İlahiyyat İnstitutu müəlliminin məqalələri impakt faktorlu jurnalda dərc olunub

10:39 20-12-2019 | icon 77 | Təhsil
İlahiyyat İnstitutu müəlliminin məqalələri impakt faktorlu jurnalda dərc olunub

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dinşünaslıq kafedrasının müdiri, dosent Elnurə Əzizovanın iki elmi məqaləsi impakt faktorlu jurnallarda - Sivas Cümhuriyyət Universiteti İlahiyyat fakültəsi və Hitit Universiteti İlahiyyat fakültəsi jurnallarında dərc olunub.

 

İlahiyyat İnstitutundan Versus.Az-a verilən məlumata görə, “Zidliklərin vəhdəti: Qut-ul Amarə mühasirəsində əsir düşmüş ingilis hərbçilərinin gündəliklərində türklər və almanlar” (The Unity of Opposites: The Image of the Turks and the Germans According to the Records of British War Prisoners after the Siege of Kut al-Amara) mövzusunda qələmə alınmış məqalədə ingilis hərbçilərinin Qut-ul Amarə bölgəsində yaşadıqları məğlubiyyət acısının təsiri ilə bəzən hər iki tərəfə münasibətdə şişirdilmiş ifadələrin işlədildiyi əksini tapıb.

 

“Milli tarixin yenidən yazılması prosesində sabitlər və dəyişkənlər: sovet və postsovet dövründə Azərbaycan tarixçiliyində Osmanlı təsəvvürü (tarix dərs kitabları kontekstində)” (Constants and Variables in the Reconstruction Process of National History: Mutual Analysis of Ottoman İmage in pre and post-independence Period of Azerbaijan History (within the framework of history textbooks) mövzusundakı məqalədə isə sovet və müstəqillik dövründə Azərbaycan tarixçiliyndə Osmanlı dövlətinə baxış qarşılıqlı müqayisə olunub.

 

Qeyd edək ki, hər iki jurnalda ilahiyyat elmlərinin bütün sahələrinə dair məqalələr dərc olunub ki, bunlara İslam tarixi, dinlər tarixi, din sosiologiyası, din psixologiyası və s. daxildir. Sivas Cümhuriyyət Universiteti İlahiyyat fakültəsi jurnalı “Web of science” və “Scopus”, Hitit Universiteti İlahiyyat fakültəsi jurnalı isə “Web of science” beynəlxalq bazalarında referatlaşdırılıb.

 

Xatırladaq ki, Aİİ ilahiyyat elmləri sahəsində tədqiqatların aparılması məsələsinə xüsusi önəm verir. Belə ki, ali təhsil müəssisəsində tədris prosesinə cəlb edilən müəllimlər dünyanın müxtəlif ölkələrində beynəlxalq konfranslarda iştirak edir, tədqiqat sahələrinə uyğun elmi məqalələrin, kitab və dərsliklərin nəşrinə çalışırlar.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səs ala bilməyəcəklərini rəqiblərim də bilir” - MÜSAHİBƏ

Yardımlıdan deputatlığa namizəd XƏQANİ CƏFƏROV Birinci vitse-prezidentə müraciət etdi - TƏCİLİ

Tanınmadan dəfn edilən Şəhidin kimliyi bilinib

25 saylı Nizami İkinci seçki dairəsindən namizəd - VÜQAR MƏMMƏDOV

Seçki kampaniyasında QOZBEL MEDİÇİ HƏQİQƏTLƏRİ

Millimizin futbolçusu rəsmən BƏƏ klubunda

RAZİ NURULLAYEV ixtisara düşən 500 nəfərin taleyindən NARAHATDIR

Atəşkəs rejimi 23 dəfə pozulub

17 saylı Yasamal Üçüncü Seçki Dairəsindən namizəd - ƏLİ ƏLİYEV

XƏBƏRDARLIQ

Güllü Yoloğlunun güzgüsü

Viktor Hüqonun yeni əsəri üzə çıxıb

Karate üzrə Milli komandamız Parisdə Premyer Liqa turnirində iştirak edəcək

“PİS OĞLANLAR 3”

Cəbhədə son vəziyyət