"AFFA bizə illik büdcə ayırmayacaq"

09:03 20-12-2019 | icon 61 | İdman
"AFFA bizə illik büdcə ayırmayacaq"

“Qəbələ” İdman Klubunun maliyyə problemləri ilə bağlı yazılanlar hardasa doğru idi. Klubun dağılmaq təhlükəsi olduğu yazılırdı.

 

Versus.Az xəbər verir ki, bunu “Qəbələ” klubunun prezidenti Fariz Nəcəfov deyib.

 

O bildirib ki, artıq klub yeni sponsorla müqavilə bağlayıb:

“Biz bu məsələ ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədovla da danışmışdıq. Bu məsələ AFFA İcraiyyə Komitəsinin iclasında da müzakirə olundu. Ancaq AFFA-dan bizə illik büdcə ayrılmayacağı bildirildi. Bunu belə əsaslandırdılar ki, büdcəmiz yoxdur. Amma Allaha şükür ki, “Jalə” şirkəti ilə müqavilə bağladıq. Daha bir neçə sponsorla da danışıqlar davam edir. Onlar “Gilan Holdinq”ə daxil olmayan şirkətlərdir.

Düz qeyd edirsiniz ki, “Jalə” əvvəllər də bizə sponsor olub. Amma əvvəl “Gilan Holdinq” bizim təsisçimiz idi deyə əməkdaşlıq edirdik. Amma indi “Gilan Holdinq” bizim sponsorumuz deyil və “Jalə” ilə müstəqil şirkət kimi ilyarımlıq müqavilə bağladıq. Təbii ki, əvvəlki sponsorluqla indiki arasında maliyyə fərqi var. İndi bu şirkətin loqosu formalarımızın arxa hissəsində əks olunacaq. Qabaq hissəyə isə danışıq apardığımız şirkətlərdən birinin loqosu vurulacaq. Hələ ki o hissə boşdur”.

 

Fariz Nəcəfov onu da bildirib ki, komanda çempionatda var-gücü ilə mübarizə aparacaq:

“Biz çempionatda mübarizəmizi davam etdirəcəyik. Olduğu yerdən davam edirik. Klub yaşayacaq. Amma istisna etmirəm ki, digər danışıq apardığımız şirkətləri komandaya sponsor kimi cəlb etməyək”. /Oxu.Az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səs ala bilməyəcəklərini rəqiblərim də bilir” - MÜSAHİBƏ

Yardımlıdan deputatlığa namizəd XƏQANİ CƏFƏROV Birinci vitse-prezidentə müraciət etdi - TƏCİLİ

Tanınmadan dəfn edilən Şəhidin kimliyi bilinib

25 saylı Nizami İkinci seçki dairəsindən namizəd - VÜQAR MƏMMƏDOV

Seçki kampaniyasında QOZBEL MEDİÇİ HƏQİQƏTLƏRİ

Millimizin futbolçusu rəsmən BƏƏ klubunda

RAZİ NURULLAYEV ixtisara düşən 500 nəfərin taleyindən NARAHATDIR

Atəşkəs rejimi 23 dəfə pozulub

17 saylı Yasamal Üçüncü Seçki Dairəsindən namizəd - ƏLİ ƏLİYEV

XƏBƏRDARLIQ

Güllü Yoloğlunun güzgüsü

Viktor Hüqonun yeni əsəri üzə çıxıb

Karate üzrə Milli komandamız Parisdə Premyer Liqa turnirində iştirak edəcək

“PİS OĞLANLAR 3”

Cəbhədə son vəziyyət