"Müsəlman ölkələri öz sığorta şirkətlərini yaratmalıdır"

09:13 20-12-2019 | icon 53 | Dünya
"Müsəlman ölkələri öz sığorta şirkətlərini yaratmalıdır"

Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilən sammitdə çıxış edən İran İslam Respublikasının Prezidenti Həsən Ruhani müsəlman ölkələrini əhatə edəcək nəqliyyat sığortası yaratmağa çağırıb. 

 

Versus.Az APA-ya istinadla xəbər verir ki, Ruhani Qərbdəki sığorta şirkətlərinin ABŞ sanksiyaları səbəbilə İranın ixraclarını sığortalamaqda çətinlik çəkdiyini qeyd edib.

 

O, müsəlman ölkələrinin sığorta daxil olmaqla bir çox sahələrdə bir-biriləri əməkdaşlıq etmək zamanının gəldiyini bildirib:

"Biz başa düşürük ki, bu gün bir çox iqtisadi əməliyyatlarımız və fəaliyyətlərimiz xarici ölkələrin sığortasından, böyük ölkələrdən gələn sığortadan asılıdır. Buna görə biz, müsəlman ölkələri olaraq müsəlman dövlətləri üçün, ələlxüsus nəqliyyat və tranzit sahələrində sığorta yaratmaq məqsədilə əməkdaşlıq edə bilsək, bu, bizi əcnəbilərdən asılılıqdan xilas edəcək. Gəmilər illik müharibə riski sığortası daxil olmaqla, müxtəlif sahələrdə sığortalanmalıdırlar”.

 

Ruhani eyni zamanda müsəlman ölkələrinə tranzaksiyaları öz valyutalarında həyata keçirmələrini təklif edib. Prezident Ərdoğan bu təklifi dəstəkləyib. Türkiyə Prezidenti sammitdə milli valyutalarla ticarət məsələsinə toxunaraq, xarici valyuta mübadiləsi təzyiqindən qurtulmağın mühüm olduğunu deyib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bu, xərçəng riskini artırır

Pərişan Əsədzadənin xəbəri olmadan namizədliyi geri götürülüb

Tarix Muzeyi "Könüllülər İli"ndə ilk xeyriyyə tədbirinə start verdi

“İrəvan xanlığı” kitabı alman dilində nəşr olunub

Atəşkəs rejimi 24 dəfə pozulub

Tamilla Qulaminin namizədliyi təsdiqləndi

“Real” titul sayında “Barselona”ya çatıb

DADP-ın daha bir fəalının namizədliyi təsdiqlənib

“Milan”ın sahibi dəyişir

Ərdoğan Almaniyaya səfər edəcək

İran Trampı məhkəməyə verəcək

Piyadalarla danışacaq avtomobil hazırlanır - VİDEO

O, yalnız seçkidən seçkiyə deyil, hər zaman seçicilərinin yanında oldu

Könül İsmayılovanın namizədliyi təsdiqləndi

Dabandakı çatlar bu gizli xəstəliklərdən xəbər verir