Bəzən “boğaz ağrısı” deyib əhəmiyyətsiz yanaşırıq

10:39 21-12-2019 | icon 121 | Sağlamlıq
Bəzən “boğaz ağrısı” deyib əhəmiyyətsiz yanaşırıq

Nərminə Abbasova: “Travmalar balıq sümüyü və ya hansısa yad cismin qida borusuna düşməsi zamanı baş verir”

 

Bu xəstəlik barədə bir çoxumuz məlumatsızıq. Bu səbəbdən də bəzən “boğaz ağrısı” deyib əhəmiyyətsiz yanaşırıq.

 

 

Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova ilə söhbət zamanı öyrəndik ki, vaxtında həkim müayinəsindən keçməməklə həyatımızı nəqədər riskə atmış oluruq.

 

Beləliklə, öncə onu qeyd edək ki, Ezofaqit qida borusunun iltihabı olub, həzm sistemi üzvlərinin geniş yayılmış xəstəliklərindən biridir. Nərminə xanım deyir ki, xəstəliyin 3 növü ayırd edilir - yarımkəskin, kəskin, xroniki:


“Xəstəliyin əmələ gəlməsinə həddindən artıq isti və qaynar qidaların qəbulu, qida borusunun kimyəvi maddələrlə məsələn, yod, sirkə turşusu və sairlə zədələnməsi, eyni zamanda bəzi infeksion xəstəliklərin qida borusunun selikli qişasının zədələnmələridir. Bəzi hallarda radiasiya şüalanmaları və qida borusunun travmaları da qida borusunun selikli qişasının zədələnməsinə və iltihabına səbəb ola bilir. Travmalar balıq sümüyü və ya hansısa yad cismin qida borusuna düşməsi zamanı baş verir”.

 

Həkim-terapevt deyir ki, yarımkəskin və xroniki ezofaqitin əmələ gəlməsinə qaynar, kəskin qidalar, spirtli içkilər, qida allergiyaları, stenoz zamanı qidanın qida borusunda qalması, qida borusunun xərçəngi səbəb olur:

 

“Ezofaqitin reflyuk səbəbli əmələ gəlməsinə də daha tez-tez rast gəlinir. Ezofaqit morfologiyasına görə müxtəlif olur: kataral, eroziyalı, hemoragik, psevdomembran formalı, nekrotik, abvsesli.
Ezofaqit xəstəliyinin əlaməti xəstəliyin formasından və onu əmələ gətirən səbəbdən asılıdır. Ezofaqitin ümumi əlamətləri qida borusunda qaşınma hissinin olması, udulmuş qidanın çətinliklə qida borusundan keçməsidir. Xəstəliyin hemoragik formasında qusuntu kütləsində qan aşkar edilə bilir.
Ezofaqitin abses forması zamanı rentgenoloji müayinədə iltihabı zona aşkar edilir”.


Nərminə xanım deyir ki, xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir. Belə ki barium sulfat içərək rentgen müayinəsində diaqnoz qoymaq mümkündür. Həkimin sözlərinə görə, Ezofaqitin abses formasının müalicəsi cərrahi yolladır. Digər növlərini isə uzun müddət pəhriz saxlayaraq və həkimin göstərişlərinə əməl edərək müalicə etmək mümkündür.

 

Ezofaqal perforasiyası olan xəstələrdə bəzən müxtəlif symptom və əlamətlərin müşahidə edildiyini vurğulayan həkim-terapevt dedi ki, əksər ölkələrdə ezofaqal perforasiyanın əsas səbəbi yatrogen travmalardır və əksəriyyəti axalaziya və ya ezofaqusun daralmasına görə aparılan endoskopik terapiya nəticəsində baş verir:

 

“Ezofaqal perforasiya ilə daxil olmuş xəstələrin ilkin müayinəsi fizioloji parametrlərin sabitliyinin qiymətləndirilməsi, ağrının kontrol edilməsi, hipotenziya və ya sepsisin müalicəsindən ibarətdir. Bu reanimasion tədbirlər perforasiyanın diaqnostikası üçün tələb olunan müvafiq diaqnostik müayinələrdən əvvəl aparılır. Xəstənin stabilliyi təmin olunduqda ezofaqal perforasiyanın diaqnostikası endoskopiya və ya KT görüntüləməsi ilə aparılır.

Burada xüsusilə qeyd etmək lazımdır ki, müalicəyə dair qərarın qəbulu təkcə diaqnozun təsdiqlənməsindən deyil, həmçinin mediastinal və ya plevral boşluğun ezofaqusun perforasiyası nəticəsində çirklənməsinin baş verib verməməsindən də asılıdır. Müalicə yanaşması KT görüntüləməsində çirklənmənin əhatəliyi, perforasiyanın lokalizasiyası, ölçüsü, selikli gişanın tamlığı və ikincili patologiyanın mövcudluğundan asılıdır”.

 

Həkim bildirdi ki, ezofaqal perforasiyaların müalicəsinin nəticələri perforasiyanın erkən diaqnostikasından xeyli asılıdır. Ezofaqal perforasiyalar erkən və gecikmiş perforasiyalara bölünür.

Nərminə xanım deyir ki, stabil olan xəstələrdə növbəti addım kimi suda həll olunan kontrastla yuxarı mədə-bağırsaq sisteminin radioloji görüntüləməsinin aparılması təklif edilir. Əgər suda həll olunan kontrastla aparılan radioloji görüntüləmə neqativ olarsa, bu zaman həmin görüntüləmə bariumla aparılır:

 

“Ezofaqal perforasiyanın diaqnostikasında bariumun istifadəsi daha dürüst nəticələr verir. Lakin, nəzərə almaq lazımdır ki, böyük olçülü ezofaqal perforasiyanın baş verməsinə şübhə olduqda, bariumla görüntüləmə heç zaman ilk müayinə metodu kimi istifadə edilməməlidir. Əvvəllər düşünülürdü ki, bariumun döş boşluğu və ya abdominal boşluğa keçməsi toxumalarda iltihab prosesinin daha da pisləşməsinə səbəb ola bilər. Son araşdırmalarda bu məqam öz təsdiqini tapmayıb. Lakin, bariumun böyük miqdarda həmin boşluqlara ekstravazasiyası sonradan aparılacaq KT görüntüləməsinin keyfiyyətini və dürüstlüyünə mənfi təsir etmiş olur.

Kontrastla aparılan radioloji müayinələrdən dərhal sonra KT görüntüləməsinin tətbiqi ezofaqal perforasiyanın müəyyən edilməsi ehtimalını xeyli artırmış olur. Belə ki, KT-də ezofaqusdan kənar sərbəst hava, contrast və ya maye daha yaxşı görünür.

Kontrastla yuxarı mədə-bağırsaq sisteminin radioloji görüntüləməsində mediastinumda yalnız sərbəst hava müəyyən edilirsə və kontrastın ezofaqusun boşluğundan ətrafa sızması müşahidə edilmirsə, həmin xəstələrdə növbəti addım kimi endoskopik müayinə və müalicə aparıla bilər”.

 

Diaqnostik müayinə başa çatdıqdan sonra reanimasiya tədbirləri və sepsis əlamətlərinin monitorinqinin davam etdirildiyini bildirən Nərminə xanım qeyd etdi ki, Ezofaqusun perforasiyası nəticəsində paraezofaqal sızma baş verərsə, həmin xəstələrin müalicəsi adətən per oral qida və maye qəbulunun dayandırılması və xəstəxanada monitorinqin aparılmasından ibarət olur:

 

“Kiçik ölçülü perforasiyalarda müalicə adətən endoskopik metodlarla aparılır. Lakin, iri həcmli perforasiyalarda, habelə xəstənin kliniki vəziyyətinin ağır olduğu hallarda bəzən operativ müdaxilə tələb oluna bilər”.

 

DİQQƏT!

Əgər Ezofaqit haqqında daha geniş məlumat almaq və ya müalicə olunmaq (yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

Versus.Az

Xəbər lenti

TAMİLLA QULAMİnin seçicilərlə növbəti görüşü Köçərli kəndində oldu - FOTO

"Birlikdə gözəlləşdirəcəyik bu məmləkəti, ÜMİD...lə"

Prezident Türkiyədə azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi barədə tapşırıq verib

MAHİR ABBASZADƏnin seçicilərlə növbəti görüşü Qobu park yaşayış kompleksində keçirildi - FOTO

DADP sədri qardaş Türk xalqına başsağlığı verdi

FUAD ƏLİYEV seçiciləri ilə görüşüb - FOTO

İGİD TEYMURLU İQBAL AĞAZADƏDƏN YAZDI: Onu mənə, məni ona sevdirən məqam

Qadınlarda kişilərlə müqayisədə bu xəstəlik 5 dəfə çox müşahidə olunur

Putindən fələstinli əsgərə böyük jest - VİDEO

Merkelin Türkiyədə verilən hədiyyəyə maraqlı reaksiyası - FOTO

Rusiyanın himni daha bir ərəb ölkəsində səhv səsləndirildi - VİDEO

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

O, dünya miqyasında da dövlətimizin maraqları naminə çalışıb - FOTO

Hafiz Hacıyev YAP-dan olan rəqibi ilə bağlı xalqa müraciət etd - VİDEO

"Heç kimi özümə rəqib görmürəm"

RƏŞAD MAHMUDOV növbəti görüşünü şəhid ailəsi ilə keçirib – FOTO

RƏŞAD MAHMUDOVun seçicilərlə görüşü davam edir - FOTO

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizəd - HAFİZ HACIYEV

“Səs ala bilməyəcəklərini rəqiblərim də bilir” - MÜSAHİBƏ

ELMAN ELDAROĞLUNUN "NEYTRAL MÖVQE"Yİ

23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizəd - TALEH ŞAHSUVAROV

FUAD ƏLİYEV təşviqat kampaniyasına start verdi

Azərbaycanlı bloqer sərvətini nümayiş etdirdi - VİDEO

İslahatlara könüllü hə – deyin ki, hər şey könlünüzcə olsun!..

26 saylı Sabunçu Birinci seçki dairəsindən namizəd - FUAD ƏLİYEV

Ermənistan silahlı bölmələri atəşkəsi 23 dəfə pozub

Tramp impiçment ittihamlarını qəti şəkildə rədd edir

Yardımlıdan deputatlığa namizəd XƏQANİ CƏFƏROV Birinci vitse-prezidentə müraciət etdi - TƏCİLİ

QURTULUŞUMUZUN QİBLƏSİ

Tanınmadan dəfn edilən Şəhidin kimliyi bilinib

25 saylı Nizami İkinci seçki dairəsindən namizəd - VÜQAR MƏMMƏDOV

Razi Nurullayevin vəkilləri İmişlidə - FOTOLAR