Həkim-terapevt Seboreya xəstəliyinin yaranmasına təkan verən patologiyalardan danşdı

13:29 04-12-2019 | icon 108 | Sağlamlıq
Həkim-terapevt Seboreya xəstəliyinin yaranmasına təkan verən patologiyalardan danşdı

Nərminə Abbasova: “Xəstənin rasionundan qızardılmış, acı, yağlı, ədviyyatlı və şirin qidalar çıxarılmalıdır”

 

 

“Seboreya xəstəliyi zamanı piy vəziləri tərkibində sərbəst yağ turşuları çox miqdarda olan piy ifraz edir. Bunun nəticəsində dərinin müdafiə qabiliyyəti zəifləyir və onun səthində mikrob assosiasiyaları inkişaf edir”.

 

Sözügedən xəstəliklə bağlı Versus.Az-ın oxucularını məlumatlandıran Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova bildirdi ki, dəridə yaranan bu cür disbalansın əsas səbəbi irsi meyillik və hormonal dəyişikliklərlə bağlı piy mübadiləsinin pozulmasıdır. Bu da çox zaman cinsi inkişaf dövründə baş verir:

 

“Xəstəliyin yaranmasına təkan verən patologiyalar arasında həzm və sinir sistemi xəstəlikləri, xroniki infeksiyalar, həmçinin şirin, acı və duzlu qidaların hədsiz qəbulu, qidada vitamin və mineralların çatışmazlığı da durur. Şəxsi gigiyena qaydalarına əməl olunmaması və dərinin mütəmadi olaraq həddən artıq çirklənməsi də seboreyanın əmələ gəlməsinə şərait yaradır.
Qeyd edim ki, Seboreyanın 3 növü ayırd edilir: yağlı, quru və qarışıq. Yağlı seboreya daha çox rast gəlinən formadır, əsasən üzün - alnın, burun və çənənin dərisini, həmçinin başın, sinənin və belin tüklü hissələrini zədələyir. Bəzi hallarda dəridə kiçik ölçülü, açıq-sarı rəngli piy kistaları formalaşır.
Quru seboreya isə bir qayda olaraq dərinin tüklü hissələrini zədələyir və tüklərin qırılması və kəpəklənmə ilə müşayiət olunur. Kəpək – laylanaraq epidermis qatından qopan buynuz pulcuqlardır.
Seboreyanın qarışıq növü isə hər iki formanın əlamətlərin çox hissəsini özündə birləşdirir”.



Həkim-terapevt deyir ki, Seboreyanın kompleks müalicəsi sinir, mədə-bağırsaq sistemlərinin fəaliyyətini normallaşdıran, orqanizmin vitamin-mineral balansını tənzimləyən preparatlarla yanaşı, zədələnmiş nahiyələrin yerli işlənməsini də nəzərdə tutur. Bu zaman çay sodası, bor və ya salisil turşusu məhlulları, kükürd tozu istifadə olunur:



“Seboreyanın müalicəsində düzgün qidalanmanın rolu çox böyükdür. Xəstənin rasionundan qızardılmış, acı, yağlı, ədviyyatlı və şirin qidalar çıxarılmalıdır. Çoxlu şokolad və şirin pirojnaların qəbulu xüsusilə zərərlidir. Qidada vitaminlərlə zəngin məhsulların miqdarı artırılmalıdır”.



Nərminə xanım bildirdi ki, Seboreya klinik təzahürlərinə əsasən trixoloq tərəfindən diaqnostika olunur. Bundan başqa, onun inkişaf səbəbini müəyyənləşdirmək də mütləqdir; buna görə də seboreya zamanı hormonal fon analiz olunur, nevroloji müayinə aparılır, mədə-bağırsaq traktının patologiyaları və immunodefisit vəziyyətlər istisna olunur:

 

 

“Əsas səbəb korreksiya olunduqda seboreya təzahürləri xeyli azalır, lakin, bununla bərabər, baş dərisinin yerli müalicəsi də mühümdür. Spesifik göbələk əleyhinə müalicə əvvəllər seboreyanın müalicəsində üstünlük verilən iltihab əleyhinə hormonal terapiya ilə müqayisədə daha məqsədəuyğundur.

Dediyim kimi, qidalanma rejiminə riayət mütləqdir. Patologiya zamanı qida rasionunda sink, B qrupu vitaminləri və liflərlə zəngin

məhsullar üstünlük təşkil etməlidir. Pivə mayası və vitamin U-lu vitamin komplekslərinin uzun müddət qəbulu baş dərisinin vəziyyətini yaxşılaşdırır. Pulcuqlar dərini sıx örtdükdə onlar vazelin və ya başqa yağların köməyilə yumşaldılır və təmizləndikdən sonra tərkibində aktiv maddə kimi nizoral və ketonazol olan göbələk əleyhinə preparatlar sürtülür. Seboreyanın müalicəsində antifunqal preparatlarla müalicə effektsiz olduqda hormonal preparatlar tətbiq olunur; lakin hormon tərkibli məlhəmlər müalicədə əsas komponentlər deyil.

Fizioterapevtik prosedurlar epidermisin mikrosirkulyasiyasını və laylanmış vəziyyətini yaxşılaşdırmağa imkan verir. Seboreyada baş dərisinin kriomassajı və darsonvalizasiya göstərişdir. Prosedur zamanı follikullar stimulyasiya olunur, bu isə tüklərin inkişafına təkan verir. Dezinfeksiyaedici effektin hesabına cızıqlar və mikrotravmalar qurudulur. Darsonvalizasiya baş dərisinə sakitləşdirici təsir göstərir. Bu təsir sayəsində bütün seboreyalı xəstələrdə qeyd olunan qaşınma keçib gedir”.

 

 

Həkim-terapevt vurğuladı ki, klinik təzahürlər aradan qaldırıldıqdan sonra daha iki ay müalicəvi şampundan istifadə etmək lazımdır. Onun sözlərinə görə, klinik sağalma patogen mikrofloranın basqılanmasından xəbər vermir:

 

“Orqanizmin ümumi vəziyyətindən asılı olaraq seboreyanın residivlərini aradan qaldırmaq üçün müalicəvi şampunları ayda 1-2 dəfə istifadə etmək lazımdır. Seboreyalı pasiyentlər saçlara və baş dərisinə qulluq vasitələrini ehtiyatla dəyişməlidirlər. Bununla yanaşı, onlara forma vermək üçün istifadə olunan vasitələrdən, kimyəvi maddələrlə burmalardan və saçların boyanması və fenlə tez-tez qurudulması tövsiyə olunmur”.

 

DİQQƏT!

Əgər Seboreya xəstəliyi haqqında daha geniş məlumat almaq və ya müalicə olunmaq (yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"

713- ün HOÇAZDA SON ŞƏHİDİ

Növbədənkənar seçkiləri labüd edən məqamlar

"Boykot taktikasına əl atan istənilən siyasi qüvvə iflasa uğrayacaq"

Həkim-terapevt Seboreya xəstəliyinin yaranmasına təkan verən patologiyalardan danşdı

“Gülsam”-ın Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək

"Buyurun, artıq növbədənkənar seçkinin astanasındayıq"

“Həyəcan” düyməsi

"Mənim ixtiyarım öz əlimdə deyil"

"YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik"

Xırdalanda ödəmə terminalı qarət olunub

Ziya Bünyadov prospektində baş vermiş qəzada xəsarət alanların adları məlum olub

Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib

72 yaşlı Əməkdar artist gözəlliyinin sirrini açdı

Azərbaycan idmançılarının da iştirak etdiyi döyüşlər başlayır