VOLTERİN “KRALLIĞI”

17:44 22-12-2019 | icon 224 | Köşə
VOLTERİN “KRALLIĞI”

Və bizim seçki teatromuz

 

İGİD TEYMURLU

 

Adı dünyada 100 ən çox öyrənilmiş tarixi şəxsiyyətlər siyahısına düşən XVIII əsr fransız filosoflarından biri olan Volter köhnəlmiş qaydaların dəyişdirilməsini hansısa inqilablarda deyil, cəmiyyətin maarifləndirilməsində görürdü. Volter bütün adamların qanun qarşısında bərabər olmasını, hər cür imtiyazların ləğv edilməsini tələb edirmiş. İnsanlarla mükəmməl münasibət qurmağı bacaran bu ictimai xadimin ədəbi qəhrəmanlarından biri elə hey nəsrlə danışırmış, amma ona elə gəlirmiş ki, guya bu adam həyatda nəzmlə danışır...

 

Ləyaqətli olmaq, sözdə yurd sevdalısı olmaq azdır, onu göstərməyi bacarmaq lazımdır. Bələdiyyə və növbədənkənar parlament seçkisi öncəsi Volterin qəhrəmanı kimi bizim də nəsrlə danışıb bunu gözəl nəzm nümunəsi kimi təqdim edənlərimiz yetərincədir. Belələri unudurlar ki, məmləkət əhli hər kəsi gözəl tanıyır. “Elin gözü tərəzidi” deyəndə yanılmayıb babalarımız.

 

Azərbaycanın bugünkü gerçəkliyini naturadan təqdim edəndə şahidi oluruq ki, ağızdolusu demokratiyadan, ölkə içində ədalətin və bərabərliyin bərqərar olmasından danışanlar fərqində deyillər ki, artıq onların çoxu cəmiyyətin yaddaşına taleyin sınağından çıxa bilməyənlər kimi həkk olunublar. Ötən zaman kəsiyində bu adamların fəaliyyəti bezdirici və dağıdıcı olduğundan indi onlar cəmiyyət üçün arzuolunan deyillər.

 

Bu gün arzu olunan meydana SAVAŞ ADAMının gəlməsidir. Azərbaycan və Azərbaycan seçicisi bunun peşindədir. Döyüşü uduzan, torpağı işğal, qız-gəlini erməni əsirliyində qalan dövlət olaraq istər bələdiyyə, istərsə də parlament seçkisində cəmiyyət olaraq SAVAŞ ADAMLARIna üstünlük verməliyik. Dünən hərb meydanında cəngə çıxanlar bu gün döyüşçü soyuqqanlılığıyla, döyüşçünün hədəfi müəyyənləşdirmə bacarığıyla, döyüşçünün yurd sevgisiylə, döyüşçünün itirlmiş yurd nicgiliylə çəkdiyi ağrı acılarla siyasətimizdə, iqtisadiyyatımızda, gündəlik sosial həyatımızda, mətbuatımızda baş alıb gedən neqativ halların aradan qaldırılmasında daha çox fayda verə bilər. Azərbaycan da dünyanın bir tərkib hissəsidir. Dünyanın bugünkü prinsiplərinə söykənəsi olsaq, problemlərin danışıqlar masasında həll edilməsi variantında bizim qalib əsgər diliylə danışmağımızın qarantı Savaş Adamının siyasətin tən ortasında olmasıdır. Biz cəmiyyət olaraq zaman-zaman büt kimi kütləyə sırınanların meşədə kötüklüklərini gördüyümüzdən artıq onların yanında olmamalıyıq.

 

Azərbaycanın "DİFAİ FƏDAİLƏRİ"nə çox ehtiyacı var. O Fədailər ki, demokratiyanın ən ilkin şərti olan CAVABDEHLİK və MƏSULİYYƏT HİSSİnı fəaliyyətləri dövründə itirməyiblər, onların Sözləri Əməlləriylə vəhdət təşkil edib. İndiki zaman çərçivəsində özünü təqdim etmək istəyənləri söz və əməl birliyində "çarmıxa" çəkəndə satqın Yəhudalar anındaca hədəfə çevrilirlər. Bu yurd, bu el, bu oba üçün nə edib bu kəslər?

 

Düşüncələrində, fikirlərində bu adamlar nə qədər özgürdülər, nə qədər səmimidirlər? Seçici rəğbətini qazanmaq üçün bu adamlar hansı metoddan istifadə edirlər – öz gerçək potensialını təqdim etməklə, yoxsa opponentini təhqir, opponentinə qarşı şər, böhtan kampaniyasından istifadə etməklə? İkinci variant heç şübhəsiz ki, cılız təfəkkürün, dayaz düşüncənin məhsuludur. Ki, bunu da dəyərli namizədlərin tam əksəriyyəti etmədədilər. Geniş kütlənin başısa havalı, gözünün qənşərisə dumanlıdır. Vəd olunan "kəndlər"sə görünmür, əfəndilər...

 

Hakimiyyət oliqarxları, harınlamış məmurları silkələmək, əks cəbhədə dayananlar da qarşı tərəfi gözdən salmaq yoluyla seçici rəğbətini qazanmağa çalışır. Hər ikisi qüsurludur. Çünki o oliqarxı, o harınlamış məmuru yetişdirən, boya başa çatdıran elə hakimiyyətin özü olub. Müxalif düşərgənin də biri-birini gözdən salma cəhdi cəmiyyətin bütövləşməsi əvəzinə cəmiyyətin daha da dərin bir şəkildə parçalanmasına xidmət edir.

 

Hərəyə bir biçimdə don biçilməklə mətbuatda siyasi sürprizlər düzənlənir.

BAXIN TƏRİFLƏNƏNLƏRİN VƏ TƏNQİD OLUNANLARIN HALINA:

 

namizədlərdən bir qismi hələ sovet rejiminin qan-qan dediyi vaxtlarda yaradıcılığında milli məfkurəni, milli düşüncəni, milli kimliyimizi önə çəkib, onu müdafiə etsə də, gəncliyini milli özünüdərkin inkişafına qurban versə də, 350 milyonluq Turan Dünyasının ağrısını, acısını yaşasa da, ancaq konkret olaraq kiçik bir rayon üçün görünən çərçivədə demək olar ki, əsaslı bir iş görməyib; Başqa bir qisim namizəd isə özünü BƏY kimi, SEYİD, PEYĞƏMBƏR övladı kimi göstərib təbliğatını kiminsə haqqını danmaq üzərində qurmağa çalışır. Sual olunur: sən bunun haqqını necə danırsan ki, adam Vətən torpağına atılan mərminin qəlpəsini başında, bədənində gəzdirir!? Sən bunun haqqını necə danırsan ki, bütöv bir irq onun ideoloji kursunu qəbul etmədədi!? Sən bunun haqqını necə dana bilirsən ki, sənin özün ittiham etdiyinin mübarizə prinsiplərinin işığında siyasi sferaya qədəm qoymusan!? Yaxud, yenə də bir qisim gedib Avropada Qarabağ problemini sülh yoluyla həll edəcəyinə yönəli öhdəlik götürəndən sonra sizi bşaqası deyil, mən ağ günə çıxaracam deyir, bir qisim "rüşvətxor, korrupsioner, Azərbaycan səhiyyəsini böyrü üstə qoyan Əli İnsanova qucaq açıb hansısa dürüst cəmiyyət formulasıyla çıxış edərək seçicini yolayrıcında qoyur, bir qisim “Avropa parlamentində Azərbaycanı biabır edən, Azərbaycanın haqlarını sovuna bilməyən Azərbaycan nümayəndə heyəti"nin üzvlərindən olan kəsləri öz sıralarına qəbul edib onu real müxalifət, məsum demokrat donunda cəmiyyətə təqdim edir, siyasi qurum olaraq bütövlükdə seçkini boykot edir, bir qisim özünün "Qafqaz triosu”yla erməniyə sevgi bəsləyən Rüstəm İbrahimbəyovdan büt yaradıb ona sitayiş edir, bir qismi "Xocalı soyqırımını azərbaycanlılar özləri törədib" deyən qurumsaq Qrossa "demokratiyanın dostu" deyir, bir qisim vaxtilə " 5-6 kənd boşaldaq ki, Ayaz Mütəllibov hakimiyyəti laxlasın" deyə siyasi səhnədən silməyə çalışdığı, "Azərbaycanda Yanvar qırğınını törədən rus ordusunu Bakıya çağıran” indiki “qoca”nı parlamentə deputatlığa namizəd kimi irəli sürür, bir qisim trollar ordusu da soğan kimi göyərdilir və cəmiyyətə bunlar da bir güldürlər timsalında təqdim edilməklə onlardan sovet dövründən qalma “zəhmətkeşlər” ordusu kimi seçki prosesində istifadə olunur, bir qisim də psixoz davranış, siyasi tərbiyəsizlik, letargiya dalğınlığı, ekstaz vəziyyətdə küçə teatrosu nümayiş etdirən hansısa bloggerin peşində sağa sola vurnuxmaqdadır. Və bu brakonyer niyyətli diletant əslində mövcud hakimiyyətlə onu ayaqda saxlayan mağmun müxalifətin siyasi podiumda böyütmə formulasından əmələ gələn nəsnədir. Azərbaycan müəllimini belə nəsnələr qarşısında aşağılamaq dövlət və millət adına utancverici haldan başqa bir şey deyil... Bütün bunları saymaqla bitən deyil. Seçki teatrosunda səhnələşdirilən epizodlarda həm də Vətən Fədailərinə qan qusdurub bic və gic mehmanlara qucaq açmanın cizgiləri var. Dəvəni eşşək quyruğuna bağlayan toplumdan ibarət olan cəmiyyətdən əlhəzər...

Bütün nədənlərə baxmayaraq unutmaq lazım deyil ki, seçki proseslərinə qatılmaq həm siyasi qurumlar, həm də seçici üşün bütün nadanlıqlardan, bütün neqativlərdən qurtulmaq üçün ən məqbul variantdır. Azərbaycan seçicisi, seç ki, seçiləsən!..

 

Elə yuxarıda fəaliyyətindən sitat gətirdiyim Volter də zamanında seçimini etmişdi və seçilmişdi. Çox sevdiyi qıza Volter bir dəfə bu məzmunda məktub yazıb:

“Bu, röyadır, röyada da hər şey mümkündür. Mən röyada gördüm ki, kral olmuşam. Və bundan da istifadə edib öz sonsuz eşqimi sənə izhar eləmişdim. Ancaq ayılanda bütün bunların bir röya olduğunu gördüm”...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səs ala bilməyəcəklərini rəqiblərim də bilir” - MÜSAHİBƏ

Yardımlıdan deputatlığa namizəd XƏQANİ CƏFƏROV Birinci vitse-prezidentə müraciət etdi - TƏCİLİ

QURTULUŞUMUZUN QİBLƏSİ

Tanınmadan dəfn edilən Şəhidin kimliyi bilinib

25 saylı Nizami İkinci seçki dairəsindən namizəd - VÜQAR MƏMMƏDOV

Seçki kampaniyasında QOZBEL MEDİÇİ HƏQİQƏTLƏRİ

Millimizin futbolçusu rəsmən BƏƏ klubunda

RAZİ NURULLAYEV ixtisara düşən 500 nəfərin taleyindən NARAHATDIR

Atəşkəs rejimi 23 dəfə pozulub

17 saylı Yasamal Üçüncü Seçki Dairəsindən namizəd - ƏLİ ƏLİYEV

XƏBƏRDARLIQ

Güllü Yoloğlunun güzgüsü

Viktor Hüqonun yeni əsəri üzə çıxıb

Karate üzrə Milli komandamız Parisdə Premyer Liqa turnirində iştirak edəcək

“PİS OĞLANLAR 3”