713- ün HOÇAZDA SON ŞƏHİDİ

08:25 04-12-2019 | icon 128 | Şəhidlər və şahidlər
713- ün HOÇAZDA SON ŞƏHİDİ

 FÜZULİ  ALMƏMMƏDOV: “Erməni və rus əsgərləri gecəylə bizim posta hücum ediblərmiş”

 

…1992-ci il dekabr ayının 3-ü idi.  Gecə  komandirimiz İsgəndərov Rəhmanla Pircahanda  gecələməli olduq.  Güclü qar yagmışdı. Soyuqbulaqda olan 714 -ün Pircahana  gəlişini  gözləyirdik. Buradan da Kəlbəcərə getməli, son dayanacagımız da Bakı olmalı idi…

 

Çingiz Əliyev batalyonu aparıb yenidən  say etibarilə formalaşdırıb geriyə döyüş bölgəsinə qayıtmaq niyyətində idi...

 

FÜZULİ

 

Sübh tezdən bizim tərəfdən qradlar işləməyə başladı. Ermənilərin Hoçaza hücum etdikləri, bir postumuzu ələ keçirdiklərini eşitdik.

 

Komandirimiz İsgəndərov Rəhman  Çingiz  Əliyevlə rabitə əlaqəsinə girdi.  Məlum oldu ki, ermənilər gecəylə bizim postumuza hücum ediblər. Aralarında ruslar da var imiş. Həmin erməni və rus əsgərləri Qarıqışlaq istiqamətindən qalxıb qayalıqda yerləşən 7 nəfərdən ibarət postumuza hücum etmiş, 4 nəfər əsgərimizi öldürmüşlər. Qalan 3 döyüşçümüz isə postu tərk etmək məcburiyyətində qalıblar.

 

Komandirimiz İsgəndərov Rəhman dərhal  “Hoçaza köməyə getməliyik” dedi. Qarlı, çovğunlu bir gün idi.  713 –cü hərbi hissənin döyüşçüləri  isti yay günlərindən bu yollara yaxşı bələd idi.

 

Qarın hündürlüyü yarım metrə çatardı. Biz birtəhər Mişni kəndinin altındakı sərt döngələrdən keçib Soyuqbulaq kəndinin dolaylarına qədər gəlib çata bildik. Ancaq yanacağın qurtarması, bizi maşınla “vidalaşmağa” məcbur etdi. Komandirlə  düşüb piyada getməyə başladıq…

 

  “Erməni snayperi Sədi qardaşımızı düz ürəyindən vurmuşdu” 

 

..Soyuqbulaq tərəfə baxanda  Mişni tərəfə yol ilə bir neçə əsgərin gəldiyini görüb dayandıq. Döyüş gedən vaxtı belə  geriyəqayıdış komandirimiz Rəhmanı da, məni də şübhəyə saldı.

 

Qərara gəldik ki, gözləyək, bu gələnlərin kimliklərini öyrənək. Beləcə  gözləməyə başladıq. Onlar gəlib yaxınlaşanda gördük ki, kəndin arxasındakı dağda müdafiədə duran əsgərlərdilər.  Su gətirmək ücün Soyuqbulağa  düşüblərmiş.

 

Biz  yolumuza davam etdik. Çingiz  Əliyev batalyonu Hoçaza  döyüşə aparmışdı. Hiyləgər  ermənilər bicliklərindən tələyə düşmüşdülər. Rəhmətlik ÜLFƏT öz rotası ilə Qarıqışlaq tərəfdən qayalığa cıxan yolu nəzarətə götürmüşdü. Rəhmətlik SƏDİ isə bir necə əsgərlə qayalıgın  “ƏLİ BULAGI”  tərəfindən düşmənin qarşı tərəfinə keçmişdilər. Eyni  zamanda QORXMAZIN batalyonu da düşməni bizim  Soyuqbulağa  birinci gəlişimiz zamanıı tutduğumuz hündürlüklərdən atəşə tutmuşdular. Beləliklə ermənilər hündür  çılpaq qayalıqda açıq hədəfə  çevrilmişdilər…

 

Döyüşlərdə qənimət kimi ələ keçirilən tanklardan heç birini işə salmaq mümkün olmamışdı. Bütün bunlara baxmayaraq  kiçik çaplı silahlarla döyüşən əsgərlərimiz düşməni düz çökməyə vadar etdilər. Təəssüflər olsun ki, rəhmətlik SƏDİ qayalığa yaxınlaşarkən erməni snayperi onu ürəyindən vurmuşdu…

 

 

Əsir erməninin etirafları

 

 

Gecə qarın yağmasını fürsət bilən ermənilər XOZNAVAR kəndinin qarşısındakı postlardan kecib bizim mövqelərə həmlə edərək döyüşçülərimizdən dördünü öldürmələri onlarda  daha da qabağa getməyin asan olacağı ümidini yaratmışdı. Rəhmətlik ÜLFƏTİN  öz rotası ilə qayalıgın QARIQIŞLAQ tərəfdən yolu nəzarətə götürməsi düşmən qüvvələri cıxılmaz duruma salmışdı.

 

Eyni zamanda rəhmətlik SƏDİ də əsgərlərlə qayalığı ƏLİ bulağı tərəfindən atəş altında saxlaması erməniləri mühasirə vəziyətinə salmışdı.  Güclü qar yağdığından ermənilər  döyüş meydanında  25 nəfərin cəsədini qoyub qaçmışdılar.

 

714-ün döyüşçüləri iki ermənini əsir götürmüşdülər.  Bu iki nəfərdən biri 53 yaşlı Qarabağ ermənisi idi. O həm də düşmən tərəfində döyüşən 45 nəfərlik dəstəyə bələdcilik edirmiş.  İkinci erməninin 24 yaşı var idi -  LENİNAKAN ermənisi idi.

 

Əsirlərlə əsir qayda-qanunları ilə davranmağa başlandı. Ayaqqabıları soyunduruldu. Bələdcilik edən ermənini QORXMAZIN  batalyonuna verdilər. Qorxmazgilin batalyonundan əsir düşən əsgərləri olmuşdu, onu dəyişmək üçün bu ermənilərdən birini onlara verdilər. Təəssüflər olsun  ki, Mişnidə toyuq hininə salınmış erməni üstündəki toqqa ilə özünü asmışdı. Bizim payımıza düşən erməni isə bir güllə belə atmamışdı. Avtomatına baxanda bildik.

 

Həmin erməninin söylədiklərindən: “Anamdan başqa heç kimim  yoxdur. Aidiyyatı instansiyalara bununla bağlı dəfələrlə söyləsəm də, heç fikir verən də olmadı. Korrupsiyaya bulaşmış qüvvələrin daha böyük gəlir əldə etmələri üçün müharibə faktoru ən gəlirli sahədir. Heç kimim olmasına baxmayaraq və anamın tək tənha qalmasına məhəl qoymayaraq mənə dedilər ki, ya özün getməlisən, ya da tələb olunan məbləği verməlisən. Mən də pul tapa bilmədiyindən döyüşə gəlmək məcburiyyətində qaldım”...

 

Əsirliyin dadını həmin erməniyə öz əməlləri, öz elədikləri çərçivəsində əməlli- başlı dadızdırdıq....

 

Biz yaralı və Şəhid qardaşlarımızın meyidlərini Soyuqbulağa gətirənə kimi artıq hava qaralmışdı...

 

 

İGİD TEYMURLU
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"

713- ün HOÇAZDA SON ŞƏHİDİ

Növbədənkənar seçkiləri labüd edən məqamlar

"Boykot taktikasına əl atan istənilən siyasi qüvvə iflasa uğrayacaq"

Həkim-terapevt Seboreya xəstəliyinin yaranmasına təkan verən patologiyalardan danşdı

“Gülsam”-ın Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək

"Buyurun, artıq növbədənkənar seçkinin astanasındayıq"

“Həyəcan” düyməsi

"YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik"

"Mənim ixtiyarım öz əlimdə deyil"

Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib

72 yaşlı Əməkdar artist gözəlliyinin sirrini açdı

Azərbaycan idmançılarının da iştirak etdiyi döyüşlər başlayır

Keçmiş deputatlığa namizəd özünü bir daha sınayacaq

Milli Məclisin adı dəyişdiriləcəkmi?