HEYİF SƏNDƏN, CƏMİL HƏSƏNLİ!!!

13:23 21-04-2018 | icon 222 | Köşə
HEYİF SƏNDƏN, CƏMİL HƏSƏNLİ!!!

Sərdar bəyin iradına Cəmil müəllimdən dözümsüzlük

 

 

İGİD TEYMURLU

 

HEYİF SƏNDƏN, CƏMİL HƏSƏNLİ!!!...

Tarixçi alim olaraq Cəmil müəllimin fəaliyyəti Azərbaycan naminə əvəzolunmazdır. Öz elmi araşdırmalarıyla Cəmil müəllim digər SEÇİLMİŞLƏRİMİZ kimi Bizi Bizə qaytarıb.. Və həm də bu, Onun bütün mənalarda Özünün BİZLƏŞMƏSİ üçün ictimai nərdivanda bir pillə olub...

 

Siyasətçi olaraq Cəmil Həsənlinin cəmiyyətin deyil, ancaq özlərinin təqdimatlarında fotorobotunu yaratdıqları yüksəklik mərtəbəsi sütunsuzdur. VERSUS.AZ SAYTI ƏSİL REALLIqlar fonunda Cəmil müəllimə sualları yönləndirsə də, Cəmil müəllim əsil pedaqoji kriteriyalardan uzaq olan kötük ikən yapdıqları bütə sitayiş edərək SIĞINDIĞI YURDun rituallarını təqdim etdi. Və yaş senziylə tərs mütənasib olan müxalifəti PARÇALAMA, azad düşüncəyə, fərqli yanaşmaya DÖZÜMSÜZLÜK, cəmiyyətin ən böyük kapitalı olan insan faktoruna LAQEYDLİK, "dördüncü hakimiyyət" olmağa imkan vermədikləri mətbuat nümayəndəsinin sorularına CAVABDEHLİK HİSSİni ortaya qoya bilməmək Cəmil müəllimin VERSUS.AZ SAYTINA VERDİYİ KİÇİK BİR MÜSAHİBƏdə əməlli başlı üzə çıxdı...

 

Bütün bunlarsa hansısa ATƏT-in yaydığı hesabatlardan götürülməyib, sadəcə olaraq AT ətinin, İT ətinin, PİŞİK ətinin bizim mətbəx mədəniyyətimizə yad olması faktı reallığın təqdimatında ortaya qoyulur..

Cəmil müəllimin pedaqoji baxış bucağını və “səni sevəcəyəm, sən sevməsən də” amacıyla özlərinə Yurdda sığınacaq axtarmaq istəyən Əli Kərimli aşiqlərinin İMLA HƏVƏSİni nəzərə alaraq yazının quruluşundakı ardıcıllıq prinsipini də pozmayaq. Buna müqabil həm Cəmil müəllimin, həm də sevgini zor gücünə aşılamaq istəyən KƏNAR ADAMların nəzərinə vacib bir məqamı çatdırmaq pis olmazdı. Və bu məqamı Cəmil müəllim Özü haqq edib, öz dilinin altında gizlənən Həsənli Cəmili bəyan etməklə. Dəyərli Cəmil müəllim və HEÇ ZAMAN nə Cəmil müəllim, nə də Əli Kərimli tərəfindən istifadə olunsalar da, dəyərləndirilməyən yurddan KƏNAR ADAMLAR, lütfən, tarixçi professorumuzun versus.az saytına verdiyi kiçicik müsahibəni bir də oxuyun. Həmin müsahibədə Cəmil müəllimin demokratik dəyərləri tapdalaması apaydın bir şəkildə ortalıqdadır və bunu mən bəndəniz yox, Cəmil müəllim Özü bəyan edir. Baxaqmı!?

 

ADAM açıq mətnlə “real müxalifət” kimi “Milli Şura, AXCP, Müsavat”ı göstərib müxalif düşərgəni parçalayır.

 

ZƏRURİ QEYD: Birincisi, yadımdan çıxmamış deyim ki, biz dədə-babadan görmüşük ki, yaşlı adamların missiyası barışdırıcılıq olur, parçalama yox. Deməli, bu addımı ilə Cəmil müəllim bizim gələnəkləri ayaq altına alır!!!! İkincisi, səhv etmirəmsə, Azərbaycanda 53 siyasi partiya mövcuddur. Nə oldu, bu siyasi qurumların hamısı qaldı bir yanda, bircə bu üçlük “real” oldu? Və bu “üçlük”lə yerdə qalan partiyalar arasında beləcə nifaq toxumu səpmək deyilən parçalamağa xidmət etmirmi?..

 

ADAM ADP sədri Sərdar Cəlaloğlunun bildirdiyi əks arqumentə tam dözümsüzlük nümayiş etdirir...

 

ZƏRİRİ QEYD: Sayını belə unutduğumuz müxalif birliklər yarananda zaman-zaman həm ADP, həm Vətəndaş Həmrəyliyi Partiyası, həm AMİR, həm KAXCP, həm Ümid, həm BAXCP, həm Ədalət, həm ALDP, həm MMP, həm də digər partiyalar Əli Kərimli və İsa Qəmbərin “vetosu”yla müxalifət adından məhrum edilməklə məhz ÖZLƏRİNİN “ANA”LIQLARI qabardılıb. Onların yanında olmayanlar əllərində olan və zərdabiləşə bilməyən mətbu şəbəkələri vasitəsilə həm cəmiyyətə, həm də beynəlxalq ictimaiyyətə “cib müxalifəti” kimi sırınıb. Bu necə “cib müxalifəti”dir ki, sığındıqları qərargahın belə kirə haqqını ödəyə bilmirlər, amma Əli Kərimli çetesi 30 ildən artıqdır ki, “heç bir yerdə işləməyə-işləməyə” dövlət başçısı İlham Əliyev səviyyəsində yaşayır? 30 ildir ki, “Qələbə”yə doğru yürüməklə  “icasəli, icazəsiz aksiyalar” keçirilir və özünüz də vurğulayırsınız ki, “hələ Azərbaycanda demokratik mühit formalaşmayıb”. Adama deyərlər ki, qardaşım, bəs sən bu mitinqlər yoluyla nəyi, necə və kimə təlqin etmisən? Bu baxımdan Sərdar bəyin iradına münasibətdə Cəmil müəllimin yanaşmasında tam dözümsüzlük var...

 

ADAM həm özü, həm Əli Kərimli, həm də 11 aprel mitinqindəki özünü Əli aşiqləri sananlar (və həm də dünənin burnufırtıqlı uşaqları) dəfələrlə aksiyanın gedişatında vurğuladılar ki, “sayımız az olsa da” filan, filan şey...

 

Lütfən əsla və yenə də əsla, bunu pis mənaya yozmayın. Mən bir qələt edərəm ki, yaşlı bir adama münasibətdə pis məna kəsb edən söz işlədim. Kimə qarşı olubsa belə, hər zaman o adamdan üzr istəməyə hazıram. Amma və lakin, adama deyərlər ki, ay filan, filanşüdə, axı Azərbaycan əhalisinin sayı 10 milyonu haqlayıb və bu 10 milyondan tutaq ki, 1000-1500 nəfəri sənə dəstək verirsə, bəs yerdə qalan kəsimin düşüncəsinə nədən bunca laqeydlik edirsən?

 

ZƏRİRİ QEYD: Siz heç mitinq boyu ətrafınızdakı hündürmərtəbəli binalara baxdınızmı? Nədən bir nəfər də olsun belə sizlərin “istefa” şüarınızla həmrəy olmaqları qalsın bir yana, heç sizə dəstək fonunda belə adamlar başlarını pəncərədən bayıra çıxarmadılar!!!

 

Ancaq ADP ilə birgə aksiya düzənləyəndə millət az da olsa belə balkonlardan sizə dəstək verirdi, binaların başı mətbuat nümayəndələriylə, polislə dolu olurdu....

ADAM cəmiyyətdə nəzarətçi funksiyasında olan jurnalistikaya sayğısızlıq edir, yunalistin təhqir olunmasına göz yumur, qulaqlarını tıxayıb bunu eşitməz olur və bu kontekstdə verilən suala cavabdehlik hissini unudaraq sualdan yayınmağı, susmağı üstün tutur!!!

 

ZƏRURİ QEYD: Sonuncu “zəruri qeyd” ümumiləşdirmə formatında olacaq:dəyərli Cəmil müəllim və Əli aşiqləri olan Kərimlinin tanımaq istəmədiyi KƏNAR ADAMLAR, sizin sərgilədiyiniz PARÇALAMA, DÖZÜMSÜZLÜK, LAQEYDLİK VƏ CAVABDEHLİK HİSSİNİN OLMAMASInın öz təqdimatınızdaca ortalığa qoyulması bir MƏSULİYYƏTSİZLİKDİR. Və bütün bunlar demokratiya ilə daban-dabana ziddir. Mənə inanmırsınızsa, onda bir az da leylək sədaqətiylə boylandığınız  ATƏT-i bir yana qoyub ÖZÜMÜZÜNKÜLƏRi tanıyın. Onda görəcəksiniz ki, özgür düşüncəsiylə Avropanı diz çökdürən öz ƏHMƏD AĞAOĞLUMUZ elə belə də deyib: “Demokratiyanın ən ilkin şərti fərdlərdə Cavabdehlik və Məsuliyyət Hissinin olmasıdır”...

 

Bütün bunları Cəmil müəllim məndən də min dəfə artığına bilir. Ancaq Onun bildiyi “artıqlar” Əhməd Ağaoğlu düşüncəsiylə üst-üstə düşmür...

 

Mənim bildiyim zadsa ondan ibarətdir ki, heyif Sənə Cəmil Həsənli!! Elm dəryası ağzını açıb Səni gözləyərkən, Sən gör haranı və kimi seçmisən – cəmiyyətə heç nə verə bilmədiyin bir YURDu!?

 

P.S: Milli Şuraya indi BAYRAQDARLIĞI ATƏT edir, Elman Türkoğlunu bu adamlar çoxdan unudublar! Və elə Elman Türkoğluna da çox heyiflər olsun ki, Türk Bayraqlarını türkə qənim kəsilən ATƏT-ə sığınanların başalrı üstündə qaldırıb...Və bərəkatuh...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Turan Qurultayında Qarabağla bağlı çağırış edib

Azərbaycan şəhidləri abidəsinin açılışı olacaq

Macarıstanda Azərbaycan sərgisi açılıb

Millət vəkili İraq, Krım, Tatarıstan və Noqay türklərinin təmsilçiləri ilə görüşüb

Buğacın Azərbaycan bölgələrindən biri ilə qardaşlaması təklifi

Şöbə müdiri olmaq istəyənlərin nəzərinə

Millət vəkili Macarıstanda Qarabağdan danışıb

"Bu xəbər hamımızı üzdü"

Nazirlikdən XƏBƏRDARLIQ

İxtisas seçimi bu gün başa çatır

Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq

Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub

“Yeni müttəfiqlər axtaracağıq”

Siçanlar üzərində aparılan təcrübə göstərib ki...

DSX rəisi yüksək sürətlə at çapan qız və onun atası ilə görüşüb