minnətdarlıq hissi ilə qeyd edərək, həmin qəbul zamanı olduqca məzmunlu və məhsuldar fikir mübadiləsinin aparıldığını məmnuniyyətlə söyləyib.

 

Rusiya naziri BMT, ATƏT, MDB və ölkələrimizin tərəfdaşlıq etdiyi digər ənənəvi formatlar çərçivəsində qarşılıqlı dəstəyin göstərilməsinə sadiq olduğunu təqdirəlayiq hal kimi qeyd edib. Eyni zamanda, S. Lavrov ölkəmizi Qoşulmama Hərəkatında sədrliyə başlaması münasibətilə təbrik edib, Azərbaycanın sədrliyi dövründə RF ilə QH arasında əlaqələrin daha da inkişaf edəcəyinə dair ümid ifadə edib. 

 

Nazir E. Məmmədyarov öz tərəfindən Rusiya ilə ayrı-ayrı sahələr, o cümlədən sənaye, turizm, nəqliyyat və kommunikasiya, təhsil və s. istiqamətlər üzrə duran vəzifələrin yerinə yetirilməsinin vacibliyini bildirib. İqtisadi əlaqələr üzərində dayanaraq, o, qarşılıqlı ticarət dövriyyəsinin müsbət dinamika ilə seçildiyini xüsusilə vurğulayıb. Bu baxımdan, Samur çayı üzərində tikilmiş yeni sərhəd körpüsünün tezliklə istifadəyə verilməsinin qarşılıqlı ticarətə və insanlararası təmaslara yeni təkan verəcəyi qeyd olunub. 

  

Nazirlər Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasının bölgədə sülh, əmin-amanlıq və əməkdaşlıq iqliminin təmin edilməsi və təsərrüfat fəaliyyətinin genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini söyləyib. Bu baxımdan, Xəzəryanı ölkələrin əməkdaşlığının daha da inkişaf etdirilməsi üzrə mövcud perspektivlər müzakirə edilib.

 

Tərəflər Azərbaycanla Rusiya arasında müxtəlif formatlarda, o cümlədən parlamentlərarası təmaslar, habelə müvafiq Nazirliklər və qurumlar arasında əməkdaşlıq şəklində aparılan dialoqun intensiv və səmimi xarakter daşıdığını söyləyiblər.

  1. Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində substantiv danışıqların aparılmasının vacibliyini vurğulayaraq, Rusiya Federasiyası da daxil olmaqla ATƏT-in Minsk Qrupunun həmsədrlərinin göstərdiyi vasitəçilik səylərinin real nəticə gətirəcəyinə dair ümid ifadə edib.
  2. Lavrov ölkəsinin münaqişənin dinc yolla nizama salınması üzrə vasitəşilik səylərinin davam etdirilməsini vacib hesab etdiyini və bu istiqamətdə fəal olmaq niyyətində olduğunu bildirib.

 

Görüş zamanı, həmçinin qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq məsələlər müzakirə edilib.

Görüşün yekunlarına dair Nazirlər Azərbaycan və Rusiya XİN-ləri arasında 2020-ci il üçün məsləhətləşmələr planını imzalayılar. Eyni zamanda, Rusiya XİN başçısı Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunan xatirə kitabına ürək sözlərini yazıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"

Qarabağa gedən Yolumuz və ölü erməni

713- ün HOÇAZDA SON ŞƏHİDİ

"Boykot taktikasına əl atan istənilən siyasi qüvvə iflasa uğrayacaq"

Həkim-terapevt Seboreya xəstəliyinin yaranmasına təkan verən patologiyalardan danşdı

Növbədənkənar seçkiləri labüd edən məqamlar

"Qadınlar yüksək vəzifələrdə daha çox təmsil olunmalıdırlar" - FOTO

“Gülsam”-ın Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək

"Buyurun, artıq növbədənkənar seçkinin astanasındayıq"

Yeni ildə bir həftə iş olmayacaq

“Həyəcan” düyməsi

"Mənim ixtiyarım öz əlimdə deyil"

"YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik"

Flora Kərimova İlhamə Quliyeva haqqında bunları dedi

Xırdalanda ödəmə terminalı qarət olunub