"Seçki məntəqələrində xüsusi oturacaqlar qoyulub"

09:06 23-12-2019 | icon 47 | Siyasət
"Seçki məntəqələrində xüsusi oturacaqlar qoyulub"

Bələdiyyə seçkilərində müşahidəçilər üçün hər cür şərait yaradılıb.

 

Versus.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

 

M.Pənahov bildirib ki, bütün seçki məntəqələrində xüsusi oturacaqlar qoyulub və onlar vasitəsilə bütün məntəqəni müahidə etmək imkanı var.

 

MSK sədri bildirib ki, heç bir seçki məntəqəsinə getmədən də veb-kameralar vasitəsilə seçkiləri müşahidə etmək olar:

“1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Bu veb-kameralar vasitəsilə dünyanın istənilən yerindən seçkiləri müşahidə etmək mümkündür. Bu təcrübəni ilk dəfə olaraq Azərbaycan tətbiq edib və seçkilərin tam şəffaf və demokratik keçirilməsini təmin edir. Mən əmin olduğumu qeyd etmək istəyirəm ki, bu gün seçkilər aktiv şəkildə keçəcək və bütün seçiciləri seçkiərdə aktiv iştirak etməyə dəvət edirəm. Seçicilər seçki məntəqələrində bütün əməkdaşların peşəkar olduğunun şahidi olacaqlar".

 

Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov saat 08:00-dan etibarən seçki məntəqələrinin seçicilərin səs verməsi üçün açıq elan edildiyini bildirib.

 

Bu il bələdiyyə seçkilərində 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçilməlidir. Ümumilikdə seçkilərdə 41 462 namizəd iştirak edir. Seçkilərdə iştirak edən partiyaların sayı 13-dür. Namizədlərin 3-də 1-i 13 siyasi partiyanın nümayəndələri, 3-də 2-si isə namizədliklərini özləri irəli sürən vətəndaşlardır.

 

Bələdiyyə seçkilərini 17 beynəlxalq, 52 636 yerli müşahidəçi müçahidə edəcək.

Seçkilərlə əlaqədar olaraq dekabrın 23-ü qeyri-iş günü elan olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Yardımlıdan deputatlığa namizəd XƏQANİ CƏFƏROV Birinci vitse-prezidentə müraciət etdi - TƏCİLİ

Seçki kampaniyasında QOZBEL MEDİÇİ HƏQİQƏTLƏRİ

RAZİ NURULLAYEV ixtisara düşən 500 nəfərin taleyindən NARAHATDIR

Güllü Yoloğlunun güzgüsü

“PİS OĞLANLAR 3”

Cəbhədə son vəziyyət

228 cütlük nikahın pozulmasından imtina edib

77 saylı Astara seçki dairəsindən namizəd - RƏŞAD MAHMUDOV

Molla yanında oturan mürdəşir olar

61 saylı Neftçala Seçki Dairəsindən namizəd - SABİR RÜSTƏMXANLI

Orta, kiçik tibb və qeyri-tibb işçilərinin maaşları artırılacaq

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

İGİD TEYMURLU İQBAL AĞAZADƏDƏN YAZDI: Onu mənə, məni ona sevdirən məqam

Bakı xanları evində virtual muzey istifadəyə veriləcək

Qadınlarda kişilərlə müqayisədə bu xəstəlik 5 dəfə çox müşahidə olunur