"Buyurun, artıq növbədənkənar seçkinin astanasındayıq"

16:33 04-12-2019 | icon 70 | Siyasət
"Buyurun, artıq növbədənkənar seçkinin astanasındayıq"

Əlabbas Məhərrəmli: “Yenə boykot variantının ətrafında “manevr” edilir, neçə illərin təcrübəsi dərs olmadı?"

 

“Yenə boykot variantının ətrafında “manevr” edilir. Neçə illərin təcrübəsi məgər onlara dərs olmadı? Boykot deməklə hansısa nəticəyə gəlmək olmur axı... Kim bilmir ki, boykot üçün də müəyyən sosial baza lazımdır?”

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında siyasi ekspert Əlabbas Məhərrəmli bildirib:

 

"Dəfələrlə deyirdilər ki, hakimiyyətin həyata keçirdiyi dəyişikliklər islahatdırsa, o, zaman parlament də buraxılsın, növbədənkənar seçki keçirilsin. Buyurun, artıq növbədənkənar seçkinin astanasındayıq. Odur ki, cənablar, ən yaxşısı, seçkiyə hazırlaşın".

 

Dünya praktikasında boykotun heç vaxt çıxış yolu sayılmadığını vurğulayan Ə.Məhərrəmli qeyd etdi ki, Azərbaycanda çox ciddi islahatlar aparılır:

 

"Siyasi, iqtisadi, struktur islahatlarının davamında ali qanunvericilik orqan da yenilənir. Xalq bu islahatlara dəstək verir. Bu islahatlara cavab olaraq keçiriləcək seçkilərə də dəstək verəcək".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Bu prosesdə uğur qazanmağın yolu budur ki...”

Qarabağa gedən Yolumuz və ölü erməni

 Yeni mərkəz yaradılır - “Qarabağ Tribunası” 

"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"

Mifik "batalyon", sərt ittihamlar və Cümşüd Nuriyevdən açıqlama

"Boykot taktikasına əl atan istənilən siyasi qüvvə iflasa uğrayacaq"

"Biz insanlara vəzifəsinə deyil, şəxsiyyətinə görə dəyər verərik"

713- ün HOÇAZDA SON ŞƏHİDİ

Həkim-terapevt Seboreya xəstəliyinin yaranmasına təkan verən patologiyalardan danşdı

"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyindən nəcib təşəbbüs

"Qadınlar yüksək vəzifələrdə daha çox təmsil olunmalıdırlar" - FOTO

“Gülsam”-ın Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək

"Haqq-ədalət bir az acı olur, nəyisə deyirsən, səni “vururlar”"

"Buyurun, artıq növbədənkənar seçkinin astanasındayıq"

Növbədənkənar seçkiləri labüd edən məqamlar