Arzusu bu işləri Qarabağda həyata keçirməkdir...

16:10 20-12-2019 | icon 81 | Cəmiyyət
Arzusu bu işləri Qarabağda həyata keçirməkdir...

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il ərəfəsində “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə Əsədovanın çoxşaxəli fəaliyyətinə nəzər salmağımız təsadüfi deyil.

 

Ölkəmizdə və dünyada özünün xeyirxahlıq işlərini uğurla reallaşdıran “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə xanım Əsədova çoxşaxəli fəaliyyəti ilə sadə insanların, ziyalıların, şəhid ailələrinin rəğbətini qazanıb.

 

Onun Ağdam rayonunda öz şəxsi vəsaiti ilə inşa etdirdiyi şəhidlərin adını daşıyan subartizanlar rayon rəhbərliyi və ictimayyəti tərəfindən yüksək qiymətləndirilib.

 

M.Əsədova hazırda növbəti sayca 5-ci subartezian quyunun inşasını davam etdirir. O, yeganə QHT rəhbəridir ki, heç bir təşkilatdan maliyyə almadan öz şəxsi vəsaiti ilə xalqına xidmət göstərir.

 

Onun ən böyük arzularından biri də Qarabağın işğaldan azad olunması, Qarabağda ictimai əhəmiyyətli xeyirxahlıq missiyasını davam etirməkdir.

 

“Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyi 2005-ci il avqustun 12-də yaradılıb. Məqsədi qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsini mövcud qanunvericilik çərçivəsində qorumaqdan ibarətdir.

 

Mahirə Əsədova 2014-cü il yanvar ayının 25-də “Yeni yurd” Sosial İnkişaf İctimai Birliyinə sədr seçilib. Bu vəzifəyə seçilənədək “Azərbaycan qadını” layihəsinin rəhbəri olub. Layihə çərivəsində Ulu Öndər H.Əliyevin həyata keçirdiyi qadın siyasətinə həsr edilən “Azərbaycan qadını” adlı kitabı nəşr olunub və təqdim edilib.

 

2011-ci ildə “Azərbaycan qadını” layihəsinin uğur qazanması ilə əlaqədar “Həftə içi” qəzeti redaksiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə “Best of Best” mükafatına layiq görülüb.

 

2011-ci ilin martında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr edilən teatr tamaşasının səhnələşdirilməsi prosesini maliyyələşdirib. 2012-ci ilin yanvarında ideyası əsasında “Yeni Yurd” Sosial İnkişaf İB-yə məxsus “Biz Şərqdənik!” adlı qısametrajlı film Mahirə Əsədovanın rəhbərliyi altında istehsal olunub və təqdimat mərasimi keçirilib.

 

Filmdə görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın fəaliyyəti və ömür yolu geniş işıqlandırılıb. Mahirə xanımın maliyyə dəstəyi ilə “Azərbaycan qadını” layihəsinə mahnı yazılıb və klip çəkilib.

 

2013-cü ildə Ulu Öndər Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar Türkiyədə anım mərasimi təşkil edib. Mərasimdə onunla yanaşı Türkiyə Cümhuriyyəti Başkent Barışıq Kardeşlik Platformasının Baş Katibi Dr. Mustafa Kurt, yazar Zülfü Canpolad, iş adamı Ramazan Toprak, aparıcı Zeynəb Köşkər, eyni zamanda, Türkiyə Böyük Millət Məclisinin üzvləri iştirak ediblər.

 

2013-cü il mayın 5-də Ümummilli lider H.Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Bakıdakı “Alov qüllələri” Kompleksinin “Fairmont Baku” zalında ədəbi-bədii gecə keçirib. Tədbirə qardaş ölkə olan Türkiyənin fəal ictimai xadimləri, habelə, sabiq millət vəkilləri dəvət olunub. Qonaqlar və tədbir iştirakçıları eyni zamanda Quba Soyqırım Memorial Kompleksini, Şamaxı rayonu ərazisindəki Tənha Türk əsgərinin məzarını ziyarət ediblər. M.Əsədova qonaqlarla birgə və Respublika Müdafiə Nazirliyinin razılığına əsasən Ağdam bölgəsində yerləşən “N” saylı hərbi hissəyə baş çəkiblər. Şəxsi heyətin qarşısında maraqlı bədii proqramla çıxış ediblər.

 

Bundan başqa, “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin maliyyə dəstəyilə Ulu Öndər H.Əliyevin ömür yolundan bəhs edən “Mən, azərbaycanlıyam” və “Zərifliyin keşiyində-Böyük dayaq” sənədli filmləri istehsal olunub.

 

Mahirə Əsədovanın maliyyə dəstəyi ilə Türkiyənin Mərmərə Universitetində Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin mənalı ömür yolu haqqında kitab yazılıb və nəşr olunub. Hazırda həmin kitab bu ali təhsil ocağında dərslik kimi istifadə olunur.

 

M.Əsədovanın rəhbərliyi altında Azərbaycan və Türkiyə arasından dostluq əlaqələrindən bəhs edən “Torpaq, uğrunda ölən varsa, Vətəndir!” sənədli filmi istehsal olunub. Həmin filmin təqdimatı Bakıda, habelə, Türkiyənin müxtəlif şəhərlərində və Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilib.

 

2017-ci ildə Mahirə xanımın təşəbbüsü və təşkilatçılığı ilə tarixçi alim N.Tapdıqoğlunun qələmə aldığı və torpaqlarımızın taleyindən bəhs edən “Faciələrimizin təqvim izləri” adlı 1024 səhifəlik ensiklopedik kitab nəşr edilib.

 

Onun rəhbərlik etdiyi təşkilatın fəallarının köməyi ilə 2017-ci il fevral ayının 23-də Türkiyənin Bolu şəhərində, Ankara–İstanbul yolunun üstündə “Xarı bülbül” abidəsi istifadəyə verilib. Açılış mərasimində Türkiyənin hakim dairəsinin məsul şəxsləri iştirak ediblər. Hər il öz daxili imkanları hesabına Türkiyənin müxtəlif şəhərlərində soyqırım qurbanlarının xatirəsinə həsr olunan tədbirlər təşkil edir və ya təşkil olunan tədbirlərdə iştirak edir.

 

Onu da qeyd edək ki,“Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyi və “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin fəalları maliyyə dəstəyi olmadan və mütəmadi olaraq cəbhə bölgələrinə səfər edir, Silahlı Qüvvələrin şəxsi heyəti qarşısında maraqlı tədbirlər keçirirlər.

 

2014-cü il iyun ayının 15-də – Milli Qurtuluş günü Ağdam rayonunun Əhmədağalı kəndində Mahirə Əsədovanın ideyası əsasında “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin maliyyə dəstəyilə Subartezian quyu və bulaq istifadəyə verilib. Mərasimdə rayon rəhbərliyi, ziyalılar, Qeyri-Hökumət təşkilatlarınının fəalları iştirak ediblər. Həmin bulağa şəhid Şəmsəddin İsgəndərovun adı verilib.

 

Növbəti bulaq və subartezian quyu M.Əsədovanın maliyyə dəstəyi ilə Ağdam rayonunun Quzanlı qəsəbəsində qazılıb. Həmin bulağa Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin adı verilib. Bundan başqa, onun rəhbərliyi altında Ağdamda daha iki bulaq və subartezian quyu qazılıb və istifadəyə verilib.

 

Onu da bildirək ki, 2019-cu il dekabr ayının 24-də Ağdam rayonunda “Yeni Yurd” İctimai Birliyinin təşkilati və maliyyə dəstəyi ilə inşa edilən 5-ci subartezian quyu, həmçinin bulağın açılış mərasimi keçiriləcək. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günü ilə əlaqədar keçiriləcək mərasimi rayon əhalisi də səbirsizliklə gözləyir.

 

Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da həmin mərasimə dəvət ediliblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

O, yalnız seçkidən seçkiyə deyil, hər zaman seçicilərinin yanında oldu

Könül İsmayılovanın namizədliyi təsdiqləndi

Mehriban Sadıqovanın namizədliyi təsdiqləndi

İlahə Sadıqovanın namizdliyi təsdiqləndi

Məcburi köçkün məktəbinin olimpiada qalibi olan şagirdi

Fuad Əliyevin namizədliyi təsdiqləndi

101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizəd - HAFİZ HACIYEV

Rauf Arifoğlunun kötükdən büt yapanları

52 saylı Quba seçki dairəsindən namizəd - ƏLABBAS MƏHƏRRƏMOV

Doktorantura, sınaq, buraxılış və magistraturaya qəbul imtahanlarının vaxtı açıqlanıb

Eksternat imtahan keçiriləcək

Məktəblər üçün qış tətilinin vaxtı müəyyən edilib

Doktoranturaya qəbul qaydaları dəyişib

Sizi İqbal Ağazadənin seçki qərargahından salamlayıram

35 saylı Xətai Üçüncü Seçki Dairəsindən namizəd - İQBAL AĞAZADƏ