Çində məktəbin idman sahəsi əsaslı təmir ediləcək

11:47 04-12-2019 | icon 21 | Təhsil
Çində məktəbin idman sahəsi əsaslı təmir ediləcək

Çinin Yunnan əyalətinin Malipo qəsəbəsindəki 2 saylı ibtidai məktəbin idman sahəsi Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir ediləcək.

 

Аzərbaycanın Çindəki Səfirliyindən verilən məlumata görə, layihənin təqdim edilməsi mərasimində çıxış edən Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı Azərbaycan və Çin arasında tarixən formalaşmış dostluq əlaqələrindən danışıb və bu gün ikitərəfli əlaqələrimizin bütün sahələrdə yüksələn xəttlə inkişaf etdiyini qeyd edib.

 

Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasındaki səmimi dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin əməkdaşlığımızın bütün sahələrdə, o cümlədən humanitar sahədə genişlənməsini şərtləndirdiyini vurğulayan səfir, bu xüsusda, Azərbaycanın Birinci vitse-prezidenti və ölkənin Birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Çində həyata keçirdiyi layihələr barədə geniş məlumat verib.

 

Heydər Əliyev Fondu və Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasında 2017-ci ilin noyabrında imzalanmış əməkdaşlıq haqqında Memoranduma uyğun olaraq Çinin müxtəlif şəhərlərində, o cümlədən Pekində Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunmuş tədbirlərin təşkil edildiyini, gənclər arasında qarşılıqlı mübadilələrin həyata keçirildiyini qeyd edən səfir Ə.Zeynallı vurğulayıb ki, Yunnan əyalətinin Malipo və Cinpin qəsəbələrində yoxsulluğun aradan qaldırılması proqramı çərçivəsində 27 oktyabr tarixində Çinin Xarici İşlər Nazirliyi tərəfindən Pekin şəhərində təşkil olunmuş beynəlxalq xeyriyyə yarmarkasında da, məhz Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın Çindəki Səfirliyi fəal iştirak etmiş və yarmarkanın uğurlu keçməsinə xüsusi töhfə verib.

 

Humanitar sahədə əməkdaşlığımızın davamı olaraq, Malipo qəsəbəsində yoxsulluğun aradan qaldırılması tədbirləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən 2 saylı ibtidai məktəbin idman sahəsinin əsaslı təmir edilməsinin qərara alındığını bildirən səfir, Malipo qəsəbəsində həyata keçiriləcək bu layihənin uğurla başa çatmasını arzulayıb.

 

Tədbirdə çıxış edən Çin Kommunist Partiyasının Malipo qəsəbəsi Partiya Komitəsinin katibi Lyo Yan Heydər Əliyev Fondu tərəfindən göstərilən bu nəcib təşəbbüsə görə Malipo əhalisi adından minnətdarlığını bildirmiş, Malipo qəsəbəsinin Çinin Vyetnam ilə sərhəddində yerləşdiyini və ölkənin ən yoxsul qəsəbələrindən biri hesab olduğunu vurğulamışdır. O, bu qəsəbədə 280 min nəfər əhalinin yaşadığını və sözügedən 2 saylı ibtidai məktəbdə 1500 nəfər şagirdin təhsil aldığını qeyd edərək, Çinin yoxsulluğun aradan qaldırılması üzrə dövlət proqramı çərçivəsində görülmüş işlərdən danışmış, Azərbaycanın dəstəyinin proqram çərçivəsində xüsusi əhəmiyyətli olduğunu bildirmiş və bunu Azərbaycan-Çin dostluğunun bariz nümunəsi kimi qiymətləndirib.

 

Sonda Malipo qəsəbəsi Xalq Hökuməti və Malipo qəsəbəsi Partiya Komitəsi adından Heydər Əliyev Fonduna göstərilmiş dəstəyə görə “İanə sertifikatı” təqdim edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"

713- ün HOÇAZDA SON ŞƏHİDİ

Növbədənkənar seçkiləri labüd edən məqamlar

"Boykot taktikasına əl atan istənilən siyasi qüvvə iflasa uğrayacaq"

Həkim-terapevt Seboreya xəstəliyinin yaranmasına təkan verən patologiyalardan danşdı

"Qadınlar yüksək vəzifələrdə daha çox təmsil olunmalıdırlar" - FOTO

“Gülsam”-ın Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək

"Buyurun, artıq növbədənkənar seçkinin astanasındayıq"

Yeni ildə bir həftə iş olmayacaq

“Həyəcan” düyməsi

"Mənim ixtiyarım öz əlimdə deyil"

"YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik"

Xırdalanda ödəmə terminalı qarət olunub

Ziya Bünyadov prospektində baş vermiş qəzada xəsarət alanların adları məlum olub

Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib